SlideShare una empresa de Scribd logo
1 de 11
ÖLÜ DİLLƏR

                             Aytəkin Əliyeva
                             Qafqaz Universiteti
                             Pedaqogika Fakültə
                      İngilis Dili və Ədəbiyyatı Bölməsi
                           BAKI/AZƏRBAYCAN
                        aytekin.aliyeva28@yahoo.com



                                      XÜLASƏ

  Bu gün statistika dünyanın hər tərəfindəki təhlükədə olan dillərlə bağlı həyəcan təbili çalır.
İtkilərin yüksələn sürəti bizi səbəblər və çıxış yolları haqqında daha diqqətlə düşünməyə məcbur
etməlidir. İnsanlar bu təhlükəni yaradan səbəbləri , əllərimizdən sürüşüb gedən bu dillərin hər
birinə nəyə görə ehtiyacımızın olduğunu tapmağa çalışır və hər kəs bu dəyişməz reallıq
qarışısında öz vəzifəsini bilməlidir. Bu məqaləni yazmaqda məqsədim məni dilin ölməsi prosesi
barədə daha çox düşünməyə vadar edən səbəbləri ön planda göstərməkdir. Daha çox üç sual
üzərində dayanacağıq: 1) Dillər necə və niyə ölür? 2) Nə üçün bunun qeydinə qalmalıyıq? 3)
Çıxış yolu nədir? Bütün bu suallara məqalədə nümunələr vasitəsi ilə aydınlıq gətirilmişdir.


Açar sözlər: Hibrid dil, Ölmüş Dillər, Linguicide, Dil Aşınması, Dirçəlmə


                             DEAD LANGUAGES

                                 ABSTRACT



  Today statistics sends SOS about the endangered languages all over the world. Increasing
speed of losses got to make us think about causes and solutions more carefully. People try to find
the reasons which creates this danger, the reasons why we need each language that slips through
our hands and all of us should know his or her duty about this unchangeable fact. My goal in this
article is to highlight the ways which made me think more about the complexity of the subject
matter of language death. We will focus on three major questions: 1) How do languages die and

                                                                                                   1
why? 2) Why should we care? 3) What can be done? All this questions were answered through
the examples in the article.

Key words: Lingua Franca, Extinct Language, Linguicide, Language Attrition,
Revitalization



 Giriş

  Bəşəriyyət yarandığından bu günə kimi dil insanlar üçün ən mükəmməl ünsiyyət vasitəsi
olmuşdur. Əsrlər bir-birini əvəz etdikcə dillər də dəyişmiş, istifadə olunmuş və onları
yaşadanlarla tarixin yaddaşına köçmüşlər. Alim David Crystal dilin ölümünü insan ölümünə
bənzədir. Onun fikrincə, bu gün dil yaşayır, çünki onun istifadəçisi bu gün sağdır. Sabah o
yaşamaqdıqda isə dil də ölü sayılacaq, lakin alimin bu fikri ilə razılaşmayanlar da var, çünki bəzi
alimlər düşünür ki, son istifadəçinin ölümü heç də dilin ölümünə dəlalət etmir. Məsələn: Qədim
koptik dili texniki cəhətdən ölmüş sayılır, çünki bu dildə danışan xalq artıq mövcud deyil, amma
bu dil yarandığı ərazinin zəngin tarixini və mədəniyyətini yaşatdığı üçün bu gün də alimlərin
diqqət mərkəzindədir.(11) Latın dili də bu cəhətdən mübahisəli dillər sırasındadır. Latın dili
yazılı formada, tibbdə, hüquqi terminologiyada mövcud olsa da gündəlik ünsiyyətdə istifadə
olunmadığı üçün ölü dil sayılır. (11) Təbii ki, bununla razılaşmayan qruplar da mövcuddur.
Hər şeyə rəğmən bu dillərin öldüyünü qəbul etmək çox asan və anlaşılandır, çünki artıq xalq
yoxdur, amma müasir dövrümüzdə mənsub olduqları xalqların yaşadığı dillərin ölməsi ilə bağlı
statistikalar daha acınacaqlıdır.
  Hazırda dünyada mövcud olan 6912 dilin yalnız 5%-dən fəal istifadə edilir. ABŞ-dakı Milli
Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündə
bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq. Hazırda
mövcud olan dillərdən 28 %-də cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki,
həmin 28 % son dərəcə təhlükə altındadır. Günümüzdə məhv olmaq təhlükəsi altında olan
dillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğu bildirilir. Bu statistikanın
əyani göstəricisi olan aşağıdakı cədvələ nəzər salaq. Onu da qeyd etmək istəyirəm ki, dillərlə
bağlı bu cür statistikalar çox mütəhərrikdir. Dəyişmələrin baş verməsini qısa zaman kəsiyində
müşahidə etmək olur.
                                       (10)
                                               Danışanların          Dillərin        %
                                               sayı                  sayı
                                               100 milyondan         9               0.15
                                               çox
                                               10-99.9 milyon        72              1.2
                                               1-9.9 milyon          239             3.9
                                                                                                  2
100,000-999,999       795              13.1
                                             10,000-99,999         1,605            26.5
                                             1,000-9,999           1,782            29.4
                                             100-999               1,075            17.7
                                             10-99                 302              5.0
                                             1-9                   181              3.0



Dillərin yox olma səbəbləri
    Dilin məhv olması prosesini öyrənən alimlər çox sayda səbəb gətirirlər. Bəzilərinə nəzər
salaq:
•     Siyasi, iqtisadi üstünlük
    İqtisadi və siyasi amillər səbəblər siyahısının başında göstərilir, çünki ən başlıca səbəb
iqtisadi fəallıqdır. Sayca çox olan etnik qrup daha iqtisadi fəal olur və onların dilləri üstünlük
təşkil edir. İnsanlar iqtisadi cəhətdən rahat yaşamaq üçün həmin dillərin istifadəsinə üstünlük
verməyə başlayırlar. Ona görə də sosial-iqtisadi inkişaf dilin də inkişafı üçün əsas sayıla
bilər.
    Dillərin yaşamasında siyasətçilər də olduqca böyük rol oynayırlar. Dominant millət
nümayəndələri yalnız öz dillərində danışanları irəli buraxırsa, bu, başqa dillərin ölümü
demək olur. Digər acınacaqlı hal da odur ki, bəzən cəmiyyətdən təcrid olunmamaq üçün
insanlar öz dillərini tərk edib dominant dillərdən birində danışmağa başlayırlar. Uşaqlarını da
həmin dildə təhsil verən tədris müəssisələrinə yollayırlar. Zaman keçdikcə isə bu cür şərtlər
altında insanlar öz dillərini unudur.


    • Heç bir doğma istifadəçinin qalmaması
    Bir nəsil öz doğma dilində danışır və onlar bu dili övladlarına öyrədirlər. Övladları isə bu
dildən öz uşaqları ilə ünsiyyətdə çox istifadə etmir, çünki onlar ünsiyyəti asanlaşdıran hibrid
dildə danışmağı üstün tuturlar və nəticədə gənc nəsil doğma dili yaxşı mənimsəmir.
Gələcəkdə də əgər bu gənc nəsildən olanlar başqa yerlərdə yaşamağı seçsələr onlar onsuz da
çox istifadə etmədikləri doğma dili asanlıqla unudub məskunlaşdıqları yerlərdə danışılan
dildən istifadə edəcəklər. Bu da artıq sahibləri tərəfindən istifadə olunmayan dilin ölümünə
səbəb olur. (6)
    Digər tərəfdən bu insanları günahlandırmaq doğru deyil. Dilçi alim Peter Ladefoged bu
məsələyə başqa nöqtədən yanaşır. Onun dediklərinə görə təhlükədə olan dillərin istifadəçiləri
dilçilərin onları xilas etməsini istəmir, çünki yuxarıdan aşağı baxılan, ayrıseçkiliyə məruz
qalmış, aparıcı dillərdə danışan insanlardan bezən bəzi azlıqlar daha təhlükəsiz və rahat həyat
naminə könüllü olaraq öz dillərini tərk edirlər. Alim Keniyanın kənd sakini ilə demək olar ki,

                                                                                                   3
ölməkdə olan dahalo dili haqqında danışmasını xatırlayır. Həmin şəxs fəxr edirdi ki,oğlanları
   yalnız daha nüfuzlu dil olan svahili dilində danışa bilir və sevinirdi ki, onlar onun sahib ola
   bilmədiyi təhsilə və həyata sahib olacaqlar. (3)
      Nə qədər acınacaqlı hal olsa da heç kimin o kəndlini və onun timsalında dillərini qurban
   vermək məcburiyyətində qalmış minlərlə insanı günahlandırmağa haqqı yoxdur.


