SlideShare una empresa de Scribd logo
1 de 37
Descargar para leer sin conexión
1
XƏNDƏK QAZINTILARINDA
(TRENCHING) SAĞLAMLIQ VƏ
TEXNİKİ TƏHLÜKƏSİZLİK
Bakı-2014
2
1. Xülasə ....................................................................................................... 3
2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar................................................4
3. Təhlükələr....................................................................................................5
3.1 Torpaq uçqunu...........................................................................................6
3.1.1 Torpaq uçqununun səbəbləri.....................................................................8
3.1.2 Torpaq uçqununa qarşı tədbirlər..............................................................17
3.2 Digər təhlükələr və tədbirlər.....................................................................27
4. Nəticə...........................................................................................................36
3
XƏNDƏK QAZINTILARINDA SAĞLAMLIQ
VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK
1.Xülasə
Tikinti sektoru iş qəzalarının ən çox yaşandığı , ölüm və yaralanma hadisələrinin ən çox görüldüyü
sektorların başında gəlməkdədir. Bir çox əlavə sahəsinin olması , edilən işlərin əksəriyyətlə ağır və
müvəqqəti işlər olması , iş saatlarının nizamsız olması , işçilərin ümumiyyətlə təhsilsiz və ixtisassız
olması və iş sahəsinin geniş və dağınıq olması bu nəticənin ortaya çıxma səbəblərindən yalnız
bəziləridir. Gərək maddi istərsə də mənəvi itkilərin minimuma endirilməsi üçün bu işlərlə əlaqədar
təhlükə və risklərin müəyyən edilməsi və buna bağlı olaraq lazımlı tədbirlərin ən qısa müddətdə
alınması şərtdir.
Bu iş, quruluş işlərindən biri olan qazıntıların spesifik bir növü olub ingilizcə 'Trenching' olaraq
adlandırılan 'Xəndək qazıntıları' mövzusudur. Bu cür qazıntılar infrastrukturun tikintisi və təmirində
əhəmiyyətli rol oynayır. Yeri tam olaraq bilinməyən su boru kəmərlərinin və analoji qurğuların
tapılması, təmiri və dəyişdirilməsində, asanlıqla zərər görə bilən magistral qaz boruları, telefon
xəttləri, elektrik kabelləri və kanalizasiyaların aşkar olunmasında və təmirində istifadə edilir.
Dərinliyin eni daha çox olduğu bu cür qazıntılarda bir çox təhlükə söz mövzusudur lakin lazımlı
təhlükəsizlik tədbirləri alındıqda bu təhlükələr və bu təhlükələrin ortaya çıxardığı risklər minimuma
endiriləcək.
4
2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar
Qazıntı: torpağın olduğu yerdən qaldırılması ilə ibarət olan insan istehsalı oyuq, çuxur və ya dəlik.
Xəndək qazıntısı: eni 4.5 metri keçməyən və dərinliyi enindən daha çox olduğu
uzununa müqayisədə dar olan qazıntı.
Kotlavan Xəndək
Şekil 1: Xəndək və kotlavan nümunələri
5
Qazıntı yığını: qazılan sahədən çıxarılan çınqıl, daş və torpaq kimi materiallar.
Torpaq uçqunu: Torpağın qazılan sahəsinin kənarında çöküb boşalması nəticəsində birdən
qazılan yerə doğru ayrılıb sürüşməsi və ya düşməsi.
Dar sahə: Giriş və çıxış üçün məhdud sayda açıqlığın olduğu, havalandırmanın əlverişsiz
və qeyri-kafi olduğu və davamlı bir iş üçün yararlı olmayan sahə.
Torpaq nümunəsi : Lazımlı qoruyucu sistemin hazırlanmasında istifadə etmək üçün nümunə
olaraq alınmış torpaq parçası.
3. Təhlükələr
Xəndək qazıntıları, bir çoxu ani ölümlə nəticələnən qəzalara, ağır zədəyə səbəb olmaqla yanaşı
içində bir çox təhlükələr saxlamaqdadır. Ölümlə nəticələnən qəzalarda ölüm, çökən torpağın
ağırlığı səbəbiylə oksigen yoxluğundan meydana gələn boğulmadan ibarətdir; bir kub metr
torpağın ağırlığı təxmini olaraq bir-bir yarım ton ətrafındadır ki, bu da təxminən bir avtomobil
ağırlığı qədərdir. Bu səbəblə bu əsasdır ki; qazıntı və yeraltı işlərində təhlükə və risklər
qiymətləndirilməli və lazımlı təhlükəsizlik təmin edilməlidir.
