farmakologiya 1.pptx

Z
Məlumdur ki, ürək həm simpatik, həm
də parasimpatik innervasiya alır. Hər iki
sistemin normal fizioloji fəaliyyəti və
aralarında mövcud olan dinamik
qarşılıqlı əlaqə mexanizmi, ürəyin digər
parametrləri kimi, normal ritmik
fəaliyyətini də təmin edir. Adrenergik
sistemin oyanması ürək fəaliyyətinin
yüksəlməsi və periferiyaya qovulan
qanın miqdarının artması ilə müşahidə
olunur. Bu halda sinu-qulaqcıq və
qulaqcıq-mədəcik keçirici sistemlərində
impulsların ötürülmə sürəti artdığı,
avtomatizm yüksəldiyi üçün aritmiya
(taxiaritmiya) baş verə bilər.
Klinik müşahidələr göstərir ki,
aritmiyalar zamanı yüksək və dözümlü
farmakoterapevtik effekt, yalnız ürəyin
ritm pozğunluğuna səbəb olan əsas
faktorun aradan qaldırılması
istiqamətində aparılan müalicə zamanı
mümkün olur. Məsələn, emosional
gərginlik və ya zərərli adətlər (siqaret
çəkmə, spirtli içkilərin qəbulu və s.)
zamanı baş verə biləcək aritmiyalar
zamanı birinci halda sedativ maddələr
və trankvlizatorların təyini, ikinci halda
isə sadəcə olaraq bu adətlərdən
daşınma aritmiyaların aradan
qalxmasına səbəb ola bilər.
Antiaritmik təsir müxtəlif farmakoloji qruplardan
olan (məs. Efferent innervasiyaya təsir göstərən
maddələr, anestetiklər, qıcolmaəleyhinə
preparatlar, ion mübadiləsinin korrektorları və
s.) və tibbdə digər məqsədlərlə istifadə olunan
xeyli adda dərman maddələrində müəyyən
edilmişdir. Ürəyin ritm fəaliyyətini
normallaşdırmaq bu qruplardan olan bəzi
dərman preparatların əsas farmakoloji
xüsusiyyəti olduğuna görə, onları
«aritmiyaəleyhinə dərman maddələri» adı
altında birləşdirirlər.
Aritmiyaların müxtəlifliyi, bəzi aritmiya
tiplərinin elektrofizioloji xüsusiyyətlərinin biri-
birinin tamamiləəksinə olması, bu qrupdan
olan dərman maddələrinin istifadəsinə son
dərəcə ehtiyatlı yanaşması tələb edir. Nəzərə
almaq lazımdır ki, aritmiyanın bəzi tiplərində
effektiv olan bir dərman maddəsi aritmiyanın
digər tiplərini pisləşdirə və ya bir aritmiya
tipini aradan qaldırdığı halda digər aritmiya
tipi törədə bilər. Başqa sözlə desək,
antiaritmik dərman maddələri, həm də
aritmogen (proaritmik) təsir göstərə bilərlər;
yəni onların aritmiyalarda «təhlükəsizlik
diapazonu» qısadır. Odur ki, xüsusən, son
illərdə əksər alimlər bu preparatların, yalnız
həyat üçün təhlükə yarada bilən ağır
aritmiyalar zamanı istifadə olunmasını tövsiyə
edirlər.
Taxiaritmiyalar zamanı istifadə olunan
maddələr
I. Natrium kanallarının
blokatorları -
Ia.
Xinidin sulfat, Prokainamid,
Dizopiramod,
Aymalin
Ib.
Lidokain, Fenitoin,
Meksiletin,
Tokainid
Ic.Propaf
enon, Flekainid, Lorkainid,
Enkainid,
II. Kalium kanallarının
blokatorları - Amiodaron,
Bretilyum, Sotalol, Dofetilid
III.Kalsium kanallarının (L-
tipli) blokarorları -
Verapamil, Diltiazem
IV. β –adrenoblokatorlar -
Propranolol, Metoprolol,
Atenolol, Esmolol, Timolol,
Asebutolol
V. A. Taxiaritmiyalar zamanı
istifadə olunan digər
maddələr -
Va.
Ürək qlikozidləri Digitoksin,
Diqoksin, Selanid, Strofantin
K
Vb.
Kalium preparatları Kalium
xlorid, Panangin,
«Asparkam»
tableti
Vc.