         •        Yazılı formanın mövcud olmaması
     Bir çox dillər adət-ənənələr, tarixçilər, bu dilləri nitqlərində yaşadan insanlar tərəfindən
   ötürülərək daha çox şifahi və ya ənənəvi formada mövcud olur. Sərt iqlimlər, dözümlü
   materialların çatışmazlığı və belə bir sıra səbəblər yazılı formada nümunələri az olan bu
   dillərin məhv olmasına səbəb olur. Bu cür dillərə aid yazılı məlumatlar müxtəlif heyvan
   dəriləri, qayaüstü rəsmlər, ağac gövdəsi, kobud formalı perqament kağızlar və hətta insan
   bədənindəki döymələrdə belə əks oluna bilər ki, bunlar da etibarlı qoruyucu deyil və istənilən
   zaman asanlıqla məhv ola bilər. Onların məhv olması isə bir dilin yox olması deməkdir. (6)


         •        Digər bir hibrid dil tərəfindən udulma
       İlk öncə hibrid dilin nə anlama gəldiyini açıqlayaq.
      Hibrid dillər və ya Lingua Franca
   Lingua Franca iki müxtəlif mənaya malikdir. İlk olaraq bu ifadə bir neçə Avropa dilini
birləşdirən hibrid dil anlamındadır. Bu dil bir vaxtlar Aralıq dənizi sahillərində yaşayan
xalqların ünsiyyət vasitəsi idi, çünki əks halda onların əlaqə qurması mümkün deyildi. İkinci
mənada isə o müxtəlif cəmiyyətlərdən və mədəniyyətlərdən olan insanların əlaqə qurması üçün
geniş istifadə olunan dil anlamını verir.(9)
  Dil müxtəlif regionlardan olan insanların əlaqə yaratmasında ən böyük maneələrdən biridir.
Ümumiyyətlə, insanlar müəyyən coğrafi ərazidə dialektləri fərqli olsa da bir ümumi dili bölə
bilərlər. Bu da ona zəmanət verir ki, insanların ünsiyyət qurması və asanlıqla ticarət etməsi
üçün bəzi dialektləri özündə əks etdirən hibrid dildən istifadə oluna bilər. Bu dil də hibrid dil
olaraq tanınır, çünki o (vernacular)yerli yox, (vehicular) daşınan dildir. Yerli dil şivələri,
ləhcələri özündə əks etdirən və müəyyən bir qrupun anlayıb danışa bildiyi dildir. Məsələn:
Portuqaliyada yaşayanlar üçün portuqal dili yerli dil sayılır, amma klassik ərəb dili Yaxın
Şərqdə yaşayan xalqların hibrid dili sayılır.(9)
  İngilis və fransız dilləri müxtəlif dövrlərdə ümumi dil olaraq tanınmışdır. Fransız dilindən bir
vaxtlar diplomatiyada hibrid dil olaraq istifadə olunurdu. Diplomatlar konfranslarda,
görüşlərdə fransızca danışırdılar. İngilis dili isə daha çox elm, texnologiya dili olaraq
bilinmişdir.(9)

                                                                                                     4
Bu gün Afrikada isə bəzi regionlarda tayfalar geniş yayılmış svahili dilindən hibrid dil kimi
istifadə edirlər.(9)
  Beynəlxalq köməkçi dil sayılan Esperantonun layihəçiləri onun hibrid dil kimi istifadə
olunmasına səy göstərsələr də bu cəhd uğurlu alınmadı, çünki Esperanto da digər sonradan
tərtib olunmuş beynəlxalq dillər kimi hibrid dil səviyyəsinə qalxa bimədi.
  Hal-hazırda güclənən bir proses də əhatə dairəsi az, istifadəçisi məhdud, iqtisadi və mədəni
həyatda rolu zəif olan dillərin daha geniş yayılmış, daha çox istifadəçiyə sahib olan, müasir
dövrdə ehtiyacın böyük olduğu dillər tərəfindən udulmasıdır. Şərqi və Mərkəzi Avropanın köçəri
tayfaları, Afrikanın Cənubi Saxara bölgəsi, Sakit okeanın cənubundakı tropik meşələrdə və təcrid
olunmuş adalarda yaşayan xalqların linqvistik irslərini itirmə təhlükəsi daha böyükdür. Bu cür
xalqlar və tayfalar üçün həyatda qalmaq naminə başqa ölkələrlə ticarət əlaqələri qurmaq
zəruridir. Bu səbəbdən dolayı bu qruplaşmalarda yaşayan insanlar müəyyən bir hibrid dildə
danışmalı olurlar.


    •   Müharibələr, xəstəliklər, təbii fəlakətlər və kənar mexanizmlər


  Bunlara aid bir neçə misal gətirmək olar.
  Dilin varlığına digər bir xalq və ya mexanizm tərəfindən məqsədli şəkildə son qoyulmasına
bəzən “Linguicide” də deyilir. Bu hallara daha çox Amerika və Avstraliya qitələrində rast
gəlinir.(7) Bununla yanaşı dünyada da buna aid bir çox misal göstərmək olar.
İkinci dünya müharibəsindən sonra alman dili bir sıra ölkələrdə o cümlədən, ABŞ və İtaliyada
qadağan edildi və ya Havay adalarının Amerikaya ilhaq edilməsindən sonra havay dilinin həmin
ərazidə danışılmasına məhdudiyyət qoyuldu.(7)
  Britaniya höküməti isə məktəblərdə Uels və Şotland Gelsk dilinin tədrisinə qadağa
qoymuşdur.(7)
  Hindistanın dağlarında əhalisinin sayı bir neçə min olan Sulung xalqı yaşayır. Qonşu tayfalarla
uzun müharibələr nəticəsində onlar bu ərazilərə köçmək məcburiyyətində qalmışlar. Əgər bu
xalqın varlığına sözü gedən qonşu tayfalar tərəfindən son qoyulsa o zaman onların dilləri də yox
olacaq.(5)
  Otuz il əvvəl isə Braziliyada yaşayan Jiahui xalqı ranço sahibləri tərəfindən doğma
torpaqlarından çıxarıldılar. Onlardan bəziləri düşmənlərə qoşuldular, bəziləri isə şəhərlərə
köçdülər. İndi onlar torpaqlarını qismən bərpa ediblər, ancaq sayları olduqca az- əlli nəfərdən
çox deyil.(5)
  Digər misal olaraq Braziliyanın Mato Grosso vilayətindəki Rikbatsai tayfasını göstərə bilərik.
Bu xalqın nümayəndələri cəsur döyüşçülər olması ilə fərqlənirdi, amma onlar Yezuit

                                                                                                  5
missionerlərinin gətirdiyi çiçək və qrip epidemiyası qarşısında aciz qaldılar. Avropadan
gətirilmiş bu xəstəliklər onların və bir çox digər xalqların kütləvi məhvinə səbəb oldu. Onlarla
birgə dilləri də tarixin yaddaşına köçdü.(5)
  Təbii fəlakətlər də səbəblərdən biridir. 1998-ci ildə dəhşətli sunami Papua Yeni Qvineyanın
şimal sahilini vuraraq Varapau və Sissanu dillərində danışan demək olar ki, bütün insanların
ölməsinə səbəb oldu. Sadəcə olaraq həmin vaxt evlərində olmayan çox az sakin sağ qala bildi və
hazırda bu dillərdə danışa bilənlər yalnız onlardır. (5)


   •     Başqa dillərdən sözlərin keçməsi
  Buna bəzən “Dil Aşınması” və ya “Dil İntiharı” da deyilir.(7)
Dilin digər dillərdən söz götürməsi normal haldır, amma bəzi hallarda bu nəzarətdən çıxa bilər.
Bu da dillərin ölmə səbəblərindən biridir. Zəngin olmayan bir dil digərindən çox şey mənimsəyə
bilər-əvvəlcə sözləri, sonra qrammatika, müəyyən ifadələri hətta cümlə strukturunu və nəticədə
müəyyən müddət sonra o dilləri ayırmaq qeyri-mümkün həddə çatır və zəif dil güclünün
tərkibində əriyib yox olur.(3)
   •     Təhsil ocaqlarında zəif tədris
       Buna latın dilini misal gətirmək olar. Bu dilin müasir dövrdə yerli istifadəçisi yoxdur. Hətta
bu dili bildiklərini söyləyən müəllimlər belə bir neçə cümləni ardıcıl deməyə çətinlik çəkir. Artıq
bir əsrdən çoxdur ki, latın dili Amerika universitetlərinə qəbul tələbləri arasında yoxdur. Hətta
devizi “Veritas” (Həqiqət) olan Harvard universiteti və devizi “Crescat scientia vita excolatur”
(Təhsili inkişaf etdirək və bununla da həyat zənginləşəcək) olan Çikaqo universiteti və devizləri
latınca olan bir sıra Amerika universitetlərinin heç birinin qəbul qaydaları içində latın dili tələb
edilmir. Klassik bölmələr universitetlərdə ən balaca və ən az maliyyələşdirilən bölmələrdir.
İnsanlar bu dilin ömrünü bitirdiyini düşünür və vaxtlarını daha müasir dilləri öyrənməyə sərf
etməyi üstün tuturlar.(8)

Niyə qayğı göstərməliyik ?

