SlideShare una empresa de Scribd logo
1 de 43
AĞCİYƏRİN İRİNLİ-
İLTİHABİ
XƏSTƏLİKLƏRİ
ÜMUMİ ANLAYIŞ
Ağciyərin abses və qanqrenası
ağciyərlərin qeyri-spesifik infeksion
destruksiyası olub, ağciyər
parenximasının nekrozu, irinli və
çürüntülü prosesin inkişafı və bu
zonada sonradan boşluqların əmələ
gəlməsi ilə xarakterizə olunur.
ÜMUMİ ANLAYIŞ
Klinik təzahürünə, gedişatların ağırlığına
və proqnozuna görə fərqlənən
ağciyərin absesi və qanqrenasının bir
qrupda birləşdirilməsinin səbəbi hər
iki xəstəliyin başlanğıc fazalarının
eynitipli olmasıdır.
ÜMUMİ ANLAYIŞ
Patoloji prosesin növbəti inkişafında
xarakterik morfoloji dəyişikliklər
meydana çıxdıqdan sonra xəstəlik
ağciyərin infeksion destruksiyasının
bu və ya digər formasına aid edilir.
AĞCIYƏRIN ABSESI
 Ağciyər toxumasında irinli və ya çürüntülü
iltihabi prosesin inkişafı zamanı formalaşan
və sağlam sahədən piogen kapsula ilə
məhdudlanan boşluğun əmələ gəlməsi ilə
xarakterizə olunan xəstəlik ağciyərin
absesi kimi qəbul olunur.
AĞCIYƏRIN QANQRENASI
 Ağciyərin qanqrenası - başlanğıc mərhələdə
ağciyər toxumasının massiv nekrozu ilə
xarakterizə olunur və onun həcmindən,
mikrofloranın virulentliyindən, orqanizmin ümumi
vəziyyətindən asılı olaraq infeksion-destruktiv
proses ətraf sağlam nahiyələrdən iltihabi-
qranulyasion «yastıqla» məhdudlana bilər və ya
məhdudlanma olmayan hallarda nekrotik
prosesin proqressivləşməsi bütün ağciyərə yayıla
bilər (ağciyərin yayılmış qanqrenası).
TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ
DAXİL OLMA YOLLARI
 Bronx-ağciyər:
 Infeksiyanin ağız və burun-udlaqdan ağciyərə daxil
olması
 Qusuntu kütləsinin və infeksiyalaşmış materialların
aspirasiyası
 Hematogen-embolik:
 İnfeksiyalaşmış embolların ağciyərdən kənar
ocaqlardan qan dövranı vasitəsilə daxil olması
(septikopiemiya, osteomielit, irinli tromboflebit və
s). Təxminən 9% hallarda rast gəlinir.
TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ
DAXİL OLMA YOLLARI
 Limfogen:
 İnfeksiyanın qonşu zonanın orqanlarının infeksion
mənşəli xəstəlikləri (tonzillit, mediastinit,
diafraqmaaltı abses və s) zamanı meydana çıxır.
Nadir hallarda rast gəlinir.
 Travmatik mənşəli:
 Ağciyər toxumasının zədələnməsi zamanı
infeksiyanın ağcityər toxumasına keçməsi
MEYLTÖRƏDİCİ AMİLLƏR
 Ağciyərin infeksion destruksiyasının meydana
çıxmasına şərait yaradan amillər:
 Tənəffüs sisteminin mühafizə mexanizmlərinin pozulmasına
səbəb olan tənəffüsün gigiyenasının pisləşməsi
 İmmundefisit vəziyyətlərin tezliyinin artması (QİÇS,
transplantasiya ilə əlaqədar)
 Şəkərli diabet
 Alkoholizm
 Törədicilərin antibiotiklərə rezistent ştammların geniş
yayılması
AĞCIYƏRLƏRIN INFEKSION
DESTRUKSIYASININ TƏSNIFATI
 I. Patogenezinə görə:
– 1. Bronxogen (o cümlədən aspirasion və obturasion)
– 2. Hematogen (o cümlədən embolik)
– 3. Limfogen
– 4. Posttravmatik
 II. Patoloji prosesin xarakterinə görə:
– Kəskin irinli abses
– Kəskin qanqrenoz abses (məhdud qanqrena)
– Ağciyərin qanqrenası (yayılmış qanqrena)
– Xroniki abses
AĞCIYƏRLƏRIN INFEKSION
DESTRUKSIYASININ TƏSNIFATI