Maqnezium preparatları
Maqnezium sulfat Vç. Purin
törəmələri Adenozin
Bradiaritmiyalar zamanı istifadə
I. M-
xolinoblokatorlar -
Atropin sulfat
II. β –
adrenomimetiklər
- İzoproterenol
(İzoprenalin)
Aritmiyaların farmokoloji korreksiyasında
preparatların seçilməsi, təkcə aritmiyaların
tipinə görə deyil, həm də müvafiq preparatların
fərdi farmokoloji xüsusiyyətləri nəzərə
alınmaqla aparılır. Taxiaritmiyaların
müalicəsində istifadə olunan birinci qrup
preparatların fərqli xüsusiyyətləri faza 0-da ürək
hüceyrələrinə Na+ ionlarının daxil olmasını
süstləşdirməklə, aksion potensialı amplitudasını
azaltmaqdır. Birinci qrupa daxil olan preparatlar
depolyarizasiyasında Na+-dan başqa, Ca2+
ionları da iştirak edən sinoatrial düyün və digər
anoloji hüceyrə toplularının avtomatizminə təsir
göstərmirlər. Onlar yalnız ürək əzələsində
meydana çıxan anormal avtomatizmi süstləşdirir
və ya onun generalizə olmasının qarşısını alırlar.
Ia yarımqrupundan olan preparatlar
Na+ kanallarının orta və yüksək
dərəcəli nlokatorlarıdır. Onlar bir çox
K+ kanllarını da blokada etməklə,
refrakter dövrü üzadırlar. Aksion
potensialının faza 0-nı orta dərəcədə
süstləşdirir, repolyarizasiyanı yavaşıdır
(QT-ni uzadır) və keçiriciliyi orta
dərəcədə ləngidirlər.
Ib yarımqrupundan olan preparatlar Na+
kanallarını zəif və orta dərəcədə blokada
edirlər. Onlar K+
kanallarını blokada etmədiklərindən refra
kter dövrü dəyişmir və ya qısaldırlar. Aksi
on potensialının faza 0-
a təsirləri zəifdir. Repolyarizasiyanı qısaldı
r, fibrilyasiyaya meyilliliyi artırır, işemik to
xumalardakı keçiriciliyi olduqca selektiv bi
r şəkildə süstləşdirdikləri halda,
normal toxumalardakı keçiriciliyə təsiri zə
ifdir
Ic yarımqrupundan olan
preparatlar Na+ kanllarını güclü blokada
edirlər. Onlar bayıra
(hüceyrə xaricinə) yönələn K+ kanllarını
da blokada etdiyindən,
refrakter dövrü üzadırlar. Aksion potensi
alının faza 0-
na süstləşdirici təsirləri güclüdür, aksion
potensialının müddətinə və repolyarizasi
yaya təsirləri zəifdir. Atrioventrikulyar lifl
ərdə və mədəcikdə keçiriciliyi süstləşdirir
lər.
Birinci qrupdan olan antiaritmik maddələrin klassik
nümayəndəsi xinidin preparatıdır. O,
malyariyaəleyhinə istifadə olunan xininin dekstro
izomeridir və kinə ağacının qabığından alınan
alkoloiddir. Xinidin mədə-bağırsaq traktından
sürətlə sorulur. Daxilə təyin edildikdə 1-2 saat
sonra qan plazmasından maksimal qatılıqda
toplanır və təsir effekti 6-8 saat davam edir. 80-
90%-i qan plazmasında albumin və α1 qlikoprotein
turşusu ilə birləşir. Qəbul olunan dozanın təqribən
20%-i orqanizmdən dəyişilməmiş şəkildə böyrəklər
vasitəsilə xaric olur. Sidiyin turşulaşdırılması xidinin
sidiklə ifrazını sürətləndirir, sidiyin
qələviləşdirilməsi isə onun ifrazını azalda və təsirini
artıra bilər.
Prokainamidin ürəkdəki hüceyrələrdə törətdiyi
elektrofizioloji dəyişikliklər demək olar ki,
xinidinin törətdiyi dəyişikliklər ilə eynidir.
Xinidinlə müqayisədə miokardin yığılma
aktivliyini daha zəif süstləşdirir. Yüksək dozada
atrioventriktulyar blok törədə bilir. Molekulunda
efir rabitəsi olmadığına görə plazma
psevdoxolinesterazasına qarşı dözümlüdür və
plazmada hidroliz prosesinə məruz qalmır.
Qaraciyərdə asetilləşmə yolu ilə metobolizmə
uğrayır. Bu halda əmələ gələn metabolit N-
asetilprokainamidin də antiaritmik təsiri vardır.