  Bəzən insanlar ölən dillərin geri qaytarılmasının və buna sərf edilən səylərin mənasız və
lüzumsuz olduğunu düşünür. Əslində isə geri qaytarılan və qorunan hər bir dil mədəniyyətin,
tarixin, öz keçmişimizin bir parçasının qayıtması və qorunması deməkdir. Bununla yanaşı bir
sıra səbəblər də göstərmək olar.


Dil kimlikdir.
  Azlıq dillərin istifadəçiləri son dərəcə qürurlu və mühafizəkar olmaqları ilə fərqlənir, çünki
dil insanın şəxsiyyətinin formalaşmasında ən mühüm amillərdəndir. Belfastlı Nerys Jenkins bu

                                                                                                       6
cür hesab edir: “Mənə Uels dilində danışmamağı əmr etmək nəfəs almamaq əmrinə bənzərdi.
Mən bunu edə bilmərəm.” Burdan aydın olur ki, kiminsə dilinin ölməsinə yol vermək onun
kimliyinin bir parçasının ölməsinə göz yummaq deməkdir.(3)


Dil mədəniyyətdir.
  Dil mədəniyyətlə sıx əlaqəlidir. Əgər millət dilini itirirsə dolayısıyla musiqisini, ədəbiyyatnı
bir sözlə incəsənətini itirir. Arisaig sakini Elizabet Makdonald Şotland gelsk dili haqda belə
deyir: “Bizim dilimiz qədim mədəniyyətimizin ən vacib hissəsidir . Əsrlər boyunca çoxlu
təqiblərə məruz qalmasına baxmayaraq bu günə kimi yaşamağı bacarmışdır. Bu dil incəsənətin
müxtəlif sahələrinin hələ də mövcud olmasına səbəb olmuşdur və dilimizin sayəsində
mədəniyyətimiz yaşayır.” (3)


Dil tarixdir
  Dil istifadəçilərinin tarixini şərh edir. Qədim yazılar sayəsində biz keçmişdə baş verən
hadisələri tam təfsilatı ilə öyrənə bilərik. İstənilən yazılı abidə maddi abidənin deyə biləcəyindən
daha çox şey danışa bilər. Bu yazılar qəbir daşları üzərində, qədim kitablarda və ya müxtəlif
əşyalara həkk olunmuş ola bilər. Əgər biz onları oxuya biliriksə bu gündən keçmişə uzanan
milyon illik məsafəni 1 ana qət etmiş oluruq, lakin oxmağa müvəffəq olmasaq keçmişlə olan bu
bağlılıq da bir anda yox olub gedir.
  Dilin tarixlə əlaqəsinə dair bir misal: Alim Qreqori Anderson ket xalqının dili ilə bağlı bir
məsələni bu cür izah edir: “Yeni araşdırmalara görə, ola bilər ki, ket dili navajo kimi qədim
Amerika dillərinin uzaq qohumudur. Əgər bu nəzəriyyə doğrudursa, onda ket dilinin öyrənilməsi
buz körpüsü ilə Asiyadan Amerikaya insan köçünün tarixini də öyrənməyə imkan verə bilər.”


Dil elmdir.
  Dillər özündə müxtəlif elmlərin sirlərini gizləyir. Məsələn: Mikmak dilində ağaclar külək
əsdiyi zaman çıxardıqları səsə görə adlanırdılar. Səslər dəyişirdisə adlar da dəyişirdi, beləliklə
əgər müasir dövrdə Mikmak dilində danışan yaşlı bir insan ağaclara verilən o adları xatırlasa
asanlıqla bilmək olar ki, adlar dəyişib yoxsa yox. Əgər dəyişibsə bu o anlama gələr ki, yağan
yağışların tərkibindəki kimyəvi turşular ağaclara mənfi təsir göstərdiyi üçün onun keyfiyyətini
aşağı salıb və nəticədə onun çıxardığı səslər dəyişib. Mikmak dilinin yox olması bu sadə üsulun
da məhv olması anlamına gəlir. (3)


Dil və texnologiya



                                                                                                     7
Başqa bir təsir sahəsi isə texnologiyadır. Dili inkişaf etməmiş və ya təhlükədə olan bir ölkədə
texnologiya da yavaş inkişaf edir və onlar müasir texnologiyanın üstünlüklərindən istifadə edə
bilmir. Texnologiyadan kənarda qalan ölkələrsə cəmiyyətdən təcrid olunma gerçəyi ilə hər
zaman üz-üzədir. Bir ölkənin mövqe əldə etməsi üçün onun ictimai profili olmalıdır. Müasir
dövrdə bu profil televiziya və radioda yayımlanan verlişlər, qəzetlərdə çıxan xəbərlər vasitəsilə
yaradılır, amma məlumdur ki, bu vasitələrlə dünyada tanınmağa yalnız geniş əhatə dairəsinə
malik, maddi imkanları böyük olan dövlətlər nail ola bilir . Virtual məkanda isə hər kəs
bərabərdir və hansı dildə yazılmasından asılı olmayaraq internet səhifəsinin qiyməti dəyişmir. Bu
gün virtual aləmdə bəzi az istifadəçisi olan dillərdə yazılmış məlumatlara rast gəlmək
mümkündür. Bəzi kiçik xalqlar ölkələri haqda öz dillərində məlumat yerləşdirirlər. Əgər dil
güclü olarsa bu cür məlumatlar daha çox insan tərəfindən oxunar və həmin ölkə barədə məlumat
da daha geniş miqyasda yayılar. Beləcə insanlar öz dilləri vasitəsilə başqaları arasında mövqe
tuta bilər. (1)


Çox variant daha yaxşı izah deməkdir.
   Dillər haqqında nə qədər çox məlumatlar, nümunələr bilsək dil öyrənmək də o qədər asan və
maraqlı olar. Əksər hallarda bir dilin qrammatikasını dərk etməyən insanlar digər bir dili
öyrəndikləri zaman bu çətinlikləri aşa bilir və qaranlıq nöqtələri iki dili müqayisə edərək çözə
bilirlər.
   Daniel Nettle və Suzanne Romainenin “Yox Olan Səslər” kitabından: “ Biz tədqiqatlarımızdan
ekzotik dilləri çıxarsaydıq bu məhdud sahədəki gülləri öyrənən bağbandan bütün bitki aləmini
bilməsini gözləməyə bənzəmiş olardı.” (3) Yəni heç bir dil lazımsız deyil. Hər birinin özünə görə
bir qəribəliyi və başqa heç bir dilin malik olmadığı xüsusiyyətləri var. Buna bariz nümunə olaraq
İstanbul yaxınlığında danışılan və 1992-ci ildə ölmüş Ubykh dilini göstərmək olar.
Xoşbəxtlikdən dil ölməzdən əvvəl dilçilər 81 samit və yalnız 3 saitdən ibarət olan bu dilin
qəribəlikləri haqda məlumat əldə edə bilmişlər.(3) Bu cür müşahidələr bizə dillərin necə
ağılasığmaz quruluşa malik ola biləcəyi gerçəyini göstərir.
  Hər öyrənilən yeni dil insan beyninin nəyə sahib olduğunu, düşünmək, hiss etmək və müşahidə
qabiliyyətini göstərir.


   Dil ölümünün qarşısı necə alına bilər ?

   Alimlər bildirirlər ki, bu, təkcə dilçilərin bacara biləcəkləri bir iş deyil. Bu dillərdə
danışıqların audio və video ilə yaddaşa köçürülməsi, qrammatik quruluşunun, lüğət tərkibinin
heç olmasa bir qisminin sənədləşdirilməsi lazımdır. Buna da alimlərin səyləri ilə yanaşı maddi
vəsait də gərəkir.

