SlideShare una empresa de Scribd logo
1 de 18
POSTREANİMASİON XƏSTƏLİK. KLİNİK
ƏLAMƏTLƏRİ . AĞIRLAŞMALARI.
MÜALİCƏ
HÜSEYNOVA GÜNAY
218A-11B
 Reanimasiyadan sonrakı dövrdə müşahidə edilən patoloji vəziyyət-"Postreanimasion xəstəlik"
adlanır. Terminal hal, o cümlədən kliniki ölüm zamanı inkişaf edən hipoksiya hesabına orqan və
toxumaların zədələnməsi ilə səciyyələnir. Postreanimasion patologiyanın ağırlığı əsas xəstəliyin
xarakterindən, ölüm prosesinin gedişatının xüsusiyyətlərindən və hipoksiyanın dərəcəsindən asılıdır.
 Postreanimasion patologiyanın gedişində 4 mərhələ ayırd edilir
 I mərhələ - Postreanimasion dövrün əsas patoloji faktorlarının beyinə aktiv təsir
etdiyi dövr. Qan dövranı bərpa olan andan ilk 20-30 dəq. (maksimum 1 saat) ərzində
davam edir bu mərhələdə orqanizm, əsasən baş beyin çoxsaylı patoloji faktorların
(işemiya, intoksikasiya və s.) ciddi təsirinə məruz qalır, amma eyni zamanda enerji
metabolizmi intensiv şəkildə bərpa olmağa başlayır.
 II mərhələ - Mərkəzi sinir sistemində əsas patoloji dəyişikliklərin formalaşdığı
dövr. Bu dövrün davam etmə müddəti alınmış işemik zərbənin gücündən və I
mərhələdə aparılan intensiv terapiyanın adekvatlığından asılıdır. Bu (II) mǝrǝhələdə
homeostazın optimal səviyyədə saxlanması xüsusi əhəmiyyət kəsb edir. Proqnoz çox
hallarda məhz bu dövrdə müəyyənləşir: xəstə ya komadan çıxır, yaxud xarici mühit ilə
təmas minimuma enir. Adətən bu mərhələnin davam müddəti 2-3 gündən çox olmur.
 III mərhələ - Əsas patoloji proseslərin sönməsi dövrü. Bu mərhələdə
gecikmiş ensefalopatiya inkişaf etməsi ehtimalı yüksək qalır. Çünki mərkəzi
sinir sisteminin funksiyaları hələ tam sabitləşmiş olmur. Xəstənin xarici
mühitlə əlaqəsi olsa belə, hərəki, sensor, qnostik və davranış pozğunluqları
aydın nəzərə çarpır. Bu dövr 2-3 gündən 3-5 həftəyə qədər davam edə bilir.
 IV mərhələ - Rekonvalessensiya (sağalma) dövrü olub cavanlarda 5-6 ay,
qocalarda isə 1 ilə qədər davam edir. Bu mərhələdə toxumalarda gedən patoloji
proseslər tam sönür və terminal hal zamanı baş vermiş zədələnmələrin
maksimum kompensa olunması müşahidə olunur, çox hallarda tam
sağalma baş verir.
 Ürək fəaliyyətinin bərpa olunmasının ilk dəqiqələrindən etibarən
kompensator mexanizmlərin aktivləşməsi hesabına qan dövranında
hiperdinamiya baş verir: taxikardiya və ürəyin dəqiqəlik həcminin
artması qeyd edilir.
 Bir neçə saatdan sonra hemodinamika sabitləşir, xəstənin vəziyyəti bir
qədər yaxşılaşır, amma proqnoz haqqında fikir söyləmək mümkün
olmur. Belə ki, 1-ci günün sonunda (24-36 saatdan sonra) xəstənin halı
yenidən pisləşir, ürəyin enerji ehtiyatının azalması va toksiki
faktorların ürəyə mənfi təsiri nəticəsində "kiçik vurğu
sindromu" inkişaf edir.
 Ağciyərlərdə qaz mübadiləsinin pozulması hesabına hipoksiya
dərinləşir və qarışıq xarakter daşıyır. Yəni sirkulyator vǝ anemik
hipoksiyaya hipoksik hipoksiya qoşulur. Davam etdirilən tədbirlər
fonunda ya sağalma baş verir, yaxud patoloji proseslərin dərinləşməsi
ilə bağlı irinli-septik ağırlaşmaların inkişaf etməsi və bir çox hallarda
pis nəticə ölüm ilə yekunlaşır.
Proqnozun pis olmasından xəbər verən əlamətlər bunlardır:
 1. Xarici tənəffüsün tamamilə yararsız (effektsiz) olması.
 2. Komatoz vəziyyətin inkişafı və dinamikada dərinləşməsi.
 3. Xəstənin öz tənəffüsünün süni tənəfüs aparatı ilə uyğunlaşdırılmasının ancaq miorelaksant