Preparatın qəbul olunan dozasının 60%-i
orqanizmdən dəyişilməmiş halda sidiklə xaric
olur
Ib yarımqrupundan olan preparatlardan, əsasən,
ventrikulyar taxiaritmiyaların müalicəsində
istifadə olunur. Bu mənşəli, lakin sürəkli
olmayan taxiaritmiyaların 50%-ni aradan
qaldırır. Sürəkli mədəcik taxiardiyaları və
mədəciklərin fibrilyasiyası zamanı təsirləri
zəifdir. Bu qrupdan olan lidokain preparatı tibbi
praktikaya lokal anestetik kimi tövsiyə olunmuş,
sonralar isə ondan antiaritmatik dərman
maddəsi kimi də istifadə olunmağa başlanmışdır.
Qulaqcıq mənşəli aritmiyalara təsir göstərmir.
Lidokainin miokard hüceyrələrində
avtomatizmilə əlaqəli törətdiyi əsas
elektrofizioloji effekt spontan diastolik
depolyarizasiyanın sürətini azaltmasıdır.
Fenitoin tibbi praktikaya böyük epileptik
tutmaların müalicəsində istifadə olunmaq üçün
tövsiyə edilmişdir.. Sonralar mədəcik mənşəli
aritmiyaları aradan qaldırdığı müəyyən
edilmişdir və ondan antiaritmik dərman
maddəsi kimi də istifadə olunmağa başlamışdır.
Hazırda fenitoindən, əsasən, ürək qlikozidlərilə
zəhərlənmələrdə (digital zəhərlənmələr) istifadə
olunur.
Meksiletin kimyəvi quruluşu və törətdiyi
elektrofizioloji effektlərə görə lidokainə oxşayır.
Ondan fərqli olaraq daxilə də təyin oluna bilir.
Mədəciklərdə avtomatizmi süstləşdirir. Qulaqcıq
və atrioventrikulyar düyün sistemlərinə güclü
depresiyaedici təsir göstərmir. Mədəcik mənşəli
taxiaritmiyalar, xüsusən, kəskin miokard infraktı
zamanı meydana şıxan aritmiyaların
müalicəsində istifadə olunur. Daxulə (8 saatdan
bir 200-300 mq dozada) və parenteral (v/d) yolla
təyin olunur. Mədə-bağırsaq traktında yaxşı
sorulur. İnaktivasiyaya qaraciyərdə məruz qalır.
Əlavə effektləri lidokainin əlavə effektlərinə
bənzəyir.
Ic yarımqrupundan olan preparatları təyini
sürəkli gedişə malik olmayan (nonsustained)
mədəcik aritmiyaların təqribən 75% aradan
qaldırır. Sürəkli mədəcik taxiardiyaları və
fibrilyasiyaası zamanı ancaq 25% hallarda
effekt törədə blir. Bu yarımqrupdan olan
preparatlar, əsasən, Purkinye lifləri və
mədəcik miokardı hüceyrələrinin
depolyarizasiya (faza 0) sürətini azaldır və
impulsların ötürülmə sürətini aşağı salırlar.
Atrioventrikulyar keçiricilik süstləşir. Onların
repolyarizasiyaya təsiri zəifdir.
Bu yarımqrupdan olan flekainid, enkainid və
lorkainid preparatları supraventrikulyar və
ventrikulyar taxiaritmiyaları güclü bir şəkildə
aradan qaldırır. Mənfi inotrop effekt törədə
bilirlər. Bu bu preparatlardan hazırda
flekainiddən istifadə olunmaqdadır. Farmakoloji
xüsusiyyətləri və istifadə olunduğu aritmiyalar
baxımından lidokainə oxşayır. Bəzi xəstələrdə
«torsades de pointes» tipli təhlükəli mədəcik
taxikardiyası törədə bilərş mədəcik mənşəli
aritmiyalarda gündə 2 dəfə, ağızdan 100-200 mq
dozalarda, supraventrikulyar aritmiyalarda isə
gündə 2 dəfə 50-150 mq dozalarda verilir. Ağır
hallarda EKQ-yə nəzarət etməklə yavaş sürətdə
venadaxili inyeksiya və ya infuziya oluna bilər.