                                                                                                     8
Alimlər bildirirlər ki, maddi dəstək və ictimai təşəbbüslər məhv olmaqda olan dillərin
saxlanmasına, bəzi hallarda yenidən dirçəldiməsinə imkan verə bilər. Təəssüf ki, istifadəçisi çox
az və ya yalnız yaşlı nəsil olan və yalnız cəmiyyətdə mövqe əldə etmək naminə yaşayan, öz
dillərinin təhlükədən qurtarmağa heç cür əmək sərf etməyən bəzi xalqlar üçün dillərinin xilası
artıq demək olar ki, mümkün deyil, lakin bu vəziyyətdə olmayan bir çox başqa dillər də var və
bu cür dillər üçün dirçəlmə üsulları mövcuddur. Bu üsul dirçəltmə, həyata qaytarma
(revitalization) adlanır. Əgər cəmiyyət dilin təhlükədə olduğunu vaxtında aşkarlayıb qarışısını
almaq üçün birgə fəaliyyət göstərsə bu dilin qorunması, təhlükə zolağından çıxması üçün yetərli
ola bilər. Necə ki, bu uels dili, Avstraliyanın bəzi qədim dilləri, İspaniyanın qalikian dili və bir
sıra bu kimi dillər üçün yetərli oldu. Öz dilini qormuaq istəyən xalq olmalıdır. Bu birinci
mərhələdir. İkinci mərhələ isə azlıq dillərə hörmət etməyi aşılayan mədəniyyətin olmasıdır.
Bunlardan sonra isə yuxarıda qeyd etdiyim digər mərhələlər gəlir. Məsələn: maddi dəstək,
kursların açılması, müəllimlərin işə cəlb olunması və s. Ən son mərhələ dilçilər tərəfindən dilin
analiz olunaraq yazılıb sənədləşdirilməsidir. Balaca dillərin necə qorunub dirçəldilməsinə
nümunələr də var.
  Böyük Britaniyada əvvəllər qadağan edilmiş və məhv olmaq təhlükəsi ilə üzləşmiş uels dili
dövlətin yardımı ilə yenidən canlandırıldı və artıq bu dildə danışanların sayı minlərlədir. Hal-
hazırda bu dil ingilis dili ilə bərabər istifadə olunur. 1993-cü ildə imzalanmış Uels Dili Aktı
imkan verir ki, insanlar pasport və ya sağlıq haqqında arayışları əldə etmək üçün müraciətlərdə
bu dildən istifadə etsinlər. Bundan əlavə məktəblərdə də bu dilin tədrisinə imkan yaradılmışdır.
  Manks dilində danışan son insan 1974-cü ildə dünyasını dəyişdi. Bununla belə Man adasında
yaşayan əhali ildə 1000 uşağa bu dili məktəbdə ikinci dil olaraq öyrətməklə heç bir maddi
yardım olmadan manks dilinin həyata qayıdacağına inanır.(3)
  Son illərdə dil planlaşdırıcıları bask dilində dəyişikliklər edərək böyük uğura imza atdılar,
çünki 1960-cı illərdə dil inkişaf etməyə başladıqda lüğətinə çoxlu yeni sözlər toplamışdı, amma
başqa dillərdən fərqli olaraq bu sözlər dilin öz imkanları hesabına yaranmamış, başqa dillərdən
alınmış neologizmlərdən ibarət idi. Bask dilində isə anti-, pre-, un-, ön şəkilçiləri işlənmədiyi
üçün dil qəbul etdiyi sözlərlə zənginləşmək əvəzinə yararsız hala düşmüşdü və dilçilərin apardığı
dəyişikliklər nəticəsində dildə ön şəkilçilərdən istifadənin genişləndirilməsinə başlanmışdır və
beləcə qəbul olunan və ön şəkilçilər olmadan istifadə olunmayan sözlər yararlı hala gətirilmişdir.
(3)
  Əvvəllər Türkiyədə kürd dilində danışılması qanunsuz idi. Qanun kürd dilində danışanların
sayının azalmasına səbəb olsa da, dil ölmədi. Nəhayət 2002-ci ildə yayım və təhsil üzərindəki
qadağalar qalxdı və 2004-cü ildə Türkiyədə ilk kürd dilində proqram yayımlandı. Beləcə dilin
ölməsinin qarşısı alınmış oldu. (3)

                                                                                                       9
Digər bir misalsa Fransaya aiddir. Fransada ingilis dili tamamilə qadağan edilməsə də bu
məsələyə dair hökümət ciddi ölçü götürmüşdür. Qanuna görə radioda yayımlanan musiqinin ən
azı 40 %-i fransızca olmalıdır. 1994-cü ildə təqdim olunmuş bu dil planlaşdırılmasının əsas
məqsədlərindən biri də Fransa musiqisini ingilis dilində olan musiqilərin təzyiqindən qorumaq
idi və hətta bu qanun ingilis dilli kanal olan ParisLive kanalına da aid edilmişdir. (3)


  Nəticə

  Problemi gündəlikdə saxlamaq üçün BMT-nin Elm və Təhsil Təşkilatı - UNESCO 1999-cu
ildə fevralın 21-ni Ana Dili Günü elan edib.
  Hazırda kiçik dillərin qorunması işlərinə maddi yardım göstərən əsas təşkilat Britaniyadakı
“Hans Rausing” (Məhv olmaq Təhülkəsi ilə Üzləşmiş Dillər) layihəsidir. Bu qurum ildə dillərin
qorunması layihəsinə 2 milyon dollar qrant verir. Həmin təşkilat indiyə qədər 150 dilin
sənədləşdirilməsinə nail olub. Almaniyanın “Volkswagen” avtomobil şirkəti də son 10 ildə 80
dilin sənədləşdirilməsinə maliyyə ayırıb. Bundan başqa, ABŞ-dakı “Milli Elm Fondu” da bu
sahədə layihələri maliyyələşdirir.
  Doğrudur, bütün bu səylər yaradılmış şəraitlər bu məsələnin hər zaman gündəmdə
olduğundan, kimlərinsə bununla hələ də yaxından məşğul olmasından xəbər verir. Bəs nə üçün
hələ də hər iki həftədə bir dilin artıq bu dünyada mövcud olmaması gerçəyi dəyişmir? Demək
əskik qalan bir şeylər var. Demək bundan da artığını etməyə qadirik. Hər kəs dilini qorumağa
özünə “Mən dilim üçün nə edirəm və ya nə edə bilərəm?”sualını verməklə başlamalıdır, çünki hər
şey maddi vəsaitlə, dövlət səviyyəsində həyata keçirilmiş hansısa proqramlarla və ya bir qrup
dilçinin təşəbbüsü ilə həyata keçirilə bilməz. Əsas olan faktor hər kəsin birgə fəaliyyət
göstərərək uğura nail olmasıdır ki, buna aid misallarla da tanış olduq. Nə edəcəyiksə birgə
edəcəyik ən azından onun üçün ki, bizdən sonra gələcək olan nəsillər də etdiyimiz bu işləri
davamını gətirmək istəsinlər. Belə olarsa gələcək nəsil bilər ki, biz bu dilləri tarixin burulğanına
atmamışıq, biz bu dillərin qayğısına qalmaq üçün əlimizdən gələni əsirgəməmişik.




     Qaynaqlar

   1. David Crystal, 2000, Language death, ISBN 0521 65321 5, Cambridge University Press,
       UK.
   2. Salikoko S. Mufwene, How Languages Die, July 2006, University of Chicago.
   3. www.bbc.co.uk
   4. www.eprints.um.edu


                                                                                                  10
5. www.spinner.cofc.edu
6. www.bettereflteacher.blogspot.com
7. www.experiencefestival.com
8. www.ashbrook.org
9. www.wisegeek.com
10. www.compassconference.wordpress.com
11. www.africanhistory.com




                                          11

Más contenido relacionado

La actualidad más candente

Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outils
Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outilsDoctorat sciences - Recherche bibliographique : méthode, sources et outils
Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outilsFrédérique Flamerie
 
Portfolio CRMEF
Portfolio CRMEFPortfolio CRMEF
Portfolio CRMEFOstadma
 
Sérodiagnostic de widal et félix
Sérodiagnostic de widal et félixSérodiagnostic de widal et félix
Sérodiagnostic de widal et félixS/Abdessemed
 
Rédiger le CV et la lettre de motivation: Les règles d'or
Rédiger le CV et la lettre de motivation: Les règles d'orRédiger le CV et la lettre de motivation: Les règles d'or
Rédiger le CV et la lettre de motivation: Les règles d'orANAPEC
 
Outil de scénarisation de cours
Outil de scénarisation de coursOutil de scénarisation de cours
Outil de scénarisation de coursJean-Luc Trussart
 
Carte heuristique_Le monde de la Formation Professionnelle
Carte heuristique_Le monde de la Formation ProfessionnelleCarte heuristique_Le monde de la Formation Professionnelle
Carte heuristique_Le monde de la Formation ProfessionnelleThomas CORNU
 
La cellule de malassez
La cellule de malassezLa cellule de malassez
La cellule de malassezS/Abdessemed
 
Scénariser son cours sur Moodle
Scénariser son cours sur MoodleScénariser son cours sur Moodle
Scénariser son cours sur MoodleAntonia Rizakou
 
Managing International Meetings
Managing International MeetingsManaging International Meetings
Managing International MeetingsSam Lubis, S. Pd.
 
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013François Magnan
 
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...Zotero Standalone : un incontournable pour gérer vos références de recher...
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...Gabriel Dumouchel, Ph.D.
 