hesabına mümkün olması.
 4. ASV zamanı oksigenlə kifayət dərəcədə zənginləşdirmə və nəfəs vermədə müsbət təzyiq (+10,
+15 sm su süt.) təmin edilməsinə baxmayaraq PaO2 çox aşağı (50-40 mm c. süt.) və PacO₂ yüksək
(40-45 mm.c.süt) olması.
 5. Katabolizmin kəskin yüksəlməsi (sidiklə gündə 40 q qədər ümumi azot xaric olur və xəstə hər
gün 1-2 kq çəki itirir).
 6. Dekompensǝ olunmuş metabolik asidoz, laktatın miqdarının artması və qanın pH-nın enməsi.
 7. EKQ-dǝ miokardın işemiyasını xatırladan dəyişikliklərin izlənməsi.
 8. Dəri və skleranın ikterik olması.
 9. İltihabi ağırlaşmaların, o cümlədən ağciyərlərdə iltihabiproseslərin, absesləşməyə
meyllərin artması.
Postreanimasion mərhələnin ağırlaşmaları onların inkişaf
müddətini nəzərə almaqla 3 qrupa bölünür :
 1-ci qrup - Erkən (ilk saatlar, maksimum 24 saat ərzində) baş verən
ağırlaşmalar olub buraya ürəyin qəflətən dayanması, beyin ödemi, ağciyər
ödemi, toxumalardan damar daxili yayılmış laxtalanma sindromu xarakterli
qanaxmalar aiddir. Bu ağırlaşmalar əsasən uzun müddət (4-5 saatdan çox)
davam edən güclü qanaxma və ağır dərəcəli şok, o cümlədən arterial təzyiqin 1
saatdan çox müddət ərzində 70 mm c.süt. aşağı qalması və ürəyin dayanması
müşahidə edilən xəstələrdə izlənir.
 2-ci qrup - Ağırlaşmaları parenximatoz orqanların
funksiyalarının pozulması təşkil edir. Bunlara 2-5-ci
günlərdən etibarən müşahidə edilən kəskin böyrək,
qaraciyər və ağciyər çatışmazlığı aiddir.
 Ağciyər ağırlaşmaları əsasən atelektazlar, "şoklu ağciyərlər"
sindromu, piy emboliyası, ağciyər arteriiyasının
tromboemboliyası şəklində üzə çıxır. Kəskin böyrək və
qaraciyər çatışmazlığı ("şoklu böyrəklər", "şoklu qaraciyər")
bu orqanlarda öncə funksional, sonra degenerativ və
nekrotik dəyişikliklərlə gedən pozğunluqlarla əlaqəlidir.
 Bu qrupa daxil olan ağırlaşmaların rast gəlmə tezliyi və
ağırlıq dərəcəsi ilk növbədə qanitirmənin miqdarı və şokun
ağırlıq dərəcəsi ilə bağlıdır. Digər tərəfdən 1-ci gün ərzində
qanitirmənin adekvat ödənməməsi və periferik qan
dövranının uzun müddət (saatlarla) effektiv təmin (bərpa)
olmaması parenximatoz orqanlarda göstərilən
pozğunluqların inkişafına şərait yaradır.
 3-cü qrup -Ağırlaşmalara iltihabi və irinli proseslər aiddir
ki, bunlar da nisbətən gec (5-7 gündən sonra) əmələ
gəlirlər. Bu ağırlaşmalar yerli (pnevmoniya, peritonit,
yaraların irinləməsi, pielonefrit, meninqoensefalit) və
yayılmış (sepsis, septikopiemiya) olmaqla iki
qrupa bölünürlər.
Postreanimasion mərhələdə müalicə kompleks aparılmalıdır.
 Bu tədbirlərə ilk növbədə baş beyinin funksiyalarının bərpası, ürək-damar
və tənəffüs sistemləri, qaraciyər və böyrəklər tərəfindən müşahidə edilən
pozğunluqların korreksiyası və postreanimasion dövrün ağırlaşmalarının
profilaktikası aiddir.
 Erkən postreanimasion mərhələdə posthipoksik ensefalopatiya ilə
mübarizə bir neçə istiqamətdə aparılır:
 1. Beyinin qan dövranının tənzimlənməsi.
 2. Beyinin enerji tələbatının azaldılması
 3. Beyin hüceyrələrinin zədələnməsinin qarşısının alınması və beyin
ödemi ilə mübarizə.
 4. Beyin hüceyrələrində metabolizmin yaxşılaşdırılması.
 Beyinin qan dövranını tənzimləmək üçün sistem arterial təzyiqi optimal
səviyyədə saxlamaq, hipovolemiya və anemiya ilə mübarizə etməklə bərabər
