konstruksiyaları zavodu”, Balaxanı qəsəbəsində “Balaxanı metal məmulatları zavodu” və Mingəçevir şəhərində “Mingəçevir Maşınqayırma zavodu” daxildir. Yuxarıda adları qeyd olunan zavodlarda əsasən Finlandiya, Almaniya, Türkiyə, ABŞ, Rusiya istehsalı olan avadanlıqlar, 3 və 4 oxlu silindirlər (vals), plazma aparatları, X,Y,Z oxları üzrə kəsmə, deşmə, yonma dəzgahları, kəsim mişarları, boru, bucaqlıq, şveller əyən dəzgahlar, tozaltı və qazaltı qaynaq aparatları, torna, frezləmə, burğu, pardaxlama, dişaçma, isgənə dəzgahları, qumlama-boyama xətti, hopturma metodu ilə boyama xətti fəalliyyət göstərir. İstehsal olunan məhsulların keyfiyyəti İSO 9001-2010 beynəlxalq standartın tələblərinə tam cavab verdiyini nəzərə alaraq Azərbaycan Respublikası Metrologiya və patent üzrə Dövlət Komitəsi tərəfindən zavodlar uyğunluq sertifikatına layiq görülübdür.