Kalium kanalı blokatorları qrupundan olan antiaritmik
maddələrə (amiodaron, sotalol, dofetilid və bretilyum)
xas olan əsas xüsusiyyət optimal terapevtik dozalarda
faza 0-ın sürətinə, amplituda və istirahət membran
potensialına toxumadan, sürətli hüceyrələrdə aksion
potensialının davam etmə sürətini və effektiv refrakter
dövrü uzatmalarıdır. Hər iki proses, əsasən,
repolyarizasiya fazasının (faza3) süstləşməsindən irəli
gəlir. Bu sıradan olan maddələr birinci qrupdan olan
preparatlardan fərqli olaraq natrium kanllarına
toxunmurlar. Odur ki, impulsların ötürülməsini pozmur
və QRS intervalını çox az uzadırlar. Bu qrupdan olan
maddələrin proaritmik effektləri vardır. Onlar
repolyarizasiya müddətini uzatmaqla «torsades de
pointes» tipli təhlükəli polimorf mədəcik aritmiyasının
baş vermə riskini atrırılar
Taxiaritmiyaların müalicəsində xüsusi yeri olan dərman
maddələri qrupundan biri də β –adrenoblokatorlardır.
Onların antiaritmik təsiri simpatoadrenal sistemin ürəyə
göstərdiyi təsiri süstləşdirmələrilə izah olunur. Başqa
sözlə desək, onlar müvafiq lokalizasiyalı
adrenoreseptorları blokada etməklə, adrenergik sinir
liflərinin ucundan ifraz olunan qpinefrinin ürəyə
göstərdiyi stimuləedici təsirin qarşısını almaqla
taxiaritmiyaları aradan qaldırırlar. β- adrenoblokatorlar
içərisində antiaritmik maddə kimi ən çox istifadə olunan
propranolol preparatıdır. Dərman maddəsi olaraq raemat
formasından istifadə olunur. O, A-V düyündə
simpatoadrenal tonusu süstləşdirir və refrakter dövrü
xeyli dərəcədə uzadır. Antiaritmik maddə kimi 6 saatdan
bir 10-80 mq dozalarda daxilə təyin olunurş ağır hallarda
1mq/dəqiqə sürətilə v/d (1-5 mq dozada) təyin olunur.
Bradiartimiyaların müalicəsinə, əsasən,
Mxolinoblokatorlar (atropin sulfat) və β-
adrenomimetiklər (izoproterenol) qrupunun
nümayəndələrindən istifadə olunur. Atropin
parasimpatik sistemin blokatorudur. Ondan,
əsasən, sinus bradikardiyası və sinoartiral blok
zamanı, eləcə də A-V blokların müalicəsində
istifadə olunur. Preparatın digər istifadə olunduğu
sahə ürək qlikozidlərilə zəhərlənmələr zamanı
müydana çıxan ağır bradikardiyalardır. Venadaxili
və ya dəri altına 0,6 mq dozada inyeksiya olunur.
Təsir müddəti 3-4 saatdır. Ağır olmayan hallarda 1
mq dozada daxilə per oral yolla da təyin oluna
bilər.
Diqqətinizə görə təşəkkürlər
farmakologiya 1.pptx
1 de 22

Recomendados

Böyrək çatışmazlığı por
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığıClCN7
1.8K vistas46 diapositivas
postreanimasion xəstəlik.hg.pptx por
postreanimasion xəstəlik.hg.pptxpostreanimasion xəstəlik.hg.pptx
postreanimasion xəstəlik.hg.pptxGunayHuseynova5
41 vistas18 diapositivas
APIMAG-az por
APIMAG-azAPIMAG-az
APIMAG-azannotasiya
445 vistas2 diapositivas
Arterial hipertoniya por
Arterial hipertoniyaArterial hipertoniya
Arterial hipertoniyaClCN7
1.5K vistas24 diapositivas
kidney.pptx por
kidney.pptxkidney.pptx
kidney.pptxFidanRsul
13 vistas17 diapositivas
Hellp sindromu por
Hellp sindromuHellp sindromu
Hellp sindromuAzerbaijan Medical University
444 vistas16 diapositivas

Más contenido relacionado

Destacado

Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent por
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
6.9K vistas99 diapositivas
How to have difficult conversations por
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations Rajiv Jayarajah, MAppComm, ACC
5.6K vistas19 diapositivas
Introduction to Data Science por
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data ScienceChristy Abraham Joy
82.6K vistas51 diapositivas
Time Management & Productivity - Best Practices por
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
169.8K vistas42 diapositivas
The six step guide to practical project management por
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
36.7K vistas27 diapositivas
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright... por
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
12.7K vistas21 diapositivas

Destacado(20)

Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent por Lily Ray
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray6.9K vistas
Time Management & Productivity - Best Practices por Vit Horky
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky169.8K vistas
The six step guide to practical project management por MindGenius
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius36.7K vistas
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright... por RachelPearson36
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson3612.7K vistas
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present... por Applitools
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Applitools55.5K vistas
12 Ways to Increase Your Influence at Work por GetSmarter
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
GetSmarter401.7K vistas
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G... por DevGAMM Conference
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
DevGAMM Conference3.6K vistas
Barbie - Brand Strategy Presentation por Erica Santiago
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
Erica Santiago25.1K vistas
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well por Saba Software
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them wellGood Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Saba Software25.3K vistas
Introduction to C Programming Language por Simplilearn
Introduction to C Programming LanguageIntroduction to C Programming Language
Introduction to C Programming Language
Simplilearn8.5K vistas
The Pixar Way: 37 Quotes on Developing and Maintaining a Creative Company (fr... por Palo Alto Software
The Pixar Way: 37 Quotes on Developing and Maintaining a Creative Company (fr...The Pixar Way: 37 Quotes on Developing and Maintaining a Creative Company (fr...