bilavasitə beyin qan dövranını yaxşılaşdıran antiaqreqant preparatlar (eufillin
2,4%-10ml, kavinton 0,5%-2-4 ml yaxud trental 2%-5 ml) damcı üsulu ilə vena
daxilinə yeridilir. Son illər kalsium antaqonistləri (nifedipin, modina, nimotop
0,02%-50 ml venaya damcı üsulu ilə) geniş tətbiq edilir.
 Beyinin enerji tələbatını azaltmaq məqsədilə
barbituratlar (natrium tiopental 200 mq; 1% məhluldan 3-
4 mq/kq), kiçik trankvilizatorlar (diazepam və ya relanium
10 mq; 0,5% məhluldan 2 ml), diprivan-propofol 100-200
mq (1% məhluldan 10-20 ml) istifada edilir.
 Beyin hüceyrələrinin zədələnməsinin qarşısını almaq üçün lokal və ya
ümumi hipotermiya, antioksidantlar (tokoferol 30% məhluldan 6 ml əzələ
daxilinə), membran sabitləşdiricilər (kortikosteroid: metilprednizolon-30
mq/kq) yeridilir. Beyin ödeminin profilaktikası və müalicəsi məqsədilə
osmodiuretiklər (mannitol 0,5-1 q/kq) və saluretiklər (laziks 4-6 ml) istifadə
edilir
 Baş beyin hüceyrələrində metabolizmi yaxşılaşdırmaq üçün oksigen
terapiyası aparılır, nootroplar (öncə serebrolizin 5-15 ml, növbəti
mərhələdə pirasetam 10-60 ml vena daxilinə damcı üsulu ilə, nəhayət,
nootropil-800 mq/sutka), mübadilə proseslərini yaxşılaşdıran digər
preparatlar (sitoxrom "c" 0,25%- 8 ml gündə 4-6 dəfə, aktoveqin,
solkoseril 400-2000 mq, somazina 500-1000 mq) vena daxilinə yeridilir.
 Sistem qan dövranını tənzimləmək üçün dövr edən qanın miqdarının bərpası qan
preparatları və plazmaəvəzedicilər ilə aparılır. Bu məqsədlə kiçik molekullu dekstranlar
(Reopoliqlucin), qlukoza-novocain qarışığı, təzə dondurulmuş plazma geniş tətbiq edilir.
Göstəriş üzrə antiaritmik preparatlar (lidokain, kordaron, B-adrenoblokatorlar),
adrenomimetiklər (dobutamin, dopamin), kardiotoniklər (ürək qlükozidləri),
kardioprotektorlar (trimetazidin (preductal - MR), L-karnitin (kartan), mildronat,
vitaminlər ("B" qrupu, vitamin "C"), antitrombotik preparatlar (heparin, fraksiparin,
kleksan) istifadə edilir.
 Ağciyərlərdə qaz mübadiləsini sabitləşdirmək və hipoksiyamı aradan götürmək üçün ASV
uzun müddət (bəzən bir neçə gün və daha çox) ərzində, mülayim hiperventilyasiya rejimində
(PacO2 30-32 mm c.süt.) davam etdirilir. Ağciyər ağırlaşmalarının qarşısını almaq məqsədilə
antibakterial müalicə, aerozol terapiyası, vibromasaj, traxeobronxial sistemin adekvat drenajı
həyata keçirilir.
 Qaraciyər və böyrəklərin funksiyalarını tənzim saxlamaq üçün arterial hipotenziya və
hipoksiyanı sürətlə aradan götürməklə yanaşı hepatoprotektorlardan (essensial forte, metionin,
kokarboksilaza), göstəriş üzrə sidik qovuculardan (furosemid, laziks, mannitol) istifadə edilir.
İntoksikasiya sindromunu aradan götürmək üçün bu və ya digər detoksikasiya metodu
(plazmaferez, hemodializ, hemosorbsiya) tətbiq edilir.
 Su-elektrolit mübadiləsi, turşu-qələvi vəziyyəti, zülal mübadiləsi
pozğunluqlarının korreksiyası mövcud prinsiplər və metodlar əsasında
aparılır. Bu zaman 0,9%-li Natrium xlorid, İzolit, Ringer, Demorin-L, Kalium-
Maqnezium Asparaqinat, Disol, Trisol, Dexol, Natrium bicarbonat məhlulları,
aminturşu qarışıqları (Aminon, Aminoplazmal, İnfezol-40,100) və Albumin,
Fleksbumin, Protein kimi zülal preparatları geniş tətbiq edilir.
 Postreanimasion mərhələdə aparılan müalicə həyati vacib funksiyaların daimi
monitorinqi fonunda həyata keçirilir
postreanimasion xəstəlik.hg.pptx