 III. Ağırlıq dərəcəsinə görə:
– Ağırlaşmamış
– Ağırlaşmış (plevranın empieması, ağciyər
qanaxması, sepsis, digər ağciyərin
pnevmoniyası və s)
 Sayına və lokalizasiyasına görə abseslər:
– a) tək; b) çoxsaylı; c) birtərəfli; d) ikitərəfli ola
bilər.
RASTGƏLMƏ TEZLIYI VƏ
PROQNOZU
 Rastgəlmə tezliyi
– Pnevmoniyalar zamanı – 2-5%
– Döş qəfəsinin qapalı travmalarından sonra – 1,5-2%
 Proqnozu:
– Bu patologiyanın müalicəsində nailiyyətlərə baxmayaraq ağciyər
abseslərində letallıq 10%-ə çatır, ağciyərin qanqrenasında isə
həddən artıq yüksək olaraq qalmaqdadır – 40-90%.
ETIOLOGIYASI
 Əsas törədiciləri:
– Anaerob mikroorqanizmlər:
 Peptosretococcus, Bacteroids, Fusobacterium
species, Microaerophilic streptococcus.
– Aerob mikroorqanizmlər:
 Staphylococcus aureus, Streptococcus pyogens,
Streptococcus pneumoniae (nadir hallarda),
Klebsiella pneumoniae, Hemophilus influenza,
Actinomyces species, Nocardia species və Gram-
mənfi bakteriyalar.
QEYRI-BAKTERIAL PATOGEN
TÖRƏDICILƏR
 Qeyri-bakterial patogen törədicilər də ağciyər
absesi törədə bilər.
Bu mikroorqanizmlərə aiddir:
 1) Parazitlər [Paragonimus , Entamoeba].
 2) Göbələklər [Aspergillus, Cryptococcus,
Histoplasma , Blastomyces , Coccidioides].
 3) Mycobacterium
PATOGENEZI
 Ağciyər toxumasında infeksion destruksiyanın meydana
çıxması üçün ağciyər parenximasına sadəcə patogen
mikroorqanizmlərin daxil olması kifayət deyildir.
 Belə ki, traxeo-bronxial şaxənin drenaj funksiyası
saxlandıqda və yerli və ümumi müdafiə mexanizmləri
normal fəaliyyət göstərdikdə, mikrob invaziyası klinik
əlamətlərlə təzahür etmir.
 Ağciyərin kəskin infeksion destruksiyasının baş verməsi
üçün bu mexanizmləri pozan patogen amillərin olması
vacibdir.
ÜMUMI MÜDAFIƏ
MEXANIZMLƏRINİ POZAN
AMİLLƏR
 Patogen mikrofloranın yüksək virulentliyi
 Bronxların keçiriciliyinin və drenaj
funksiyasının pozulması
 Ağciyər toxumasının posttravmatik iltihabi
və ya infeksion zonasında
mikrosirkulyasiyanın pozulması
BRONXLARIN KEÇIRICILIYININ
POZULMASINA SƏBƏB OLAN AMILLƏR
 Ağciyər parenximasının massiv iltihabı zamanı
kiçik bronxların selikli qişasının ödemi
 Huşun itməsi, kəskin alkohol intoksikasiyası,
narkoz, komatoz vəziyyətlər, epileptik tutmalar
zamanı qusuntu kütləsinin aspirasiyası
 Bronxların obturasiyası: Yad cisimlər, xoş və
bədxassəli şişlər, parabronxial limfa düyünlərinin
böyüməsi
AĞCIYƏRLƏRIN DESTRUKSIYASININ INKIŞAFINDA
ROL OYNAYAN XƏSTƏLIKLƏR
 Bronxların xroniki qeyri-spesifik xəstəlikləri
 Alkoholizm
 Huşun itməsi, qıcolma və udma aktının
pozulması ilə müşayiət olunan nevroloji
xəstəliklər
 Qastroezofageal reflüks
 Qida borusunun divertikulu
 Axalaziya
AĞCIYƏRIN QAN TƏCHIZATININ
POZULMASININ SƏBƏBLƏRİ
 Ağciyərin qan təchizatının pozulması ağciyər
arteriyası şaxələrinin emboliyası zamanı inkişaf
edir və infarkt-pnevmoniya ilə müşayiət olunur.
 Ağciyər arteriyası şaxələrinin emboliyası üçün
şərait yaradan xəstəliklərə aiddir:
– Septik endokardit
– Ətraf venalarının tromboflebiti
– Periferik və mərkəzi venaların kateterizasiyası zamanı
meydana çıxan flebitlər