Organiser et animer des sequences d’apprentissage
Organiser et animer des sequences d’apprentissageOrganiser et animer des sequences d’apprentissage
Organiser et animer des sequences d’apprentissagedavidlahore
 
Université Mohammed V Rabat
Université Mohammed V RabatUniversité Mohammed V Rabat
Université Mohammed V RabatOpenMed Project
 
Presentation-Ecrits-professionnels.pdf
Presentation-Ecrits-professionnels.pdfPresentation-Ecrits-professionnels.pdf
Presentation-Ecrits-professionnels.pdfFootballLovers9
 

La actualidad más candente (20)

Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outils
Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outilsDoctorat sciences - Recherche bibliographique : méthode, sources et outils
Doctorat sciences - Recherche bibliographique : méthode, sources et outils
 
Présentation.pptx
Présentation.pptxPrésentation.pptx
Présentation.pptx
 
Portfolio CRMEF
Portfolio CRMEFPortfolio CRMEF
Portfolio CRMEF
 
Sérodiagnostic de widal et félix
Sérodiagnostic de widal et félixSérodiagnostic de widal et félix
Sérodiagnostic de widal et félix
 
Spla licensing example
Spla licensing exampleSpla licensing example
Spla licensing example
 
Rédiger le CV et la lettre de motivation: Les règles d'or
Rédiger le CV et la lettre de motivation: Les règles d'orRédiger le CV et la lettre de motivation: Les règles d'or
Rédiger le CV et la lettre de motivation: Les règles d'or
 
Outil de scénarisation de cours
Outil de scénarisation de coursOutil de scénarisation de cours
Outil de scénarisation de cours
 
Carte heuristique_Le monde de la Formation Professionnelle
Carte heuristique_Le monde de la Formation ProfessionnelleCarte heuristique_Le monde de la Formation Professionnelle
Carte heuristique_Le monde de la Formation Professionnelle
 
La cellule de malassez
La cellule de malassezLa cellule de malassez
La cellule de malassez
 
Scénariser son cours sur Moodle
Scénariser son cours sur MoodleScénariser son cours sur Moodle
Scénariser son cours sur Moodle
 
Managing International Meetings
Managing International MeetingsManaging International Meetings
Managing International Meetings
 
Lettre de motivation
Lettre de motivationLettre de motivation
Lettre de motivation
 
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013
Zotero gérer les_références_bibliographiques_urfist_déc_2013
 
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...Zotero Standalone : un incontournable pour gérer vos références de recher...
Zotero Standalone : un incontournable pour gérer vos références de recher...
 
Le logo
Le logoLe logo
Le logo
 
Organiser et animer des sequences d’apprentissage
Organiser et animer des sequences d’apprentissageOrganiser et animer des sequences d’apprentissage
Organiser et animer des sequences d’apprentissage
 
Université Mohammed V Rabat
Université Mohammed V RabatUniversité Mohammed V Rabat
Université Mohammed V Rabat
 
Presentation-Ecrits-professionnels.pdf
Presentation-Ecrits-professionnels.pdfPresentation-Ecrits-professionnels.pdf
Presentation-Ecrits-professionnels.pdf
 
Rappel archi
Rappel archiRappel archi
Rappel archi
 
La centrifugation
La centrifugationLa centrifugation
La centrifugation
 

Más de Aytekin Aliyeva

Más de Aytekin Aliyeva (20)

Mythological Criticism
Mythological CriticismMythological Criticism
Mythological Criticism
 
John Dryden, Essay for Drammatic Poesy
John Dryden, Essay for Drammatic PoesyJohn Dryden, Essay for Drammatic Poesy
John Dryden, Essay for Drammatic Poesy
 
Azerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languagesAzerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languages
 
Robert frost poems
Robert frost poemsRobert frost poems
Robert frost poems
 
Dreams
DreamsDreams
Dreams
 
Community language learning
Community language learningCommunity language learning
Community language learning
 
Biblical flood story
Biblical flood storyBiblical flood story
Biblical flood story
 
Figures of speech
Figures of speechFigures of speech
Figures of speech
 
Gilgamesh
GilgameshGilgamesh
Gilgamesh
 
Edda
EddaEdda
Edda
 
William blake
William blakeWilliam blake
William blake
 
Walter savage landor
Walter savage landorWalter savage landor
Walter savage landor
 
Edgar allan poe dreamland.
Edgar allan poe dreamland.Edgar allan poe dreamland.
Edgar allan poe dreamland.
 
The bet - Anton Pavlovich Chekhov
The bet - Anton Pavlovich Chekhov   The bet - Anton Pavlovich Chekhov
The bet - Anton Pavlovich Chekhov
 
Azerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languagesAzerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languages
 
Communication
CommunicationCommunication
Communication
 
Subject verb agreement
Subject verb agreementSubject verb agreement
Subject verb agreement
 
Subject – verb agreement
Subject – verb agreementSubject – verb agreement
Subject – verb agreement
 
Pronouns and adverbs
Pronouns and adverbsPronouns and adverbs
Pronouns and adverbs
 