The Pixar Way: 37 Quotes on Developing and Maintaining a Creative Company (fr...
Palo Alto Software88.4K vistas
9 Tips for a Work-free Vacation por Weekdone.com
9 Tips for a Work-free Vacation9 Tips for a Work-free Vacation
9 Tips for a Work-free Vacation
Weekdone.com7.2K vistas
I Rock Therefore I Am. 20 Legendary Quotes from Prince por Empowered Presentations
I Rock Therefore I Am. 20 Legendary Quotes from PrinceI Rock Therefore I Am. 20 Legendary Quotes from Prince
I Rock Therefore I Am. 20 Legendary Quotes from Prince
Empowered Presentations142.9K vistas
How to Map Your Future por SlideShop.com
How to Map Your FutureHow to Map Your Future
How to Map Your Future
SlideShop.com275.1K vistas
Beyond Pride: Making Digital Marketing & SEO Authentically LGBTQ+ Inclusive -... por AccuraCast
Beyond Pride: Making Digital Marketing & SEO Authentically LGBTQ+ Inclusive -...Beyond Pride: Making Digital Marketing & SEO Authentically LGBTQ+ Inclusive -...
Beyond Pride: Making Digital Marketing & SEO Authentically LGBTQ+ Inclusive -...
AccuraCast3.4K vistas

farmakologiya 1.pptx

  • 1. Məlumdur ki, ürək həm simpatik, həm də parasimpatik innervasiya alır. Hər iki sistemin normal fizioloji fəaliyyəti və aralarında mövcud olan dinamik qarşılıqlı əlaqə mexanizmi, ürəyin digər parametrləri kimi, normal ritmik fəaliyyətini də təmin edir. Adrenergik sistemin oyanması ürək fəaliyyətinin yüksəlməsi və periferiyaya qovulan qanın miqdarının artması ilə müşahidə olunur. Bu halda sinu-qulaqcıq və qulaqcıq-mədəcik keçirici sistemlərində impulsların ötürülmə sürəti artdığı, avtomatizm yüksəldiyi üçün aritmiya (taxiaritmiya) baş verə bilər.
  • 2. Klinik müşahidələr göstərir ki, aritmiyalar zamanı yüksək və dözümlü farmakoterapevtik effekt, yalnız ürəyin ritm pozğunluğuna səbəb olan əsas faktorun aradan qaldırılması istiqamətində aparılan müalicə zamanı mümkün olur. Məsələn, emosional gərginlik və ya zərərli adətlər (siqaret çəkmə, spirtli içkilərin qəbulu və s.) zamanı baş verə biləcək aritmiyalar zamanı birinci halda sedativ maddələr və trankvlizatorların təyini, ikinci halda isə sadəcə olaraq bu adətlərdən daşınma aritmiyaların aradan qalxmasına səbəb ola bilər.
  • 3. Antiaritmik təsir müxtəlif farmakoloji qruplardan olan (məs. Efferent innervasiyaya təsir göstərən maddələr, anestetiklər, qıcolmaəleyhinə preparatlar, ion mübadiləsinin korrektorları və s.) və tibbdə digər məqsədlərlə istifadə olunan xeyli adda dərman maddələrində müəyyən edilmişdir. Ürəyin ritm fəaliyyətini normallaşdırmaq bu qruplardan olan bəzi dərman preparatların əsas farmakoloji xüsusiyyəti olduğuna görə, onları «aritmiyaəleyhinə dərman maddələri» adı altında birləşdirirlər.