Más contenido relacionado

La actualidad más candente

Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
ijtsrd
 

La actualidad más candente (20)

Freeze-drying on Food Preservation technique by low temperature.pptx
Freeze-drying on Food Preservation technique by low temperature.pptxFreeze-drying on Food Preservation technique by low temperature.pptx
Freeze-drying on Food Preservation technique by low temperature.pptx
 
Cryopreservation
CryopreservationCryopreservation
Cryopreservation
 
Growth and Nutrition of Fungi
Growth and Nutrition of FungiGrowth and Nutrition of Fungi
Growth and Nutrition of Fungi
 
Industrial Microbiology of Molds
 Industrial Microbiology of Molds Industrial Microbiology of Molds
Industrial Microbiology of Molds
 
role of bio fertlizer for the improvment of soil fertlity
role of bio fertlizer for the improvment of soil fertlityrole of bio fertlizer for the improvment of soil fertlity
role of bio fertlizer for the improvment of soil fertlity
 
TYPES OF FLOWERS, FRUITS,DICOT AND MONOCOT SEEDS
TYPES OF FLOWERS, FRUITS,DICOT AND MONOCOT SEEDSTYPES OF FLOWERS, FRUITS,DICOT AND MONOCOT SEEDS
TYPES OF FLOWERS, FRUITS,DICOT AND MONOCOT SEEDS
 
General characteristics of algae
General characteristics of algaeGeneral characteristics of algae
General characteristics of algae
 
Aspergillus and penicillium
Aspergillus and penicilliumAspergillus and penicillium
Aspergillus and penicillium
 
Ex1
Ex1Ex1
Ex1
 
Taxonomic systems in plants
Taxonomic systems in plantsTaxonomic systems in plants
Taxonomic systems in plants
 
General characters of fungi
General characters of  fungiGeneral characters of  fungi
General characters of fungi
 
Cryopreservation.pdf
Cryopreservation.pdfCryopreservation.pdf
Cryopreservation.pdf
 
Artificial classification system- Carolus Linneaus
Artificial classification system- Carolus LinneausArtificial classification system- Carolus Linneaus
Artificial classification system- Carolus Linneaus
 
To study of the genetic variations among the Azospirillum lipoferu isolates u...
To study of the genetic variations among the Azospirillum lipoferu isolates u...To study of the genetic variations among the Azospirillum lipoferu isolates u...
To study of the genetic variations among the Azospirillum lipoferu isolates u...
 
Biology and cultivation of morchella
Biology and cultivation of morchellaBiology and cultivation of morchella
Biology and cultivation of morchella
 
Pullulan
PullulanPullulan
Pullulan
 
Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
Isolation and Screening for Citric Acid Production by Aspergillus Niger Using...
 