– Müxtəlif lokalizasiyalı abseslər (infeksiyalaşmış
trombların miqrasiyası)
PATOFIZIOLOGIYASI
 Mənşəyindən (bakterial pnevmoniya,
infarkt-pnevmoniya, septiki infarkt-
pnevmoniya, aspirasion pnevmoniya) asılı
olmayaraq ağciyər toxumasında iltihabi
infiltrasiya zonasında bronxların selikli
qişasının ödemi, spazmı, patoloji
möhtəviyyatla obturasiyası nəticəsində
bronxların keçiriciliyinin pozulması baş
verir.
PATOFIZIOLOGIYASI
 İnfiltrasiya və ödemin proqressivləşməsi
ağciyər parenximasında
mikrosirkulyasiyanın pozulmasına və
ağciyər damarlarının trombozuna gətirib
çıxarır ki, bu da ağciyər parenximasının
nekrozuna və bu zonada patogen
mikrofloranın sürətli inkişafına səbəb olur
PATOFIZIOLOGIYASI
 Patoloji prosesin gedişindən
asılı olaraq abses və ya
qanqrena meydana çıxa
bilər.
 Absesin formalaşması ilə
gedən destruksiya zamanı
daxilində irin və nekrotik
toxumalar olan və piogen
kapsula ilə əhatə olunan
oval formada boşluq
yaranır.
 Sonra bu boşluğun
bronxlara açılması baş verir
(85% hallarda) (xəstəliyin
gedişinin ikinci fazası).
PATOFIZIOLOGIYASI
 Ağciyərin qanqrenası
zamanı nekrotik sahə
sürətlə genişlənərək bir
payı, 2 payı və ya bütün
ağciyəri əhatə edir.
 Nekrozlaşmış
parenximada çürüntülü
toxuma fraqmentlərinə
malik çoxlu sayda
boşluqlar formalaşır.
PATOFIZIOLOGIYASI
 Məhdudlaşma
olmadığından
çürüntülü
parçalanma
məhsulları qana
sorularaq ağır
intoksikasiya, digər
orqanların toksiki
zədələnməsini törədir
və ölümlə nəticələnir.
LOKALIZASIYASI
 Sağ ağciyərin bronxlarının
mənfəzi daha geniş
olduğundan, xəstənin
arxası üstə uzanıqlı
vəzyyətində aspirasion
abseslər əsasən sağ
ağciyərin yuxarı payının
arxa seqmentlərində və
aşağı payının yuxarı
seqmentində rast gəlinir.
KLINIKASI
 Klassik ağciyər absesinin klinik gedişində 2
dövr ayırd edilir:
 1. Absesin bronxa açılana qədərki dövrü
 2. Absesin bronxa açıldıqdan sonrakı dövrü
KLINIKASI
 Absesin bronxa açılana qədərki dövrünün
klinik mənzərəsi:
 Bədən hərarətinin kəskin olaraq 38 C-yə və daha
artıq yüksəlməsi
 Döş qəfəsində ağrılar
 Quru və ya az miqdarda bəlğəm ifrazı ilə müşayiət
olunan öskürək
 Ümumi halsızlıq
 Tərləmə
 Titrətmə
 İştahanın olmaması
 Susuzluq
KLINIKASI
 EÇS yüksək həddə çatır
 Qanda hemoqlobinin səviyyəsi enir
 Leykoformulada sola meyllik
KLINIKASI
Absesin bronxa açılmasından sonrakı dövr
 Adətən xəstəliyin başlanmasından 2-3 həftə sonra baş verir.
 Xəstələr çoxlu miqdarda irin qarışıq «bəlğəm» xaric olduğunu
qeyd edirlər
 Hərarət və intoksikasiyanın digər əlamətləri tədricən azalır
 Leykositoz azalır
 EÇS zəifləyir
AĞCİYƏR ABSESLƏRİNİN
AĞIRLAŞMALARI
 1) Plevra boşluğuna açılması və empiema
 2) Bronxlara qanaxma və asfiksiya
 3) İrinin bronxlar vasitəsilə digər sahələrə
yayılması və yeni abseslərin əmələ gəlməsi
 4) Uzaq orqanlarda metastatik abseslərin
əmələ gəlməsi
DIAQNOSTIKASI
Absesin bronxa açılana qədərki dövrü
 Perkussiya və auskultasiya zamanı patoloji prosesin lokalizasiyası
və həcmindən asılı olaraq müxtəlif dəyişikliklər aşkar edilir
 Absesin həcmi böyük və subplevral yerləşdikdə və plevra boşluğuna
