Publicidad
Publicidad

Más contenido relacionado

Publicidad

ZƏRƏRLİ QİDALAR.pptx

  1. HAZIRLAYAN : NADİRLİ ABDULMƏCİD 6A
  2. Qamburger, hot-doq, dönər, şaurma, ponçik və tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardılır, tez-tez yedikdə qarında ağrılar, həzm pozuntusu, qəbzlik və ya ishal (qarıngetməsi) yaradır.
  3. Fast-fud və soyuq, şirin qazlı suların birgə istifadəsi daha çox zərərlidir. Çünki bu zaman qidanın mədədə qalma müddəti 4-5 saatdan 20 dəqiqəyə qədər azalır, tezliklə yenə aclıq hissi yaranır, bu isə piylənməyə birbaşa aparan yoldur!
  4. Fri-kartofu və kartof çipsləri ürək-damar sistemi üçün zərərli olan böyük miqdarda yağlar və duzla zəngindir. Məktəbdə tənəffüs zamanı həftədə cəmi 1-2 paket yedikdə dərs ilinin sonuna bədən çəkiniz 3-4 kiloqram arta bilər.
  5. Qazlaşdırılmış şirin suların qəbulu dişlərdə kariesə, şəkərli diabet xəstəliyinin yaranmasına və sinir sistemi xəstəliklərinin (Parkinson xəstəliyi) inkişafına səbəb ola bilər. Bu suların tərkibində çoxlu miqdarda şəkər vardır ki, bunlardan istifadə etdikdə artıq bədən çəkisi və piylənmə riski ciddi dərəcədə artmış olur.
  6. Hazır şorbalar metabolizm və bağırsaq florasına mənfi təsir edir.Ürək-damar xəstəlikləri və xərçəngə səbəb olur.
  7. Trans-yağların daim qəbulu orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin inkişafı riskini artırır. Trans-yağlar ən ciddi kanserogenlərdən (xərçəng əmələ gətirən maddələr) biri sayılır.
  8. Toyuq bulyonları yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir. Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında parkinson, epilepsiya, köklük və alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.
  9. Britaniya alimləri artıq sübut ediblər ki, bir pay «noodle» (əriştədən) yeyəndən sonra insanın əhval-ruhiyyəsi yüksəlir, ürəyin döyüntüsü yaxşılaşır, eyforiya baş verir. Bunlar isə yüngül narkotiklərin tipik əlamətləridir. Xüsusilə qadınlarda maddələr mübadiləsinə ciddi təsir göstərən “Ramen” əriştəsi piylənməyə, şəkər xəstəliyinə, yüksək qan təzyiqinə və kardioloji problemlərə səbəb ola bilər.
  10. Kolbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı donuz və ya mal ətindən hazırlanmış yağlar (iç piyi) vardır. Bu məhsulların tərkibində ciddi dərəcədə transgen soya vardır və geni deyişilmiş (modifikasiya olunmuş) xammaldan hazırlanır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı ümumiyyətlə mal və qoyun ətini xərçəng xəstəliyinin inkişafına səbəb olan maddələr qrupuna aid etmişdir.
  11. Mayonez və ketçuplar transyağların (faydalı yağ turşularının yerini zəbt etmiş zərərli yağlar) daşıyıcısı olub, qan damarlarının kirəcləşməsinə (arterioskleroza), şəkərli diabetin inkişaf riskinin artmasına və immunitetin zəifləməsinə gətirib çıxarır.
  12. Şokoladlı batonlar: Bir ədəd şokoladlı batonda 500 kkal var və bunlar artıq yağlar kimi piy toxumasında toplanır. Toxluq hissi çox çəkmir, artıq 1 saat keçdikdən sonar yenə yemək istəyi yaranır, nəticədə artıq çəki və piylənməyə gətirib çıxarır.
  13. Çeynənən konfetlər, jelebonlar, “çupaçupslar” şəkərlə zəngin olduğuna görə şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur. Mütəxəssislər tərkibində E621, E951, E211, E133, E213 və E151 əlavələri olan qidaların istifadəsindən xüsusilə çəkinməyi tövsiyə edirlər.
  14. Popkornun tərkibində çoxlu miqdarda zərərli yağ turşuları, duz, şəkər, boyalar və s. sağlamlığa ziyan vuran maddələr vardır.
  15. Duz “ağ ölüm” adlandırılır və normadan artıq (günə 5 milliqram, yəni 1 çay qaşığından çox) qəbul olunduqda qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, ürək və beyin xəstəliklərinə səbəb olur.
  16. Uşaq və yeniyetmələrin əsas qida maddələrinə və enerjiyə fizioloji tələbat normaları (sutkalıq)
  17. SON DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
Publicidad