Fossils PTERIDOPHYTES
Fossils PTERIDOPHYTESFossils PTERIDOPHYTES
Fossils PTERIDOPHYTES
 
Microbial cellulose
Microbial celluloseMicrobial cellulose
Microbial cellulose
 
Fungi
FungiFungi
Fungi
 

Similar a postreanimasion xəstəlik.hg.pptx

Similar a postreanimasion xəstəlik.hg.pptx (20)

Hipertoniya xəstəliyi
Hipertoniya xəstəliyiHipertoniya xəstəliyi
Hipertoniya xəstəliyi
 
farmakologiya 1.pptx
farmakologiya 1.pptxfarmakologiya 1.pptx
farmakologiya 1.pptx
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 
şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabet
 
Ekstragenital və yanaşı ginekoloji xəstəliklər
Ekstragenital və yanaşı ginekoloji xəstəliklərEkstragenital və yanaşı ginekoloji xəstəliklər
Ekstragenital və yanaşı ginekoloji xəstəliklər
 
Xroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitetXroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitet
 
Arterial hipertoniya
Arterial hipertoniyaArterial hipertoniya
Arterial hipertoniya
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlik
 
Metabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesityMetabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesity
 
APIMAG-az
APIMAG-azAPIMAG-az
APIMAG-az
 
Neyroendokrin Şişlər
Neyroendokrin ŞişlərNeyroendokrin Şişlər
Neyroendokrin Şişlər
 
Hellp sindromu
Hellp sindromuHellp sindromu
Hellp sindromu
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktı
 
Hipertrofik pilorik stenoz
Hipertrofik pilorik stenozHipertrofik pilorik stenoz
Hipertrofik pilorik stenoz
 
Diabetic neuropathy treatment methods
Diabetic neuropathy treatment methodsDiabetic neuropathy treatment methods
Diabetic neuropathy treatment methods
 
Thiogamma diabetes mellitus alfa tictic acid
Thiogamma diabetes mellitus alfa tictic acidThiogamma diabetes mellitus alfa tictic acid
Thiogamma diabetes mellitus alfa tictic acid
 
Neyroendokrin patologiya
Neyroendokrin patologiyaNeyroendokrin patologiya
Neyroendokrin patologiya
 
Hipotermiya
HipotermiyaHipotermiya
Hipotermiya
 
Non-kardiak əməliyyatlarda əməliyyat öncəsi kardiak riskin dəyərləndirilmi
Non-kardiak əməliyyatlarda əməliyyat öncəsi kardiak riskin dəyərləndirilmiNon-kardiak əməliyyatlarda əməliyyat öncəsi kardiak riskin dəyərləndirilmi
Non-kardiak əməliyyatlarda əməliyyat öncəsi kardiak riskin dəyərləndirilmi
 
Anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurlarıAnadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurları
 