eksudasiya ilə müşayiət olunan hallarda döş qəfəsinin həmin
tərəfində ekskursiyanın məhdudlaşması, perkutor səsin qısalması,
tənəffüsün zəifləməsi və bəzən eşidilməməsi müəyyən edilir.
 Ağciyərin digər nahiyələrində isə müxtəlif kalibrli quru və yaş xırıltılar
eşidilir.
Absesin bronxa açılandan sonrakı dövr
 Auskultasiyada destruksiya zonasında iri qovuqcuqlu xırıltılar, böyük
ölçülü boşluqlar olan hallarda isə amforik tənəffüs eşidilir.
DIAQNOSTIKASI
 Absesin bronxa
açılana qədərki
dövründə
 Rentgenoloji və KT
müayinədə:
 Böyük və ya kiçik ölçülü
yüksək sıxlığa malik
kölgəlik müəyyən edilir.
DIAQNOSTIKASI
DIAQNOSTIKASI
Absesin bronxa açılandan
sonrakı dövr
 Rentgenoloji və KT
müayinədə:
 massiv infiltrasiya
yerində horizontal
maye səviyyəsi olan
boşluq aşkar edilir.
DIAQNOSTIKASI
AĞCIYƏRIN QANQRENASININ
KLINIK MƏNZƏRƏSI
 Kliniki olaraq daha ağır gedişə malik olur
 Çoxlu miqdarda köpüklü və pis qoxulu, “ət
suyuna” oxşayan bəlğəm xaric olur
 Həmişə kəskin nəzərə çarpan intoksikasiya
əlamətləri aşkar edilir
AĞCIYƏRIN QANQRENASININ
KLINIK MƏNZƏRƏSI
 Tənəffüsün, qan dövranının, maddələr
mübadiləsinin ağır pozğunluğu meydana
çıxır
Təngnəfəslik
Anemiya
Sianoz
 Auskultasiyada çoxsaylı müxtəlif kalibrli
yaş xırıltılar eşidilir
DIAQNOSTIKASI
 Rentgenoloji və KT
müayinədə
 Ağciyərdə hər gün
böyüməyə meylli olan
böyük ölçülü kölgəlik
aşkar edilir.
KONSERVATİV MÜALICƏNIN
PRINSIPLƏRI
 1. Orqanizmin müqavimətinin artırılması
 Gigiyenik rejimə əməl olunması
 Qidalanmanın yaxşılaşdırılması
 2. Absesin drenləşməsi üçün əlverişli
şəraitin yaradılması
 Bəlğəmgətirici vasitələrdən istifadə olunması
 Bronxlara aerozol şəklində proteolitik və mukolitik
preparatların yeridilməsi
 Müalicəvi bədən tərbiyəsi və postural drenaj
KONSERVATİV MÜALICƏNIN
PRINSIPLƏRI
 3. Rasional antibakterial terapiya
 Həssas və geniş spektrli antibiotiklərin
(aminoqlükozidlər, sefalosporinlər) sulfanilamidlər,
metronidazolla kombinəolunmuş halda istifadəsi
 Antibiotiklərin aerozol şəklində bronxlar vasitəsilə
abses boşluğuna yeridilməsi
 4. Ürək fəaliyyətinin yaxşılaşdırılması
 5. Dezintoksikasion terapiya
 6. İmmunmodullaşdırıcı terapiyA
ANTİBİOTİKOTERAPİYA
Anaerob infeksiyalarda:
Clindamycin (bəzi anaeroblar B-laktamaza hasil
etdiklərinə görə penisillin qrupu preparatlarına
rezistentlik yaranır).
Metronidazol
Antibiotiklər abses boşluğuna yeridilərkən həssaslıqla
yanaşı preparatın turşuluga (pH) davamlılığı da nəzərə
alınmalıdır (aminoqlükozidlər)
Müasir tövsiyyələrə görə antibiotiklər rentgenoloji
dinamika (absesin sorulması, ölçüsünün kiçilərək
stabilləşməsi) əldə olunana qədər təyin olunmalıdır.
AĞCİYƏR ABSESLƏRİNDƏ CƏRRAHİ
MÜALICƏNIN PRINSIPLƏRI
 Ağırlaşmamış abseslərdə cərrahi əməliyyat nadir
hallarda icra olunur.
 Əsas göstərişlər:
 Konservativ müalicələrin effekt verməməsi, qanaxma, şişlərə
şübhə.
 Icra olunan əməliyyatlar:
 Abses boşluğunun transtorakal punksiyası
 Lobektomiya və ya pnevmoektomiya
AĞCİYƏR QANQRENASINDA CƏRRAHİ
MÜALICƏ
 Prosesin lokalizasiyasından və yayılma
dərəcəsindən asılı olaraq:
 Lobektomiya və ya Pulmonektomiya