Sunami
SunamiSunami
Sunami
 

öLü dillər

  • 1. ÖLÜ DİLLƏR Aytəkin Əliyeva Qafqaz Universiteti Pedaqogika Fakültə İngilis Dili və Ədəbiyyatı Bölməsi BAKI/AZƏRBAYCAN aytekin.aliyeva28@yahoo.com XÜLASƏ Bu gün statistika dünyanın hər tərəfindəki təhlükədə olan dillərlə bağlı həyəcan təbili çalır. İtkilərin yüksələn sürəti bizi səbəblər və çıxış yolları haqqında daha diqqətlə düşünməyə məcbur etməlidir. İnsanlar bu təhlükəni yaradan səbəbləri , əllərimizdən sürüşüb gedən bu dillərin hər birinə nəyə görə ehtiyacımızın olduğunu tapmağa çalışır və hər kəs bu dəyişməz reallıq qarışısında öz vəzifəsini bilməlidir. Bu məqaləni yazmaqda məqsədim məni dilin ölməsi prosesi barədə daha çox düşünməyə vadar edən səbəbləri ön planda göstərməkdir. Daha çox üç sual üzərində dayanacağıq: 1) Dillər necə və niyə ölür? 2) Nə üçün bunun qeydinə qalmalıyıq? 3) Çıxış yolu nədir? Bütün bu suallara məqalədə nümunələr vasitəsi ilə aydınlıq gətirilmişdir. Açar sözlər: Hibrid dil, Ölmüş Dillər, Linguicide, Dil Aşınması, Dirçəlmə DEAD LANGUAGES ABSTRACT Today statistics sends SOS about the endangered languages all over the world. Increasing speed of losses got to make us think about causes and solutions more carefully. People try to find the reasons which creates this danger, the reasons why we need each language that slips through our hands and all of us should know his or her duty about this unchangeable fact. My goal in this article is to highlight the ways which made me think more about the complexity of the subject matter of language death. We will focus on three major questions: 1) How do languages die and 1
  • 2. why? 2) Why should we care? 3) What can be done? All this questions were answered through the examples in the article. Key words: Lingua Franca, Extinct Language, Linguicide, Language Attrition, Revitalization Giriş Bəşəriyyət yarandığından bu günə kimi dil insanlar üçün ən mükəmməl ünsiyyət vasitəsi olmuşdur. Əsrlər bir-birini əvəz etdikcə dillər də dəyişmiş, istifadə olunmuş və onları yaşadanlarla tarixin yaddaşına köçmüşlər. Alim David Crystal dilin ölümünü insan ölümünə bənzədir. Onun fikrincə, bu gün dil yaşayır, çünki onun istifadəçisi bu gün sağdır. Sabah o yaşamaqdıqda isə dil də ölü sayılacaq, lakin alimin bu fikri ilə razılaşmayanlar da var, çünki bəzi alimlər düşünür ki, son istifadəçinin ölümü heç də dilin ölümünə dəlalət etmir. Məsələn: Qədim koptik dili texniki cəhətdən ölmüş sayılır, çünki bu dildə danışan xalq artıq mövcud deyil, amma bu dil yarandığı ərazinin zəngin tarixini və mədəniyyətini yaşatdığı üçün bu gün də alimlərin diqqət mərkəzindədir.(11) Latın dili də bu cəhətdən mübahisəli dillər sırasındadır. Latın dili yazılı formada, tibbdə, hüquqi terminologiyada mövcud olsa da gündəlik ünsiyyətdə istifadə olunmadığı üçün ölü dil sayılır. (11) Təbii ki, bununla razılaşmayan qruplar da mövcuddur. Hər şeyə rəğmən bu dillərin öldüyünü qəbul etmək çox asan və anlaşılandır, çünki artıq xalq yoxdur, amma müasir dövrümüzdə mənsub olduqları xalqların yaşadığı dillərin ölməsi ilə bağlı statistikalar daha acınacaqlıdır. Hazırda dünyada mövcud olan 6912 dilin yalnız 5%-dən fəal istifadə edilir. ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq. Hazırda mövcud olan dillərdən 28 %-də cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki, həmin 28 % son dərəcə təhlükə altındadır. Günümüzdə məhv olmaq təhlükəsi altında olan dillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğu bildirilir. Bu statistikanın əyani göstəricisi olan aşağıdakı cədvələ nəzər salaq. Onu da qeyd etmək istəyirəm ki, dillərlə bağlı bu cür statistikalar çox mütəhərrikdir. Dəyişmələrin baş verməsini qısa zaman kəsiyində müşahidə etmək olur. (10) Danışanların Dillərin % sayı sayı 100 milyondan 9 0.15 çox 10-99.9 milyon 72 1.2 1-9.9 milyon 239 3.9 2
  • 3. 100,000-999,999 795 13.1 10,000-99,999 1,605 26.5 1,000-9,999 1,782 29.4 100-999 1,075 17.7 10-99 302 5.0 1-9 181 3.0 Dillərin yox olma səbəbləri Dilin məhv olması prosesini öyrənən alimlər çox sayda səbəb gətirirlər. Bəzilərinə nəzər salaq: • Siyasi, iqtisadi üstünlük İqtisadi və siyasi amillər səbəblər siyahısının başında göstərilir, çünki ən başlıca səbəb iqtisadi fəallıqdır. Sayca çox olan etnik qrup daha iqtisadi fəal olur və onların dilləri üstünlük təşkil edir. İnsanlar iqtisadi cəhətdən rahat yaşamaq üçün həmin dillərin istifadəsinə üstünlük verməyə başlayırlar. Ona görə də sosial-iqtisadi inkişaf dilin də inkişafı üçün əsas sayıla bilər. Dillərin yaşamasında siyasətçilər də olduqca böyük rol oynayırlar. Dominant millət nümayəndələri yalnız öz dillərində danışanları irəli buraxırsa, bu, başqa dillərin ölümü demək olur. Digər acınacaqlı hal da odur ki, bəzən cəmiyyətdən təcrid olunmamaq üçün insanlar öz dillərini tərk edib dominant dillərdən birində danışmağa başlayırlar. Uşaqlarını da həmin dildə təhsil verən tədris müəssisələrinə yollayırlar. Zaman keçdikcə isə bu cür şərtlər altında insanlar öz dillərini unudur. • Heç bir doğma istifadəçinin qalmaması Bir nəsil öz doğma dilində danışır və onlar bu dili övladlarına öyrədirlər. Övladları isə bu dildən öz uşaqları ilə ünsiyyətdə çox istifadə etmir, çünki onlar ünsiyyəti asanlaşdıran hibrid dildə danışmağı üstün tuturlar və nəticədə gənc nəsil doğma dili yaxşı mənimsəmir. Gələcəkdə də əgər bu gənc nəsildən olanlar başqa yerlərdə yaşamağı seçsələr onlar onsuz da çox istifadə etmədikləri doğma dili asanlıqla unudub məskunlaşdıqları yerlərdə danışılan dildən istifadə edəcəklər. Bu da artıq sahibləri tərəfindən istifadə olunmayan dilin ölümünə səbəb olur. (6) Digər tərəfdən bu insanları günahlandırmaq doğru deyil. Dilçi alim Peter Ladefoged bu məsələyə başqa nöqtədən yanaşır. Onun dediklərinə görə təhlükədə olan dillərin istifadəçiləri dilçilərin onları xilas etməsini istəmir, çünki yuxarıdan aşağı baxılan, ayrıseçkiliyə məruz qalmış, aparıcı dillərdə danışan insanlardan bezən bəzi azlıqlar daha təhlükəsiz və rahat həyat naminə könüllü olaraq öz dillərini tərk edirlər. Alim Keniyanın kənd sakini ilə demək olar ki, 3
  • 4. ölməkdə olan dahalo dili haqqında danışmasını xatırlayır. Həmin şəxs fəxr edirdi ki,oğlanları yalnız daha nüfuzlu dil olan svahili dilində danışa bilir və sevinirdi ki, onlar onun sahib ola bilmədiyi təhsilə və həyata sahib olacaqlar. (3) Nə qədər acınacaqlı hal olsa da heç kimin o kəndlini və onun timsalında dillərini qurban vermək məcburiyyətində qalmış minlərlə insanı günahlandırmağa haqqı yoxdur. • Yazılı formanın mövcud olmaması Bir çox dillər adət-ənənələr, tarixçilər, bu dilləri nitqlərində yaşadan insanlar tərəfindən ötürülərək daha çox şifahi və ya ənənəvi formada mövcud olur. Sərt iqlimlər, dözümlü materialların çatışmazlığı və belə bir sıra səbəblər yazılı formada nümunələri az olan bu dillərin məhv olmasına səbəb olur. Bu cür dillərə aid yazılı məlumatlar müxtəlif heyvan dəriləri, qayaüstü rəsmlər, ağac gövdəsi, kobud formalı perqament kağızlar və hətta insan bədənindəki döymələrdə belə əks oluna bilər ki, bunlar da etibarlı qoruyucu deyil və istənilən zaman asanlıqla məhv ola bilər. Onların məhv olması isə bir dilin yox olması deməkdir. (6) • Digər bir hibrid dil tərəfindən udulma İlk öncə hibrid dilin nə anlama gəldiyini açıqlayaq. Hibrid dillər və ya Lingua Franca Lingua Franca iki müxtəlif mənaya malikdir. İlk olaraq bu ifadə bir neçə Avropa dilini birləşdirən hibrid dil anlamındadır. Bu dil bir vaxtlar Aralıq dənizi sahillərində yaşayan xalqların ünsiyyət vasitəsi idi, çünki əks halda onların əlaqə qurması mümkün deyildi. İkinci mənada isə o müxtəlif cəmiyyətlərdən və mədəniyyətlərdən olan insanların əlaqə qurması üçün geniş istifadə olunan dil anlamını verir.(9) Dil müxtəlif regionlardan olan insanların əlaqə yaratmasında ən böyük maneələrdən biridir. Ümumiyyətlə, insanlar müəyyən coğrafi ərazidə dialektləri fərqli olsa da bir ümumi dili bölə bilərlər. Bu da ona zəmanət verir ki, insanların ünsiyyət qurması və asanlıqla ticarət etməsi üçün bəzi dialektləri özündə əks etdirən hibrid dildən istifadə oluna bilər. Bu dil də hibrid dil olaraq tanınır, çünki o (vernacular)yerli yox, (vehicular) daşınan dildir. Yerli dil şivələri, ləhcələri özündə əks etdirən və müəyyən bir qrupun anlayıb danışa bildiyi dildir. Məsələn: Portuqaliyada yaşayanlar üçün portuqal dili yerli dil sayılır, amma klassik ərəb dili Yaxın Şərqdə yaşayan xalqların hibrid dili sayılır.(9) İngilis və fransız dilləri müxtəlif dövrlərdə ümumi dil olaraq tanınmışdır. Fransız dilindən bir vaxtlar diplomatiyada hibrid dil olaraq istifadə olunurdu. Diplomatlar konfranslarda, görüşlərdə fransızca danışırdılar. İngilis dili isə daha çox elm, texnologiya dili olaraq bilinmişdir.(9) 4