postreanimasion xəstəlik.hg.pptx

  • 1. POSTREANİMASİON XƏSTƏLİK. KLİNİK ƏLAMƏTLƏRİ . AĞIRLAŞMALARI. MÜALİCƏ HÜSEYNOVA GÜNAY 218A-11B
  • 2.  Reanimasiyadan sonrakı dövrdə müşahidə edilən patoloji vəziyyət-"Postreanimasion xəstəlik" adlanır. Terminal hal, o cümlədən kliniki ölüm zamanı inkişaf edən hipoksiya hesabına orqan və toxumaların zədələnməsi ilə səciyyələnir. Postreanimasion patologiyanın ağırlığı əsas xəstəliyin xarakterindən, ölüm prosesinin gedişatının xüsusiyyətlərindən və hipoksiyanın dərəcəsindən asılıdır.  Postreanimasion patologiyanın gedişində 4 mərhələ ayırd edilir
  • 3.  I mərhələ - Postreanimasion dövrün əsas patoloji faktorlarının beyinə aktiv təsir etdiyi dövr. Qan dövranı bərpa olan andan ilk 20-30 dəq. (maksimum 1 saat) ərzində davam edir bu mərhələdə orqanizm, əsasən baş beyin çoxsaylı patoloji faktorların (işemiya, intoksikasiya və s.) ciddi təsirinə məruz qalır, amma eyni zamanda enerji metabolizmi intensiv şəkildə bərpa olmağa başlayır.  II mərhələ - Mərkəzi sinir sistemində əsas patoloji dəyişikliklərin formalaşdığı dövr. Bu dövrün davam etmə müddəti alınmış işemik zərbənin gücündən və I mərhələdə aparılan intensiv terapiyanın adekvatlığından asılıdır. Bu (II) mǝrǝhələdə homeostazın optimal səviyyədə saxlanması xüsusi əhəmiyyət kəsb edir. Proqnoz çox hallarda məhz bu dövrdə müəyyənləşir: xəstə ya komadan çıxır, yaxud xarici mühit ilə təmas minimuma enir. Adətən bu mərhələnin davam müddəti 2-3 gündən çox olmur.
  • 4.  III mərhələ - Əsas patoloji proseslərin sönməsi dövrü. Bu mərhələdə gecikmiş ensefalopatiya inkişaf etməsi ehtimalı yüksək qalır. Çünki mərkəzi sinir sisteminin funksiyaları hələ tam sabitləşmiş olmur. Xəstənin xarici mühitlə əlaqəsi olsa belə, hərəki, sensor, qnostik və davranış pozğunluqları aydın nəzərə çarpır. Bu dövr 2-3 gündən 3-5 həftəyə qədər davam edə bilir.  IV mərhələ - Rekonvalessensiya (sağalma) dövrü olub cavanlarda 5-6 ay, qocalarda isə 1 ilə qədər davam edir. Bu mərhələdə toxumalarda gedən patoloji proseslər tam sönür və terminal hal zamanı baş vermiş zədələnmələrin maksimum kompensa olunması müşahidə olunur, çox hallarda tam sağalma baş verir.
  • 5.  Ürək fəaliyyətinin bərpa olunmasının ilk dəqiqələrindən etibarən kompensator mexanizmlərin aktivləşməsi hesabına qan dövranında hiperdinamiya baş verir: taxikardiya və ürəyin dəqiqəlik həcminin artması qeyd edilir.  Bir neçə saatdan sonra hemodinamika sabitləşir, xəstənin vəziyyəti bir qədər yaxşılaşır, amma proqnoz haqqında fikir söyləmək mümkün olmur. Belə ki, 1-ci günün sonunda (24-36 saatdan sonra) xəstənin halı yenidən pisləşir, ürəyin enerji ehtiyatının azalması va toksiki faktorların ürəyə mənfi təsiri nəticəsində "kiçik vurğu sindromu" inkişaf edir.  Ağciyərlərdə qaz mübadiləsinin pozulması hesabına hipoksiya dərinləşir və qarışıq xarakter daşıyır. Yəni sirkulyator vǝ anemik hipoksiyaya hipoksik hipoksiya qoşulur. Davam etdirilən tədbirlər fonunda ya sağalma baş verir, yaxud patoloji proseslərin dərinləşməsi ilə bağlı irinli-septik ağırlaşmaların inkişaf etməsi və bir çox hallarda pis nəticə ölüm ilə yekunlaşır.