Más contenido relacionado

Similar a Ağciyərin irinli-iltihabi xəstəlikləri

Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyiClCN7
 
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...ClCN7
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)LemanPirmemmedova
 
hst-yaralılarda plevra.x..pptx
hst-yaralılarda plevra.x..pptxhst-yaralılarda plevra.x..pptx
hst-yaralılarda plevra.x..pptxGunayHuseynova5
 
T.e.d. Qurban Müslümov
T.e.d. Qurban MüslümovT.e.d. Qurban Müslümov
T.e.d. Qurban Müslümovshahnaz01
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktıClCN7
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsiClCN7
 
Ağciyərlərin səpələnmiş vərəmi 1
Ağciyərlərin səpələnmiş vərəmi 1Ağciyərlərin səpələnmiş vərəmi 1
Ağciyərlərin səpələnmiş vərəmi 1ClCN7
 
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaq
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaqEpidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaq
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaqClCN7
 
Qti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıQti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıParvana Talibova
 

Similar a Ağciyərin irinli-iltihabi xəstəlikləri (13)

Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
hst-yaralılarda plevra.x..pptx
hst-yaralılarda plevra.x..pptxhst-yaralılarda plevra.x..pptx
hst-yaralılarda plevra.x..pptx
 
T.e.d. Qurban Müslümov
T.e.d. Qurban MüslümovT.e.d. Qurban Müslümov
T.e.d. Qurban Müslümov
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktı
 
Qyr spsfk xrl klt
Qyr spsfk xrl kltQyr spsfk xrl klt
Qyr spsfk xrl klt
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsi
 
krupoz pnevmoniya
krupoz pnevmoniyakrupoz pnevmoniya
krupoz pnevmoniya
 
Ağciyərlərin səpələnmiş vərəmi 1
Ağciyərlərin səpələnmiş vərəmi 1Ağciyərlərin səpələnmiş vərəmi 1
Ağciyərlərin səpələnmiş vərəmi 1
 
Xroniki xolesistit
Xroniki xolesistitXroniki xolesistit
Xroniki xolesistit
 
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaq
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaqEpidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaq
Epidemik səpgili yatalaq, brill xəstəliyi, endemik səpgili yatalaq
 
Qti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıQti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyaları
 

