2. Məmmədquluzadə Cəlil
Hüseynqulu oğlu -
azərbaycanlı yazıçı,
dramaturq, jurnalist,
ictimai xadim. Böyük
satirik, ədib Cəlil
Məmmədquluzadə məşhur
"Molla Nəsrəddin" ədəbi
məktəbinin banisi və
ideya rəhbəri, kiçik
hekayə ustası, qüdrətli
dramaturq və publisistdir.
3. Həyatı
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu
ildə Naxçıvan şəhərində anadan olmuşdur.
İlk təhsilini əvvəlcə mollaxanada, sonra
isə üçsinifli Naxçıvan şəhər məktəbində
almışdır. 1887-ci ildə Qori Müəllimlər
Seminariyasını bitirmiş, İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan
mahalının Baş
Noraşen (indiki Şərur rayonunda Cəlilkənd
), Nehrəm kəndlərində müəllimlik etmişdir
(1887-1897).
4. Ailə həyatı
1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci
ildə qızı Münəvvər anadan olmuş, həyat
yoldaşı Həlimə xanım vəfat etmişdir. İkinci
dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım
Əhmədbəy qızı Cavanşirlə ailə həyatı
qurmuş və oğlanları Midhət və Ənvər
dünyaya gəlmişdir.
5. “Molla Nəsrəddin”
İlk nömrəsi 1906-cı il aprelin
7-də (köhnə stil ilə 20 aprel)
çıxan "Molla Nəsrəddin"
jurnalının nəşrinə başlamaqla
o, Azərbaycanda, eləcə də
türk-müsəlman dünyasında ilk
dəfə satirik jurnalistikanın
əsasını qoydu. Həmin vaxtdan
o, Molla Nəsrəddin adı ilə
tanındı.
"Molla Nəsrəddin" jurnalı
yazıçının M.Ə.Sabirlə ayrılmaz
dost olmasında da böyük rol
oynamışdır.
7. “Poçt qutusu” əsəri
"Poçt qutusu" hekayəsi ilə Cəlil
Məmmədquluzadə nəinki nəsrin
inkişafında, bütünlükdə milli ədəbiyyatın
tarixində yeni dövrü açan yolun
başlanğıcını qoyur.
9. Hekayədə Mirzə Cəlil başlıca olaraq milli
cəmiyyətin zəminini təşkil edən bəy-xan və
kəndli münasibətlərinin anatomiyasına varmağa
çalışır. Ən kiçik təfərrüatlardan tutmuş süjet
həllinə qədər hər yerdə Vəli xanın teleqraflı,
məktublu, səfərli dünyası Novruzəlinin ulaqlı, iş-
güclü, gün-güzəranlı dünyasına tuş gəlir, bir-
birini tamamlayır. Vəli xan üçün əyləncə, nağıl,
"qah-qah" olan məktub əhvalatı Novruzəlinin
həyat mündəricəsi, qəziyyəsi, faciəsidir... "Ay
xan, mən kətdi adamam, mən nə bilirəm
poçtxana nədi?" - deyən itqapanlı Novruzəli Vəli
xanın məktubunu yola salarkən bilməzlikdən
dövlət məmuru ilə savaşa girib, üç ay dustaq
yatır, həmin üç ay ərzində İrəvanda olan Vəli xan
isə bunu eşidib, yalnız "bir qədər fikir" eləməklə
kifayətlənir.
10. "Poçt qutusu" milli
nəsrin klassik nümunəsi
kimi Cəlil
Məmmədquluzadənin
əsərlərinin nəşrlərinin
hamısına salınmış, xarici
dillərə tərcümə olunmuş,
orta məktəblərdə tədris
olunur. Hekayə əsasında
"Azərbaycantelefilm"
kinostudiyasında
qısametrajlı film
çəkilmişdir.