  • 5. Bu gün Afrikada isə bəzi regionlarda tayfalar geniş yayılmış svahili dilindən hibrid dil kimi istifadə edirlər.(9) Beynəlxalq köməkçi dil sayılan Esperantonun layihəçiləri onun hibrid dil kimi istifadə olunmasına səy göstərsələr də bu cəhd uğurlu alınmadı, çünki Esperanto da digər sonradan tərtib olunmuş beynəlxalq dillər kimi hibrid dil səviyyəsinə qalxa bimədi. Hal-hazırda güclənən bir proses də əhatə dairəsi az, istifadəçisi məhdud, iqtisadi və mədəni həyatda rolu zəif olan dillərin daha geniş yayılmış, daha çox istifadəçiyə sahib olan, müasir dövrdə ehtiyacın böyük olduğu dillər tərəfindən udulmasıdır. Şərqi və Mərkəzi Avropanın köçəri tayfaları, Afrikanın Cənubi Saxara bölgəsi, Sakit okeanın cənubundakı tropik meşələrdə və təcrid olunmuş adalarda yaşayan xalqların linqvistik irslərini itirmə təhlükəsi daha böyükdür. Bu cür xalqlar və tayfalar üçün həyatda qalmaq naminə başqa ölkələrlə ticarət əlaqələri qurmaq zəruridir. Bu səbəbdən dolayı bu qruplaşmalarda yaşayan insanlar müəyyən bir hibrid dildə danışmalı olurlar. • Müharibələr, xəstəliklər, təbii fəlakətlər və kənar mexanizmlər Bunlara aid bir neçə misal gətirmək olar. Dilin varlığına digər bir xalq və ya mexanizm tərəfindən məqsədli şəkildə son qoyulmasına bəzən “Linguicide” də deyilir. Bu hallara daha çox Amerika və Avstraliya qitələrində rast gəlinir.(7) Bununla yanaşı dünyada da buna aid bir çox misal göstərmək olar. İkinci dünya müharibəsindən sonra alman dili bir sıra ölkələrdə o cümlədən, ABŞ və İtaliyada qadağan edildi və ya Havay adalarının Amerikaya ilhaq edilməsindən sonra havay dilinin həmin ərazidə danışılmasına məhdudiyyət qoyuldu.(7) Britaniya höküməti isə məktəblərdə Uels və Şotland Gelsk dilinin tədrisinə qadağa qoymuşdur.(7) Hindistanın dağlarında əhalisinin sayı bir neçə min olan Sulung xalqı yaşayır. Qonşu tayfalarla uzun müharibələr nəticəsində onlar bu ərazilərə köçmək məcburiyyətində qalmışlar. Əgər bu xalqın varlığına sözü gedən qonşu tayfalar tərəfindən son qoyulsa o zaman onların dilləri də yox olacaq.(5) Otuz il əvvəl isə Braziliyada yaşayan Jiahui xalqı ranço sahibləri tərəfindən doğma torpaqlarından çıxarıldılar. Onlardan bəziləri düşmənlərə qoşuldular, bəziləri isə şəhərlərə köçdülər. İndi onlar torpaqlarını qismən bərpa ediblər, ancaq sayları olduqca az- əlli nəfərdən çox deyil.(5) Digər misal olaraq Braziliyanın Mato Grosso vilayətindəki Rikbatsai tayfasını göstərə bilərik. Bu xalqın nümayəndələri cəsur döyüşçülər olması ilə fərqlənirdi, amma onlar Yezuit 5
  • 6. missionerlərinin gətirdiyi çiçək və qrip epidemiyası qarşısında aciz qaldılar. Avropadan gətirilmiş bu xəstəliklər onların və bir çox digər xalqların kütləvi məhvinə səbəb oldu. Onlarla birgə dilləri də tarixin yaddaşına köçdü.(5) Təbii fəlakətlər də səbəblərdən biridir. 1998-ci ildə dəhşətli sunami Papua Yeni Qvineyanın şimal sahilini vuraraq Varapau və Sissanu dillərində danışan demək olar ki, bütün insanların ölməsinə səbəb oldu. Sadəcə olaraq həmin vaxt evlərində olmayan çox az sakin sağ qala bildi və hazırda bu dillərdə danışa bilənlər yalnız onlardır. (5) • Başqa dillərdən sözlərin keçməsi Buna bəzən “Dil Aşınması” və ya “Dil İntiharı” da deyilir.(7) Dilin digər dillərdən söz götürməsi normal haldır, amma bəzi hallarda bu nəzarətdən çıxa bilər. Bu da dillərin ölmə səbəblərindən biridir. Zəngin olmayan bir dil digərindən çox şey mənimsəyə bilər-əvvəlcə sözləri, sonra qrammatika, müəyyən ifadələri hətta cümlə strukturunu və nəticədə müəyyən müddət sonra o dilləri ayırmaq qeyri-mümkün həddə çatır və zəif dil güclünün tərkibində əriyib yox olur.(3) • Təhsil ocaqlarında zəif tədris Buna latın dilini misal gətirmək olar. Bu dilin müasir dövrdə yerli istifadəçisi yoxdur. Hətta bu dili bildiklərini söyləyən müəllimlər belə bir neçə cümləni ardıcıl deməyə çətinlik çəkir. Artıq bir əsrdən çoxdur ki, latın dili Amerika universitetlərinə qəbul tələbləri arasında yoxdur. Hətta devizi “Veritas” (Həqiqət) olan Harvard universiteti və devizi “Crescat scientia vita excolatur” (Təhsili inkişaf etdirək və bununla da həyat zənginləşəcək) olan Çikaqo universiteti və devizləri latınca olan bir sıra Amerika universitetlərinin heç birinin qəbul qaydaları içində latın dili tələb edilmir. Klassik bölmələr universitetlərdə ən balaca və ən az maliyyələşdirilən bölmələrdir. İnsanlar bu dilin ömrünü bitirdiyini düşünür və vaxtlarını daha müasir dilləri öyrənməyə sərf etməyi üstün tuturlar.(8) Niyə qayğı göstərməliyik ? Bəzən insanlar ölən dillərin geri qaytarılmasının və buna sərf edilən səylərin mənasız və lüzumsuz olduğunu düşünür. Əslində isə geri qaytarılan və qorunan hər bir dil mədəniyyətin, tarixin, öz keçmişimizin bir parçasının qayıtması və qorunması deməkdir. Bununla yanaşı bir sıra səbəblər də göstərmək olar. Dil kimlikdir. Azlıq dillərin istifadəçiləri son dərəcə qürurlu və mühafizəkar olmaqları ilə fərqlənir, çünki dil insanın şəxsiyyətinin formalaşmasında ən mühüm amillərdəndir. Belfastlı Nerys Jenkins bu 6
  • 7. cür hesab edir: “Mənə Uels dilində danışmamağı əmr etmək nəfəs almamaq əmrinə bənzərdi. Mən bunu edə bilmərəm.” Burdan aydın olur ki, kiminsə dilinin ölməsinə yol vermək onun kimliyinin bir parçasının ölməsinə göz yummaq deməkdir.(3) Dil mədəniyyətdir. Dil mədəniyyətlə sıx əlaqəlidir. Əgər millət dilini itirirsə dolayısıyla musiqisini, ədəbiyyatnı bir sözlə incəsənətini itirir. Arisaig sakini Elizabet Makdonald Şotland gelsk dili haqda belə deyir: “Bizim dilimiz qədim mədəniyyətimizin ən vacib hissəsidir . Əsrlər boyunca çoxlu təqiblərə məruz qalmasına baxmayaraq bu günə kimi yaşamağı bacarmışdır. Bu dil incəsənətin müxtəlif sahələrinin hələ də mövcud olmasına səbəb olmuşdur və dilimizin sayəsində mədəniyyətimiz yaşayır.” (3) Dil tarixdir Dil istifadəçilərinin tarixini şərh edir. Qədim yazılar sayəsində biz keçmişdə baş verən hadisələri tam təfsilatı ilə öyrənə bilərik. İstənilən yazılı abidə maddi abidənin deyə biləcəyindən daha çox şey danışa bilər. Bu yazılar qəbir daşları üzərində, qədim kitablarda və ya müxtəlif əşyalara həkk olunmuş ola bilər. Əgər biz onları oxuya biliriksə bu gündən keçmişə uzanan milyon illik məsafəni 1 ana qət etmiş oluruq, lakin oxmağa müvəffəq olmasaq keçmişlə olan bu bağlılıq da bir anda yox olub gedir. Dilin tarixlə əlaqəsinə dair bir misal: Alim Qreqori Anderson ket xalqının dili ilə bağlı bir məsələni bu cür izah edir: “Yeni araşdırmalara görə, ola bilər ki, ket dili navajo kimi qədim Amerika dillərinin uzaq qohumudur. Əgər bu nəzəriyyə doğrudursa, onda ket dilinin öyrənilməsi buz körpüsü ilə Asiyadan Amerikaya insan köçünün tarixini də öyrənməyə imkan verə bilər.” Dil elmdir. Dillər özündə müxtəlif elmlərin sirlərini gizləyir. Məsələn: Mikmak dilində ağaclar külək əsdiyi zaman çıxardıqları səsə görə adlanırdılar. Səslər dəyişirdisə adlar da dəyişirdi, beləliklə əgər müasir dövrdə Mikmak dilində danışan yaşlı bir insan ağaclara verilən o adları xatırlasa asanlıqla bilmək olar ki, adlar dəyişib yoxsa yox. Əgər dəyişibsə bu o anlama gələr ki, yağan yağışların tərkibindəki kimyəvi turşular ağaclara mənfi təsir göstərdiyi üçün onun keyfiyyətini aşağı salıb və nəticədə onun çıxardığı səslər dəyişib. Mikmak dilinin yox olması bu sadə üsulun da məhv olması anlamına gəlir. (3) Dil və texnologiya 7