Ağciyərin irinli-iltihabi xəstəlikləri

  • 2. ÜMUMİ ANLAYIŞ Ağciyərin abses və qanqrenası ağciyərlərin qeyri-spesifik infeksion destruksiyası olub, ağciyər parenximasının nekrozu, irinli və çürüntülü prosesin inkişafı və bu zonada sonradan boşluqların əmələ gəlməsi ilə xarakterizə olunur.
  • 3. ÜMUMİ ANLAYIŞ Klinik təzahürünə, gedişatların ağırlığına və proqnozuna görə fərqlənən ağciyərin absesi və qanqrenasının bir qrupda birləşdirilməsinin səbəbi hər iki xəstəliyin başlanğıc fazalarının eynitipli olmasıdır.
  • 4. ÜMUMİ ANLAYIŞ Patoloji prosesin növbəti inkişafında xarakterik morfoloji dəyişikliklər meydana çıxdıqdan sonra xəstəlik ağciyərin infeksion destruksiyasının bu və ya digər formasına aid edilir.
  • 5. AĞCIYƏRIN ABSESI  Ağciyər toxumasında irinli və ya çürüntülü iltihabi prosesin inkişafı zamanı formalaşan və sağlam sahədən piogen kapsula ilə məhdudlanan boşluğun əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlik ağciyərin absesi kimi qəbul olunur.
  • 6. AĞCIYƏRIN QANQRENASI  Ağciyərin qanqrenası - başlanğıc mərhələdə ağciyər toxumasının massiv nekrozu ilə xarakterizə olunur və onun həcmindən, mikrofloranın virulentliyindən, orqanizmin ümumi vəziyyətindən asılı olaraq infeksion-destruktiv proses ətraf sağlam nahiyələrdən iltihabi- qranulyasion «yastıqla» məhdudlana bilər və ya məhdudlanma olmayan hallarda nekrotik prosesin proqressivləşməsi bütün ağciyərə yayıla bilər (ağciyərin yayılmış qanqrenası).
  • 7. TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI  Bronx-ağciyər:  Infeksiyanin ağız və burun-udlaqdan ağciyərə daxil olması  Qusuntu kütləsinin və infeksiyalaşmış materialların aspirasiyası  Hematogen-embolik:  İnfeksiyalaşmış embolların ağciyərdən kənar ocaqlardan qan dövranı vasitəsilə daxil olması (septikopiemiya, osteomielit, irinli tromboflebit və s). Təxminən 9% hallarda rast gəlinir.
  • 8. TÖRƏDİCİNİN AĞCİYƏRLƏRƏ DAXİL OLMA YOLLARI  Limfogen:  İnfeksiyanın qonşu zonanın orqanlarının infeksion mənşəli xəstəlikləri (tonzillit, mediastinit, diafraqmaaltı abses və s) zamanı meydana çıxır. Nadir hallarda rast gəlinir.  Travmatik mənşəli:  Ağciyər toxumasının zədələnməsi zamanı infeksiyanın ağcityər toxumasına keçməsi
  • 9. MEYLTÖRƏDİCİ AMİLLƏR  Ağciyərin infeksion destruksiyasının meydana çıxmasına şərait yaradan amillər:  Tənəffüs sisteminin mühafizə mexanizmlərinin pozulmasına səbəb olan tənəffüsün gigiyenasının pisləşməsi  İmmundefisit vəziyyətlərin tezliyinin artması (QİÇS, transplantasiya ilə əlaqədar)  Şəkərli diabet  Alkoholizm  Törədicilərin antibiotiklərə rezistent ştammların geniş yayılması
  • 10. AĞCIYƏRLƏRIN INFEKSION DESTRUKSIYASININ TƏSNIFATI  I. Patogenezinə görə: – 1. Bronxogen (o cümlədən aspirasion və obturasion) – 2. Hematogen (o cümlədən embolik) – 3. Limfogen – 4. Posttravmatik  II. Patoloji prosesin xarakterinə görə: – Kəskin irinli abses – Kəskin qanqrenoz abses (məhdud qanqrena) – Ağciyərin qanqrenası (yayılmış qanqrena) – Xroniki abses
  • 11. AĞCIYƏRLƏRIN INFEKSION DESTRUKSIYASININ TƏSNIFATI  III. Ağırlıq dərəcəsinə görə: – Ağırlaşmamış – Ağırlaşmış (plevranın empieması, ağciyər qanaxması, sepsis, digər ağciyərin pnevmoniyası və s)  Sayına və lokalizasiyasına görə abseslər: – a) tək; b) çoxsaylı; c) birtərəfli; d) ikitərəfli ola bilər.
  • 12. RASTGƏLMƏ TEZLIYI VƏ PROQNOZU  Rastgəlmə tezliyi – Pnevmoniyalar zamanı – 2-5% – Döş qəfəsinin qapalı travmalarından sonra – 1,5-2%  Proqnozu: – Bu patologiyanın müalicəsində nailiyyətlərə baxmayaraq ağciyər abseslərində letallıq 10%-ə çatır, ağciyərin qanqrenasında isə həddən artıq yüksək olaraq qalmaqdadır – 40-90%.
  • 13. ETIOLOGIYASI  Əsas törədiciləri: – Anaerob mikroorqanizmlər:  Peptosretococcus, Bacteroids, Fusobacterium species, Microaerophilic streptococcus. – Aerob mikroorqanizmlər:  Staphylococcus aureus, Streptococcus pyogens, Streptococcus pneumoniae (nadir hallarda), Klebsiella pneumoniae, Hemophilus influenza, Actinomyces species, Nocardia species və Gram- mənfi bakteriyalar.