  • 4. Aritmiyaların müxtəlifliyi, bəzi aritmiya tiplərinin elektrofizioloji xüsusiyyətlərinin biri- birinin tamamiləəksinə olması, bu qrupdan olan dərman maddələrinin istifadəsinə son dərəcə ehtiyatlı yanaşması tələb edir. Nəzərə almaq lazımdır ki, aritmiyanın bəzi tiplərində effektiv olan bir dərman maddəsi aritmiyanın digər tiplərini pisləşdirə və ya bir aritmiya tipini aradan qaldırdığı halda digər aritmiya tipi törədə bilər. Başqa sözlə desək, antiaritmik dərman maddələri, həm də aritmogen (proaritmik) təsir göstərə bilərlər; yəni onların aritmiyalarda «təhlükəsizlik diapazonu» qısadır. Odur ki, xüsusən, son illərdə əksər alimlər bu preparatların, yalnız həyat üçün təhlükə yarada bilən ağır aritmiyalar zamanı istifadə olunmasını tövsiyə edirlər.
  • 5. Taxiaritmiyalar zamanı istifadə olunan maddələr I. Natrium kanallarının blokatorları - Ia. Xinidin sulfat, Prokainamid, Dizopiramod, Aymalin Ib. Lidokain, Fenitoin, Meksiletin, Tokainid Ic.Propaf enon, Flekainid, Lorkainid, Enkainid, II. Kalium kanallarının blokatorları - Amiodaron, Bretilyum, Sotalol, Dofetilid III.Kalsium kanallarının (L- tipli) blokarorları - Verapamil, Diltiazem IV. β –adrenoblokatorlar - Propranolol, Metoprolol, Atenolol, Esmolol, Timolol, Asebutolol V. A. Taxiaritmiyalar zamanı istifadə olunan digər maddələr - Va. Ürək qlikozidləri Digitoksin, Diqoksin, Selanid, Strofantin K Vb. Kalium preparatları Kalium xlorid, Panangin, «Asparkam» tableti Vc. Maqnezium preparatları Maqnezium sulfat Vç. Purin törəmələri Adenozin
  • 6. Bradiaritmiyalar zamanı istifadə I. M- xolinoblokatorlar - Atropin sulfat II. β – adrenomimetiklər - İzoproterenol (İzoprenalin)
  • 7. Aritmiyaların farmokoloji korreksiyasında preparatların seçilməsi, təkcə aritmiyaların tipinə görə deyil, həm də müvafiq preparatların fərdi farmokoloji xüsusiyyətləri nəzərə alınmaqla aparılır. Taxiaritmiyaların müalicəsində istifadə olunan birinci qrup preparatların fərqli xüsusiyyətləri faza 0-da ürək hüceyrələrinə Na+ ionlarının daxil olmasını süstləşdirməklə, aksion potensialı amplitudasını azaltmaqdır. Birinci qrupa daxil olan preparatlar depolyarizasiyasında Na+-dan başqa, Ca2+ ionları da iştirak edən sinoatrial düyün və digər anoloji hüceyrə toplularının avtomatizminə təsir göstərmirlər. Onlar yalnız ürək əzələsində meydana çıxan anormal avtomatizmi süstləşdirir və ya onun generalizə olmasının qarşısını alırlar.
  • 8. Ia yarımqrupundan olan preparatlar Na+ kanallarının orta və yüksək dərəcəli nlokatorlarıdır. Onlar bir çox K+ kanllarını da blokada etməklə, refrakter dövrü üzadırlar. Aksion potensialının faza 0-nı orta dərəcədə süstləşdirir, repolyarizasiyanı yavaşıdır (QT-ni uzadır) və keçiriciliyi orta dərəcədə ləngidirlər.
  • 9. Ib yarımqrupundan olan preparatlar Na+ kanallarını zəif və orta dərəcədə blokada edirlər. Onlar K+ kanallarını blokada etmədiklərindən refra kter dövrü dəyişmir və ya qısaldırlar. Aksi on potensialının faza 0- a təsirləri zəifdir. Repolyarizasiyanı qısaldı r, fibrilyasiyaya meyilliliyi artırır, işemik to xumalardakı keçiriciliyi olduqca selektiv bi r şəkildə süstləşdirdikləri halda, normal toxumalardakı keçiriciliyə təsiri zə ifdir
  • 10. Ic yarımqrupundan olan preparatlar Na+ kanllarını güclü blokada edirlər. Onlar bayıra (hüceyrə xaricinə) yönələn K+ kanllarını da blokada etdiyindən, refrakter dövrü üzadırlar. Aksion potensi alının faza 0- na süstləşdirici təsirləri güclüdür, aksion potensialının müddətinə və repolyarizasi yaya təsirləri zəifdir. Atrioventrikulyar lifl ərdə və mədəcikdə keçiriciliyi süstləşdirir lər.