  • 8. Başqa bir təsir sahəsi isə texnologiyadır. Dili inkişaf etməmiş və ya təhlükədə olan bir ölkədə texnologiya da yavaş inkişaf edir və onlar müasir texnologiyanın üstünlüklərindən istifadə edə bilmir. Texnologiyadan kənarda qalan ölkələrsə cəmiyyətdən təcrid olunma gerçəyi ilə hər zaman üz-üzədir. Bir ölkənin mövqe əldə etməsi üçün onun ictimai profili olmalıdır. Müasir dövrdə bu profil televiziya və radioda yayımlanan verlişlər, qəzetlərdə çıxan xəbərlər vasitəsilə yaradılır, amma məlumdur ki, bu vasitələrlə dünyada tanınmağa yalnız geniş əhatə dairəsinə malik, maddi imkanları böyük olan dövlətlər nail ola bilir . Virtual məkanda isə hər kəs bərabərdir və hansı dildə yazılmasından asılı olmayaraq internet səhifəsinin qiyməti dəyişmir. Bu gün virtual aləmdə bəzi az istifadəçisi olan dillərdə yazılmış məlumatlara rast gəlmək mümkündür. Bəzi kiçik xalqlar ölkələri haqda öz dillərində məlumat yerləşdirirlər. Əgər dil güclü olarsa bu cür məlumatlar daha çox insan tərəfindən oxunar və həmin ölkə barədə məlumat da daha geniş miqyasda yayılar. Beləcə insanlar öz dilləri vasitəsilə başqaları arasında mövqe tuta bilər. (1) Çox variant daha yaxşı izah deməkdir. Dillər haqqında nə qədər çox məlumatlar, nümunələr bilsək dil öyrənmək də o qədər asan və maraqlı olar. Əksər hallarda bir dilin qrammatikasını dərk etməyən insanlar digər bir dili öyrəndikləri zaman bu çətinlikləri aşa bilir və qaranlıq nöqtələri iki dili müqayisə edərək çözə bilirlər. Daniel Nettle və Suzanne Romainenin “Yox Olan Səslər” kitabından: “ Biz tədqiqatlarımızdan ekzotik dilləri çıxarsaydıq bu məhdud sahədəki gülləri öyrənən bağbandan bütün bitki aləmini bilməsini gözləməyə bənzəmiş olardı.” (3) Yəni heç bir dil lazımsız deyil. Hər birinin özünə görə bir qəribəliyi və başqa heç bir dilin malik olmadığı xüsusiyyətləri var. Buna bariz nümunə olaraq İstanbul yaxınlığında danışılan və 1992-ci ildə ölmüş Ubykh dilini göstərmək olar. Xoşbəxtlikdən dil ölməzdən əvvəl dilçilər 81 samit və yalnız 3 saitdən ibarət olan bu dilin qəribəlikləri haqda məlumat əldə edə bilmişlər.(3) Bu cür müşahidələr bizə dillərin necə ağılasığmaz quruluşa malik ola biləcəyi gerçəyini göstərir. Hər öyrənilən yeni dil insan beyninin nəyə sahib olduğunu, düşünmək, hiss etmək və müşahidə qabiliyyətini göstərir. Dil ölümünün qarşısı necə alına bilər ? Alimlər bildirirlər ki, bu, təkcə dilçilərin bacara biləcəkləri bir iş deyil. Bu dillərdə danışıqların audio və video ilə yaddaşa köçürülməsi, qrammatik quruluşunun, lüğət tərkibinin heç olmasa bir qisminin sənədləşdirilməsi lazımdır. Buna da alimlərin səyləri ilə yanaşı maddi vəsait də gərəkir. 8
  • 9. Alimlər bildirirlər ki, maddi dəstək və ictimai təşəbbüslər məhv olmaqda olan dillərin saxlanmasına, bəzi hallarda yenidən dirçəldiməsinə imkan verə bilər. Təəssüf ki, istifadəçisi çox az və ya yalnız yaşlı nəsil olan və yalnız cəmiyyətdə mövqe əldə etmək naminə yaşayan, öz dillərinin təhlükədən qurtarmağa heç cür əmək sərf etməyən bəzi xalqlar üçün dillərinin xilası artıq demək olar ki, mümkün deyil, lakin bu vəziyyətdə olmayan bir çox başqa dillər də var və bu cür dillər üçün dirçəlmə üsulları mövcuddur. Bu üsul dirçəltmə, həyata qaytarma (revitalization) adlanır. Əgər cəmiyyət dilin təhlükədə olduğunu vaxtında aşkarlayıb qarışısını almaq üçün birgə fəaliyyət göstərsə bu dilin qorunması, təhlükə zolağından çıxması üçün yetərli ola bilər. Necə ki, bu uels dili, Avstraliyanın bəzi qədim dilləri, İspaniyanın qalikian dili və bir sıra bu kimi dillər üçün yetərli oldu. Öz dilini qormuaq istəyən xalq olmalıdır. Bu birinci mərhələdir. İkinci mərhələ isə azlıq dillərə hörmət etməyi aşılayan mədəniyyətin olmasıdır. Bunlardan sonra isə yuxarıda qeyd etdiyim digər mərhələlər gəlir. Məsələn: maddi dəstək, kursların açılması, müəllimlərin işə cəlb olunması və s. Ən son mərhələ dilçilər tərəfindən dilin analiz olunaraq yazılıb sənədləşdirilməsidir. Balaca dillərin necə qorunub dirçəldilməsinə nümunələr də var. Böyük Britaniyada əvvəllər qadağan edilmiş və məhv olmaq təhlükəsi ilə üzləşmiş uels dili dövlətin yardımı ilə yenidən canlandırıldı və artıq bu dildə danışanların sayı minlərlədir. Hal- hazırda bu dil ingilis dili ilə bərabər istifadə olunur. 1993-cü ildə imzalanmış Uels Dili Aktı imkan verir ki, insanlar pasport və ya sağlıq haqqında arayışları əldə etmək üçün müraciətlərdə bu dildən istifadə etsinlər. Bundan əlavə məktəblərdə də bu dilin tədrisinə imkan yaradılmışdır. Manks dilində danışan son insan 1974-cü ildə dünyasını dəyişdi. Bununla belə Man adasında yaşayan əhali ildə 1000 uşağa bu dili məktəbdə ikinci dil olaraq öyrətməklə heç bir maddi yardım olmadan manks dilinin həyata qayıdacağına inanır.(3) Son illərdə dil planlaşdırıcıları bask dilində dəyişikliklər edərək böyük uğura imza atdılar, çünki 1960-cı illərdə dil inkişaf etməyə başladıqda lüğətinə çoxlu yeni sözlər toplamışdı, amma başqa dillərdən fərqli olaraq bu sözlər dilin öz imkanları hesabına yaranmamış, başqa dillərdən alınmış neologizmlərdən ibarət idi. Bask dilində isə anti-, pre-, un-, ön şəkilçiləri işlənmədiyi üçün dil qəbul etdiyi sözlərlə zənginləşmək əvəzinə yararsız hala düşmüşdü və dilçilərin apardığı dəyişikliklər nəticəsində dildə ön şəkilçilərdən istifadənin genişləndirilməsinə başlanmışdır və beləcə qəbul olunan və ön şəkilçilər olmadan istifadə olunmayan sözlər yararlı hala gətirilmişdir. (3) Əvvəllər Türkiyədə kürd dilində danışılması qanunsuz idi. Qanun kürd dilində danışanların sayının azalmasına səbəb olsa da, dil ölmədi. Nəhayət 2002-ci ildə yayım və təhsil üzərindəki qadağalar qalxdı və 2004-cü ildə Türkiyədə ilk kürd dilində proqram yayımlandı. Beləcə dilin ölməsinin qarşısı alınmış oldu. (3) 9
  • 10. Digər bir misalsa Fransaya aiddir. Fransada ingilis dili tamamilə qadağan edilməsə də bu məsələyə dair hökümət ciddi ölçü götürmüşdür. Qanuna görə radioda yayımlanan musiqinin ən azı 40 %-i fransızca olmalıdır. 1994-cü ildə təqdim olunmuş bu dil planlaşdırılmasının əsas məqsədlərindən biri də Fransa musiqisini ingilis dilində olan musiqilərin təzyiqindən qorumaq idi və hətta bu qanun ingilis dilli kanal olan ParisLive kanalına da aid edilmişdir. (3) Nəticə Problemi gündəlikdə saxlamaq üçün BMT-nin Elm və Təhsil Təşkilatı - UNESCO 1999-cu ildə fevralın 21-ni Ana Dili Günü elan edib. Hazırda kiçik dillərin qorunması işlərinə maddi yardım göstərən əsas təşkilat Britaniyadakı “Hans Rausing” (Məhv olmaq Təhülkəsi ilə Üzləşmiş Dillər) layihəsidir. Bu qurum ildə dillərin qorunması layihəsinə 2 milyon dollar qrant verir. Həmin təşkilat indiyə qədər 150 dilin sənədləşdirilməsinə nail olub. Almaniyanın “Volkswagen” avtomobil şirkəti də son 10 ildə 80 dilin sənədləşdirilməsinə maliyyə ayırıb. Bundan başqa, ABŞ-dakı “Milli Elm Fondu” da bu sahədə layihələri maliyyələşdirir. Doğrudur, bütün bu səylər yaradılmış şəraitlər bu məsələnin hər zaman gündəmdə olduğundan, kimlərinsə bununla hələ də yaxından məşğul olmasından xəbər verir. Bəs nə üçün hələ də hər iki həftədə bir dilin artıq bu dünyada mövcud olmaması gerçəyi dəyişmir? Demək əskik qalan bir şeylər var. Demək bundan da artığını etməyə qadirik. Hər kəs dilini qorumağa özünə “Mən dilim üçün nə edirəm və ya nə edə bilərəm?”sualını verməklə başlamalıdır, çünki hər şey maddi vəsaitlə, dövlət səviyyəsində həyata keçirilmiş hansısa proqramlarla və ya bir qrup dilçinin təşəbbüsü ilə həyata keçirilə bilməz. Əsas olan faktor hər kəsin birgə fəaliyyət göstərərək uğura nail olmasıdır ki, buna aid misallarla da tanış olduq. Nə edəcəyiksə birgə edəcəyik ən azından onun üçün ki, bizdən sonra gələcək olan nəsillər də etdiyimiz bu işləri davamını gətirmək istəsinlər. Belə olarsa gələcək nəsil bilər ki, biz bu dilləri tarixin burulğanına atmamışıq, biz bu dillərin qayğısına qalmaq üçün əlimizdən gələni əsirgəməmişik. Qaynaqlar 1. David Crystal, 2000, Language death, ISBN 0521 65321 5, Cambridge University Press, UK. 2. Salikoko S. Mufwene, How Languages Die, July 2006, University of Chicago. 3. www.bbc.co.uk 4. www.eprints.um.edu 10
  • 11. 5. www.spinner.cofc.edu 6. www.bettereflteacher.blogspot.com 7. www.experiencefestival.com 8. www.ashbrook.org 9. www.wisegeek.com 10. www.compassconference.wordpress.com 11. www.africanhistory.com 11