  • 14. QEYRI-BAKTERIAL PATOGEN TÖRƏDICILƏR  Qeyri-bakterial patogen törədicilər də ağciyər absesi törədə bilər. Bu mikroorqanizmlərə aiddir:  1) Parazitlər [Paragonimus , Entamoeba].  2) Göbələklər [Aspergillus, Cryptococcus, Histoplasma , Blastomyces , Coccidioides].  3) Mycobacterium
  • 15. PATOGENEZI  Ağciyər toxumasında infeksion destruksiyanın meydana çıxması üçün ağciyər parenximasına sadəcə patogen mikroorqanizmlərin daxil olması kifayət deyildir.  Belə ki, traxeo-bronxial şaxənin drenaj funksiyası saxlandıqda və yerli və ümumi müdafiə mexanizmləri normal fəaliyyət göstərdikdə, mikrob invaziyası klinik əlamətlərlə təzahür etmir.  Ağciyərin kəskin infeksion destruksiyasının baş verməsi üçün bu mexanizmləri pozan patogen amillərin olması vacibdir.
  • 16. ÜMUMI MÜDAFIƏ MEXANIZMLƏRINİ POZAN AMİLLƏR  Patogen mikrofloranın yüksək virulentliyi  Bronxların keçiriciliyinin və drenaj funksiyasının pozulması  Ağciyər toxumasının posttravmatik iltihabi və ya infeksion zonasında mikrosirkulyasiyanın pozulması
  • 17. BRONXLARIN KEÇIRICILIYININ POZULMASINA SƏBƏB OLAN AMILLƏR  Ağciyər parenximasının massiv iltihabı zamanı kiçik bronxların selikli qişasının ödemi  Huşun itməsi, kəskin alkohol intoksikasiyası, narkoz, komatoz vəziyyətlər, epileptik tutmalar zamanı qusuntu kütləsinin aspirasiyası  Bronxların obturasiyası: Yad cisimlər, xoş və bədxassəli şişlər, parabronxial limfa düyünlərinin böyüməsi
  • 18. AĞCIYƏRLƏRIN DESTRUKSIYASININ INKIŞAFINDA ROL OYNAYAN XƏSTƏLIKLƏR  Bronxların xroniki qeyri-spesifik xəstəlikləri  Alkoholizm  Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər  Qastroezofageal reflüks  Qida borusunun divertikulu  Axalaziya
  • 19. AĞCIYƏRIN QAN TƏCHIZATININ POZULMASININ SƏBƏBLƏRİ  Ağciyərin qan təchizatının pozulması ağciyər arteriyası şaxələrinin emboliyası zamanı inkişaf edir və infarkt-pnevmoniya ilə müşayiət olunur.  Ağciyər arteriyası şaxələrinin emboliyası üçün şərait yaradan xəstəliklərə aiddir: – Septik endokardit – Ətraf venalarının tromboflebiti – Periferik və mərkəzi venaların kateterizasiyası zamanı meydana çıxan flebitlər – Müxtəlif lokalizasiyalı abseslər (infeksiyalaşmış trombların miqrasiyası)
  • 20. PATOFIZIOLOGIYASI  Mənşəyindən (bakterial pnevmoniya, infarkt-pnevmoniya, septiki infarkt- pnevmoniya, aspirasion pnevmoniya) asılı olmayaraq ağciyər toxumasında iltihabi infiltrasiya zonasında bronxların selikli qişasının ödemi, spazmı, patoloji möhtəviyyatla obturasiyası nəticəsində bronxların keçiriciliyinin pozulması baş verir.
  • 21. PATOFIZIOLOGIYASI  İnfiltrasiya və ödemin proqressivləşməsi ağciyər parenximasında mikrosirkulyasiyanın pozulmasına və ağciyər damarlarının trombozuna gətirib çıxarır ki, bu da ağciyər parenximasının nekrozuna və bu zonada patogen mikrofloranın sürətli inkişafına səbəb olur
  • 22. PATOFIZIOLOGIYASI  Patoloji prosesin gedişindən asılı olaraq abses və ya qanqrena meydana çıxa bilər.  Absesin formalaşması ilə gedən destruksiya zamanı daxilində irin və nekrotik toxumalar olan və piogen kapsula ilə əhatə olunan oval formada boşluq yaranır.  Sonra bu boşluğun bronxlara açılması baş verir (85% hallarda) (xəstəliyin gedişinin ikinci fazası).
  • 23. PATOFIZIOLOGIYASI  Ağciyərin qanqrenası zamanı nekrotik sahə sürətlə genişlənərək bir payı, 2 payı və ya bütün ağciyəri əhatə edir.  Nekrozlaşmış parenximada çürüntülü toxuma fraqmentlərinə malik çoxlu sayda boşluqlar formalaşır.
  • 24. PATOFIZIOLOGIYASI  Məhdudlaşma olmadığından çürüntülü parçalanma məhsulları qana sorularaq ağır intoksikasiya, digər orqanların toksiki zədələnməsini törədir və ölümlə nəticələnir.
  • 25. LOKALIZASIYASI  Sağ ağciyərin bronxlarının mənfəzi daha geniş olduğundan, xəstənin arxası üstə uzanıqlı vəzyyətində aspirasion abseslər əsasən sağ ağciyərin yuxarı payının arxa seqmentlərində və aşağı payının yuxarı seqmentində rast gəlinir.
  • 26. KLINIKASI  Klassik ağciyər absesinin klinik gedişində 2 dövr ayırd edilir:  1. Absesin bronxa açılana qədərki dövrü  2. Absesin bronxa açıldıqdan sonrakı dövrü
  • 27. KLINIKASI  Absesin bronxa açılana qədərki dövrünün klinik mənzərəsi:  Bədən hərarətinin kəskin olaraq 38 C-yə və daha artıq yüksəlməsi  Döş qəfəsində ağrılar  Quru və ya az miqdarda bəlğəm ifrazı ilə müşayiət olunan öskürək  Ümumi halsızlıq  Tərləmə  Titrətmə  İştahanın olmaması  Susuzluq