  • 6. Proqnozun pis olmasından xəbər verən əlamətlər bunlardır:  1. Xarici tənəffüsün tamamilə yararsız (effektsiz) olması.  2. Komatoz vəziyyətin inkişafı və dinamikada dərinləşməsi.  3. Xəstənin öz tənəffüsünün süni tənəfüs aparatı ilə uyğunlaşdırılmasının ancaq miorelaksant hesabına mümkün olması.  4. ASV zamanı oksigenlə kifayət dərəcədə zənginləşdirmə və nəfəs vermədə müsbət təzyiq (+10, +15 sm su süt.) təmin edilməsinə baxmayaraq PaO2 çox aşağı (50-40 mm c. süt.) və PacO₂ yüksək (40-45 mm.c.süt) olması.  5. Katabolizmin kəskin yüksəlməsi (sidiklə gündə 40 q qədər ümumi azot xaric olur və xəstə hər gün 1-2 kq çəki itirir).  6. Dekompensǝ olunmuş metabolik asidoz, laktatın miqdarının artması və qanın pH-nın enməsi.  7. EKQ-dǝ miokardın işemiyasını xatırladan dəyişikliklərin izlənməsi.  8. Dəri və skleranın ikterik olması.  9. İltihabi ağırlaşmaların, o cümlədən ağciyərlərdə iltihabiproseslərin, absesləşməyə meyllərin artması.
  • 7. Postreanimasion mərhələnin ağırlaşmaları onların inkişaf müddətini nəzərə almaqla 3 qrupa bölünür :  1-ci qrup - Erkən (ilk saatlar, maksimum 24 saat ərzində) baş verən ağırlaşmalar olub buraya ürəyin qəflətən dayanması, beyin ödemi, ağciyər ödemi, toxumalardan damar daxili yayılmış laxtalanma sindromu xarakterli qanaxmalar aiddir. Bu ağırlaşmalar əsasən uzun müddət (4-5 saatdan çox) davam edən güclü qanaxma və ağır dərəcəli şok, o cümlədən arterial təzyiqin 1 saatdan çox müddət ərzində 70 mm c.süt. aşağı qalması və ürəyin dayanması müşahidə edilən xəstələrdə izlənir.
  • 8.  2-ci qrup - Ağırlaşmaları parenximatoz orqanların funksiyalarının pozulması təşkil edir. Bunlara 2-5-ci günlərdən etibarən müşahidə edilən kəskin böyrək, qaraciyər və ağciyər çatışmazlığı aiddir.  Ağciyər ağırlaşmaları əsasən atelektazlar, "şoklu ağciyərlər" sindromu, piy emboliyası, ağciyər arteriiyasının tromboemboliyası şəklində üzə çıxır. Kəskin böyrək və qaraciyər çatışmazlığı ("şoklu böyrəklər", "şoklu qaraciyər") bu orqanlarda öncə funksional, sonra degenerativ və nekrotik dəyişikliklərlə gedən pozğunluqlarla əlaqəlidir.  Bu qrupa daxil olan ağırlaşmaların rast gəlmə tezliyi və ağırlıq dərəcəsi ilk növbədə qanitirmənin miqdarı və şokun ağırlıq dərəcəsi ilə bağlıdır. Digər tərəfdən 1-ci gün ərzində qanitirmənin adekvat ödənməməsi və periferik qan dövranının uzun müddət (saatlarla) effektiv təmin (bərpa) olmaması parenximatoz orqanlarda göstərilən pozğunluqların inkişafına şərait yaradır.
  • 9.  3-cü qrup -Ağırlaşmalara iltihabi və irinli proseslər aiddir ki, bunlar da nisbətən gec (5-7 gündən sonra) əmələ gəlirlər. Bu ağırlaşmalar yerli (pnevmoniya, peritonit, yaraların irinləməsi, pielonefrit, meninqoensefalit) və yayılmış (sepsis, septikopiemiya) olmaqla iki qrupa bölünürlər.
  • 10. Postreanimasion mərhələdə müalicə kompleks aparılmalıdır.  Bu tədbirlərə ilk növbədə baş beyinin funksiyalarının bərpası, ürək-damar və tənəffüs sistemləri, qaraciyər və böyrəklər tərəfindən müşahidə edilən pozğunluqların korreksiyası və postreanimasion dövrün ağırlaşmalarının profilaktikası aiddir.  Erkən postreanimasion mərhələdə posthipoksik ensefalopatiya ilə mübarizə bir neçə istiqamətdə aparılır:  1. Beyinin qan dövranının tənzimlənməsi.  2. Beyinin enerji tələbatının azaldılması  3. Beyin hüceyrələrinin zədələnməsinin qarşısının alınması və beyin ödemi ilə mübarizə.  4. Beyin hüceyrələrində metabolizmin yaxşılaşdırılması.