  • 11. Birinci qrupdan olan antiaritmik maddələrin klassik nümayəndəsi xinidin preparatıdır. O, malyariyaəleyhinə istifadə olunan xininin dekstro izomeridir və kinə ağacının qabığından alınan alkoloiddir. Xinidin mədə-bağırsaq traktından sürətlə sorulur. Daxilə təyin edildikdə 1-2 saat sonra qan plazmasından maksimal qatılıqda toplanır və təsir effekti 6-8 saat davam edir. 80- 90%-i qan plazmasında albumin və α1 qlikoprotein turşusu ilə birləşir. Qəbul olunan dozanın təqribən 20%-i orqanizmdən dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə xaric olur. Sidiyin turşulaşdırılması xidinin sidiklə ifrazını sürətləndirir, sidiyin qələviləşdirilməsi isə onun ifrazını azalda və təsirini artıra bilər.
  • 12. Prokainamidin ürəkdəki hüceyrələrdə törətdiyi elektrofizioloji dəyişikliklər demək olar ki, xinidinin törətdiyi dəyişikliklər ilə eynidir. Xinidinlə müqayisədə miokardin yığılma aktivliyini daha zəif süstləşdirir. Yüksək dozada atrioventriktulyar blok törədə bilir. Molekulunda efir rabitəsi olmadığına görə plazma psevdoxolinesterazasına qarşı dözümlüdür və plazmada hidroliz prosesinə məruz qalmır. Qaraciyərdə asetilləşmə yolu ilə metobolizmə uğrayır. Bu halda əmələ gələn metabolit N- asetilprokainamidin də antiaritmik təsiri vardır. Preparatın qəbul olunan dozasının 60%-i orqanizmdən dəyişilməmiş halda sidiklə xaric olur
  • 13. Ib yarımqrupundan olan preparatlardan, əsasən, ventrikulyar taxiaritmiyaların müalicəsində istifadə olunur. Bu mənşəli, lakin sürəkli olmayan taxiaritmiyaların 50%-ni aradan qaldırır. Sürəkli mədəcik taxiardiyaları və mədəciklərin fibrilyasiyası zamanı təsirləri zəifdir. Bu qrupdan olan lidokain preparatı tibbi praktikaya lokal anestetik kimi tövsiyə olunmuş, sonralar isə ondan antiaritmatik dərman maddəsi kimi də istifadə olunmağa başlanmışdır. Qulaqcıq mənşəli aritmiyalara təsir göstərmir. Lidokainin miokard hüceyrələrində avtomatizmilə əlaqəli törətdiyi əsas elektrofizioloji effekt spontan diastolik depolyarizasiyanın sürətini azaltmasıdır.
  • 14. Fenitoin tibbi praktikaya böyük epileptik tutmaların müalicəsində istifadə olunmaq üçün tövsiyə edilmişdir.. Sonralar mədəcik mənşəli aritmiyaları aradan qaldırdığı müəyyən edilmişdir və ondan antiaritmik dərman maddəsi kimi də istifadə olunmağa başlamışdır. Hazırda fenitoindən, əsasən, ürək qlikozidlərilə zəhərlənmələrdə (digital zəhərlənmələr) istifadə olunur.
  • 15. Meksiletin kimyəvi quruluşu və törətdiyi elektrofizioloji effektlərə görə lidokainə oxşayır. Ondan fərqli olaraq daxilə də təyin oluna bilir. Mədəciklərdə avtomatizmi süstləşdirir. Qulaqcıq və atrioventrikulyar düyün sistemlərinə güclü depresiyaedici təsir göstərmir. Mədəcik mənşəli taxiaritmiyalar, xüsusən, kəskin miokard infraktı zamanı meydana şıxan aritmiyaların müalicəsində istifadə olunur. Daxulə (8 saatdan bir 200-300 mq dozada) və parenteral (v/d) yolla təyin olunur. Mədə-bağırsaq traktında yaxşı sorulur. İnaktivasiyaya qaraciyərdə məruz qalır. Əlavə effektləri lidokainin əlavə effektlərinə bənzəyir.