  • 28. KLINIKASI  EÇS yüksək həddə çatır  Qanda hemoqlobinin səviyyəsi enir  Leykoformulada sola meyllik
  • 29. KLINIKASI Absesin bronxa açılmasından sonrakı dövr  Adətən xəstəliyin başlanmasından 2-3 həftə sonra baş verir.  Xəstələr çoxlu miqdarda irin qarışıq «bəlğəm» xaric olduğunu qeyd edirlər  Hərarət və intoksikasiyanın digər əlamətləri tədricən azalır  Leykositoz azalır  EÇS zəifləyir
  • 30. AĞCİYƏR ABSESLƏRİNİN AĞIRLAŞMALARI  1) Plevra boşluğuna açılması və empiema  2) Bronxlara qanaxma və asfiksiya  3) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi  4) Uzaq orqanlarda metastatik abseslərin əmələ gəlməsi
  • 31. DIAQNOSTIKASI Absesin bronxa açılana qədərki dövrü  Perkussiya və auskultasiya zamanı patoloji prosesin lokalizasiyası və həcmindən asılı olaraq müxtəlif dəyişikliklər aşkar edilir  Absesin həcmi böyük və subplevral yerləşdikdə və plevra boşluğuna eksudasiya ilə müşayiət olunan hallarda döş qəfəsinin həmin tərəfində ekskursiyanın məhdudlaşması, perkutor səsin qısalması, tənəffüsün zəifləməsi və bəzən eşidilməməsi müəyyən edilir.  Ağciyərin digər nahiyələrində isə müxtəlif kalibrli quru və yaş xırıltılar eşidilir. Absesin bronxa açılandan sonrakı dövr  Auskultasiyada destruksiya zonasında iri qovuqcuqlu xırıltılar, böyük ölçülü boşluqlar olan hallarda isə amforik tənəffüs eşidilir.
  • 32. DIAQNOSTIKASI  Absesin bronxa açılana qədərki dövründə  Rentgenoloji və KT müayinədə:  Böyük və ya kiçik ölçülü yüksək sıxlığa malik kölgəlik müəyyən edilir.
  • 34. DIAQNOSTIKASI Absesin bronxa açılandan sonrakı dövr  Rentgenoloji və KT müayinədə:  massiv infiltrasiya yerində horizontal maye səviyyəsi olan boşluq aşkar edilir.
  • 36. AĞCIYƏRIN QANQRENASININ KLINIK MƏNZƏRƏSI  Kliniki olaraq daha ağır gedişə malik olur  Çoxlu miqdarda köpüklü və pis qoxulu, “ət suyuna” oxşayan bəlğəm xaric olur  Həmişə kəskin nəzərə çarpan intoksikasiya əlamətləri aşkar edilir
  • 37. AĞCIYƏRIN QANQRENASININ KLINIK MƏNZƏRƏSI  Tənəffüsün, qan dövranının, maddələr mübadiləsinin ağır pozğunluğu meydana çıxır Təngnəfəslik Anemiya Sianoz  Auskultasiyada çoxsaylı müxtəlif kalibrli yaş xırıltılar eşidilir
  • 38. DIAQNOSTIKASI  Rentgenoloji və KT müayinədə  Ağciyərdə hər gün böyüməyə meylli olan böyük ölçülü kölgəlik aşkar edilir.
  • 39. KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI  1. Orqanizmin müqavimətinin artırılması  Gigiyenik rejimə əməl olunması  Qidalanmanın yaxşılaşdırılması  2. Absesin drenləşməsi üçün əlverişli şəraitin yaradılması  Bəlğəmgətirici vasitələrdən istifadə olunması  Bronxlara aerozol şəklində proteolitik və mukolitik preparatların yeridilməsi  Müalicəvi bədən tərbiyəsi və postural drenaj
  • 40. KONSERVATİV MÜALICƏNIN PRINSIPLƏRI  3. Rasional antibakterial terapiya  Həssas və geniş spektrli antibiotiklərin (aminoqlükozidlər, sefalosporinlər) sulfanilamidlər, metronidazolla kombinəolunmuş halda istifadəsi  Antibiotiklərin aerozol şəklində bronxlar vasitəsilə abses boşluğuna yeridilməsi  4. Ürək fəaliyyətinin yaxşılaşdırılması  5. Dezintoksikasion terapiya  6. İmmunmodullaşdırıcı terapiyA
  • 41. ANTİBİOTİKOTERAPİYA Anaerob infeksiyalarda: Clindamycin (bəzi anaeroblar B-laktamaza hasil etdiklərinə görə penisillin qrupu preparatlarına rezistentlik yaranır). Metronidazol Antibiotiklər abses boşluğuna yeridilərkən həssaslıqla yanaşı preparatın turşuluga (pH) davamlılığı da nəzərə alınmalıdır (aminoqlükozidlər) Müasir tövsiyyələrə görə antibiotiklər rentgenoloji dinamika (absesin sorulması, ölçüsünün kiçilərək stabilləşməsi) əldə olunana qədər təyin olunmalıdır.
  • 42. AĞCİYƏR ABSESLƏRİNDƏ CƏRRAHİ MÜALICƏNIN PRINSIPLƏRI  Ağırlaşmamış abseslərdə cərrahi əməliyyat nadir hallarda icra olunur.  Əsas göstərişlər:  Konservativ müalicələrin effekt verməməsi, qanaxma, şişlərə şübhə.  Icra olunan əməliyyatlar:  Abses boşluğunun transtorakal punksiyası  Lobektomiya və ya pnevmoektomiya
  • 43. AĞCİYƏR QANQRENASINDA CƏRRAHİ MÜALICƏ  Prosesin lokalizasiyasından və yayılma dərəcəsindən asılı olaraq:  Lobektomiya və ya Pulmonektomiya