  • 11.  Beyinin qan dövranını tənzimləmək üçün sistem arterial təzyiqi optimal səviyyədə saxlamaq, hipovolemiya və anemiya ilə mübarizə etməklə bərabər bilavasitə beyin qan dövranını yaxşılaşdıran antiaqreqant preparatlar (eufillin 2,4%-10ml, kavinton 0,5%-2-4 ml yaxud trental 2%-5 ml) damcı üsulu ilə vena daxilinə yeridilir. Son illər kalsium antaqonistləri (nifedipin, modina, nimotop 0,02%-50 ml venaya damcı üsulu ilə) geniş tətbiq edilir.
  • 12.  Beyinin enerji tələbatını azaltmaq məqsədilə barbituratlar (natrium tiopental 200 mq; 1% məhluldan 3- 4 mq/kq), kiçik trankvilizatorlar (diazepam və ya relanium 10 mq; 0,5% məhluldan 2 ml), diprivan-propofol 100-200 mq (1% məhluldan 10-20 ml) istifada edilir.
  • 13.  Beyin hüceyrələrinin zədələnməsinin qarşısını almaq üçün lokal və ya ümumi hipotermiya, antioksidantlar (tokoferol 30% məhluldan 6 ml əzələ daxilinə), membran sabitləşdiricilər (kortikosteroid: metilprednizolon-30 mq/kq) yeridilir. Beyin ödeminin profilaktikası və müalicəsi məqsədilə osmodiuretiklər (mannitol 0,5-1 q/kq) və saluretiklər (laziks 4-6 ml) istifadə edilir
  • 14.  Baş beyin hüceyrələrində metabolizmi yaxşılaşdırmaq üçün oksigen terapiyası aparılır, nootroplar (öncə serebrolizin 5-15 ml, növbəti mərhələdə pirasetam 10-60 ml vena daxilinə damcı üsulu ilə, nəhayət, nootropil-800 mq/sutka), mübadilə proseslərini yaxşılaşdıran digər preparatlar (sitoxrom "c" 0,25%- 8 ml gündə 4-6 dəfə, aktoveqin, solkoseril 400-2000 mq, somazina 500-1000 mq) vena daxilinə yeridilir.
  • 15.  Sistem qan dövranını tənzimləmək üçün dövr edən qanın miqdarının bərpası qan preparatları və plazmaəvəzedicilər ilə aparılır. Bu məqsədlə kiçik molekullu dekstranlar (Reopoliqlucin), qlukoza-novocain qarışığı, təzə dondurulmuş plazma geniş tətbiq edilir. Göstəriş üzrə antiaritmik preparatlar (lidokain, kordaron, B-adrenoblokatorlar), adrenomimetiklər (dobutamin, dopamin), kardiotoniklər (ürək qlükozidləri), kardioprotektorlar (trimetazidin (preductal - MR), L-karnitin (kartan), mildronat, vitaminlər ("B" qrupu, vitamin "C"), antitrombotik preparatlar (heparin, fraksiparin, kleksan) istifadə edilir.
  • 16.  Ağciyərlərdə qaz mübadiləsini sabitləşdirmək və hipoksiyamı aradan götürmək üçün ASV uzun müddət (bəzən bir neçə gün və daha çox) ərzində, mülayim hiperventilyasiya rejimində (PacO2 30-32 mm c.süt.) davam etdirilir. Ağciyər ağırlaşmalarının qarşısını almaq məqsədilə antibakterial müalicə, aerozol terapiyası, vibromasaj, traxeobronxial sistemin adekvat drenajı həyata keçirilir.  Qaraciyər və böyrəklərin funksiyalarını tənzim saxlamaq üçün arterial hipotenziya və hipoksiyanı sürətlə aradan götürməklə yanaşı hepatoprotektorlardan (essensial forte, metionin, kokarboksilaza), göstəriş üzrə sidik qovuculardan (furosemid, laziks, mannitol) istifadə edilir. İntoksikasiya sindromunu aradan götürmək üçün bu və ya digər detoksikasiya metodu (plazmaferez, hemodializ, hemosorbsiya) tətbiq edilir.
  • 17.  Su-elektrolit mübadiləsi, turşu-qələvi vəziyyəti, zülal mübadiləsi pozğunluqlarının korreksiyası mövcud prinsiplər və metodlar əsasında aparılır. Bu zaman 0,9%-li Natrium xlorid, İzolit, Ringer, Demorin-L, Kalium- Maqnezium Asparaqinat, Disol, Trisol, Dexol, Natrium bicarbonat məhlulları, aminturşu qarışıqları (Aminon, Aminoplazmal, İnfezol-40,100) və Albumin, Fleksbumin, Protein kimi zülal preparatları geniş tətbiq edilir.  Postreanimasion mərhələdə aparılan müalicə həyati vacib funksiyaların daimi monitorinqi fonunda həyata keçirilir