1. Mövzu: “Kvadrat tənliyə
gətirilən tənliklərə” aid çalışma
həlli
Məqsəd: şagirdlərdə yeni
dəyişən daxil etməklə bir sıra
tənlikləri kvadrat tənliyə
gətirməklə həll etmək bacarığı
aşılamaq və mənimsətmək
Dərsin tipi: mövzunun
möhkəmləndirilməsi
Üsul: ənənəvi
Təchizat: təbaşir, yazı taxtası,
dərslik
2. Dərsin gedişi
Dərsə davamiyyəti və ev
tapşırığını yoxlayıram.
Məqsədimizin nədən ibarət
olduğunu izah etdikdən
sonra, sual-cavab
aparmaqla keçmişmövzunu
soruşuram.
3. Sual: Birdəyişənli tənlik nəyə
deyilir?
Sual: Tənliyin kökü nəyə deyilir
və tənliyi həll etmək nə
deməkdir?
Sual: Eynigüclü tənliklər nəyə
deyilir?
Sual: Tam tənlik nəyə deyilir?
4. Sual: Yeni dəyişən daxil
etməklə bir sıra tənlikləri
kvadrat tənliyə gətirmək üçün
bəzi üsullar mövcuddur.
Bunlardan birincisi hansıdır və
birkvadrat tənlik nəyə deyilir?
Qeyd edək ki, yeni dəyişən
daxl etməklə kvadrat tənliyə
gətirilən tənliklərin tipləri
çoxdur. Bunlardan daha bir
neçəsi ilə tanış olaq.
5. Sual:
a(mx2+nx+p)2+b/mx2+nx+p)+c=
o
Şəklində olan tənlikləri kvadrat
tənliyə necə gətirmək olar?
Sual: Bəs (x+a) (x+a) (x+c)
(x+d)=m şəklində verilmiş
tənlikləri kvadrat tənliyə necə
gətirmək mümkündür?
Sual: Kvadrat tənliyə gətirilən
tənliklərdən hansı üsulu keçmişik
və qayıtma tənliyi nəyə deyilir?
6. Sual: Simmetrik tənliklər
nəyə deyilir?
Sual: Çəp simmetrik tənlik
nəyə deyilir?
Beləliklə, ümumi sual-
cavab aparıb mövzunu
möhkəmləndirdikdən
sonra həll etdiriəm.
11. Beləliklə, çalışma həllindən sonra sual-
cavabda və çalışma həllində fəal iştirak edən
bir neçə şagirdin biliyini qiymətləndirib dərsi
yekunlaşdırıram.
Qeyd edək ki, yeni dəyişən daxil etməklə
kvadrat tənliyə gətirilən tənliklərin tipləri
çoxdur. Bunlardan bir neçəsi ilə tanış olduq.
Onların həll üsullarını öyrənib çalışma həllinə
tətbiq etdik. Mənə elə gəlir ki, məqsədimizə
müəyyən dərəcədə nail olduq. Ev tapşırığı
verdikdən sonra şagirdlərlə xudahafizləşib sinfi
tərk edirəm.