  • 16. Ic yarımqrupundan olan preparatları təyini sürəkli gedişə malik olmayan (nonsustained) mədəcik aritmiyaların təqribən 75% aradan qaldırır. Sürəkli mədəcik taxiardiyaları və fibrilyasiyaası zamanı ancaq 25% hallarda effekt törədə blir. Bu yarımqrupdan olan preparatlar, əsasən, Purkinye lifləri və mədəcik miokardı hüceyrələrinin depolyarizasiya (faza 0) sürətini azaldır və impulsların ötürülmə sürətini aşağı salırlar. Atrioventrikulyar keçiricilik süstləşir. Onların repolyarizasiyaya təsiri zəifdir.
  • 17. Bu yarımqrupdan olan flekainid, enkainid və lorkainid preparatları supraventrikulyar və ventrikulyar taxiaritmiyaları güclü bir şəkildə aradan qaldırır. Mənfi inotrop effekt törədə bilirlər. Bu bu preparatlardan hazırda flekainiddən istifadə olunmaqdadır. Farmakoloji xüsusiyyətləri və istifadə olunduğu aritmiyalar baxımından lidokainə oxşayır. Bəzi xəstələrdə «torsades de pointes» tipli təhlükəli mədəcik taxikardiyası törədə bilərş mədəcik mənşəli aritmiyalarda gündə 2 dəfə, ağızdan 100-200 mq dozalarda, supraventrikulyar aritmiyalarda isə gündə 2 dəfə 50-150 mq dozalarda verilir. Ağır hallarda EKQ-yə nəzarət etməklə yavaş sürətdə venadaxili inyeksiya və ya infuziya oluna bilər.
  • 18. Kalium kanalı blokatorları qrupundan olan antiaritmik maddələrə (amiodaron, sotalol, dofetilid və bretilyum) xas olan əsas xüsusiyyət optimal terapevtik dozalarda faza 0-ın sürətinə, amplituda və istirahət membran potensialına toxumadan, sürətli hüceyrələrdə aksion potensialının davam etmə sürətini və effektiv refrakter dövrü uzatmalarıdır. Hər iki proses, əsasən, repolyarizasiya fazasının (faza3) süstləşməsindən irəli gəlir. Bu sıradan olan maddələr birinci qrupdan olan preparatlardan fərqli olaraq natrium kanllarına toxunmurlar. Odur ki, impulsların ötürülməsini pozmur və QRS intervalını çox az uzadırlar. Bu qrupdan olan maddələrin proaritmik effektləri vardır. Onlar repolyarizasiya müddətini uzatmaqla «torsades de pointes» tipli təhlükəli polimorf mədəcik aritmiyasının baş vermə riskini atrırılar
  • 19. Taxiaritmiyaların müalicəsində xüsusi yeri olan dərman maddələri qrupundan biri də β –adrenoblokatorlardır. Onların antiaritmik təsiri simpatoadrenal sistemin ürəyə göstərdiyi təsiri süstləşdirmələrilə izah olunur. Başqa sözlə desək, onlar müvafiq lokalizasiyalı adrenoreseptorları blokada etməklə, adrenergik sinir liflərinin ucundan ifraz olunan qpinefrinin ürəyə göstərdiyi stimuləedici təsirin qarşısını almaqla taxiaritmiyaları aradan qaldırırlar. β- adrenoblokatorlar içərisində antiaritmik maddə kimi ən çox istifadə olunan propranolol preparatıdır. Dərman maddəsi olaraq raemat formasından istifadə olunur. O, A-V düyündə simpatoadrenal tonusu süstləşdirir və refrakter dövrü xeyli dərəcədə uzadır. Antiaritmik maddə kimi 6 saatdan bir 10-80 mq dozalarda daxilə təyin olunurş ağır hallarda 1mq/dəqiqə sürətilə v/d (1-5 mq dozada) təyin olunur.
  • 20. Bradiartimiyaların müalicəsinə, əsasən, Mxolinoblokatorlar (atropin sulfat) və β- adrenomimetiklər (izoproterenol) qrupunun nümayəndələrindən istifadə olunur. Atropin parasimpatik sistemin blokatorudur. Ondan, əsasən, sinus bradikardiyası və sinoartiral blok zamanı, eləcə də A-V blokların müalicəsində istifadə olunur. Preparatın digər istifadə olunduğu sahə ürək qlikozidlərilə zəhərlənmələr zamanı müydana çıxan ağır bradikardiyalardır. Venadaxili və ya dəri altına 0,6 mq dozada inyeksiya olunur. Təsir müddəti 3-4 saatdır. Ağır olmayan hallarda 1 mq dozada daxilə per oral yolla da təyin oluna bilər.