Volkswagen 1 m3 torpaq
Şekil 2: 1m3 torpaq və Volkswagen
6
Amerika İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsi (Occupational Safety & Health Administration,
(OSHA)) statistikalarına görə, ölümlə nəticələnən qəzaların 70%-i meydana gələn 'Torpaq
uçqunları' dan qaynaqlanmaqdadır. Meydana gələn qəzalar araşdırıldığında, Torpaq uçqunları %
38'lik bir nisbətlə yenə ən yüksək payı meydana gətirməkdədir. Bu səbəbdən torpaq uçqunları,
ən çox qorxulan və ən böyük ölüm riskini meydana gətirən təhlükələrin başındadır. Torpaq
uçqunlarından əlavə müxtəlif strukturlardan qazıntıya düşmə, düşən yüklər, oksigensiz qalma,
zəhərli qazların tənəffüs edilməsi, elektrik cərəyanına qapılma, partlayış, dar sahə, su yığılması
və ağır / mobil avadanlıqlardan qaynaqlanan müxtəlif təhlükələr də mövcuddur. Qoruyucu
sistemlərin istifadə edilməməsi, bunların kifayət qədər yoxlanmaması və qazıntıya eniş-çıxış
yollarının etibarlı olmaması, yeraltı xidmətlər ilə təmas və yaxındakı strukturlar kimi faktorlar
da bu təhlükələri çoxaltmaqdadır.
Bu təhlükələrin ümumi mənada ortadan qaldırılması üçün, uyğun qəlib sistemlərinin istifadə
edilməsi, lazımlı atmosfer nəzarətinin edilməsi, təhsilli və təcrübəli şəxslərin məlumatına
müraciət, işçilərin kafi dərəcədə öyrədilməsi və qazıntı ediləcək sahədə texniki məlumatların
əlaqədar şəxs və təşkilatlardan alınması lazımdır.
3.1 Torpaq uçqunu
Xəndək qazıntılarında uçqunlar ən böyük riski meydana gətirir və işçi ölümlərinə səbəb olan
qəzaların çoxu uçqunlardan qaynaqlanmaqdadır. Uçqunlar bir anda çox qısa bir müddətdə əlamət
göstərmədən meydana gəlməsi, işçilərin hazırlıqsız tutulmasına və də qazıntını tərk edə biləcək
kafi zamanı tapmamalarına səbəb olmaqda bu da uçqun qəzalarının çox zaman ölümlə
nəticələnməsinə gətirib çıxarmaqdadır. OSHA statistikası da bu məlumatı təsdiqləyir və ümumi
quruluş işləriylə müqayisədə, qazıntılardakı ölüm nisbətinin% 112 nisbətində daha yüksək
olduğunu göstərməkdədir.
Torpaq altında qalan bir işçi üç dəqiqədən daha az bir müddətdə həyatda qalsa belə daxili
orqanlarında ciddi qırılma və əzilmə meydana gəlməkdədir. Ölümlə nəticələnən bu uçqunların
çoxu təhlükəsizlik tədbirləri alınmadan görülən su, qaz, elektrik və kanalizasiya ilə əlaqədar kiçik
və qısa müddətli işlərdə müşahidə olunur.
7
Şekil 3: Xəndək qazıntılarında uçqunlar
Uçqundan əvvəl Qısa bir müddət sonra
Şekil 4: Uçqundan əvvəl və sonra
8
3.1.1 Torpaq uçqunlarının səbəbləri
Xəndək qazıntılarında meydana gelen uçqunların ən büyük səbəbi qazılan xəndəklərin dayanıqsız
və balansız olmasıdır. Halbuki, xəndək qazıntılarında uçqunların qarşısının alınması üçün birinci
növbədə dayanıqlıq təmin olunmalıdır. Buna görə bu cür qazıntıların dayanıqlığına təsir edən
faktorlar araşdırılmalıdır.
Bu faktorların bəziləri bunladır:
 Torpaq növü
 Nəm miqdarı
 Titrəyişlər
 Ağır yüklər
 Yaxındakı mövcud tikililər
 Əvvəlki qazıntılar
 Hava şəraiti
A. Torpaq növü
Torpağın növü, dar kəsikli qazıntı divarlarının müqavimət və dözümlülüyünün müəyyən edilməsi
və bununla bağlı olaraq uçqunlara qarşı lazımlı təhlükəsizlik tədbirlərinin alınması baxımından
bilinməsi lazım olan ən əhəmiyyətli faktordur.
OSHA, torpaq növlərini torpaqların müxtəlif xüsusiyyət və performans analizlərini və də ekoloji
ifşa şərtlərini göz qarşısında saxlayaraq azalan bir dayanıqlılığa görə sinifləndirmiştir. Bu təsnifə
keçmədən əvvəl American Society for Testing Materials (ASTM), standartlarından D653-85 və
D2488'də olan bəzi təriflərin bilinməsi lazımdır. bu təriflər aşağıdakılardır:
Kohezif (yapışqan) torpaq: Bu cür torpaqlar gilli torpaqlar (incə dənəli torpaq) və ya içərisində gil
nisbəti yüksək olan və də yapışqan xüsusiyyətli torpaqlara aid edilir. Kohezif torpaqlarda
xırdalanma söz mövzusu deyil və qazıntılar şaquli bir şəkildə edilə bilər. Nəmli olanda plastik
xüsusiyyət gözə çarpır. Quru ikən isə qırılmaları çətindir.
Plastik: Torpağın deformasiya edilməsinə, həcm dəyişikliyinə icazə verən xüsusiyyəti.
9
Bərkimiş torpaq : Əl ölçüsündə torpağın barmaqlardan tətbiq olunan təzyiqlə toz
halına ya da fərdi torpaq parçalarına ayrılan torpaqdır.
Çartlamış torpaq: Torpağın görünən səthdə açıq
çartların müşahidə olunduğu, aşağı müqavimətə
sahib müəyyən qırılma müstəviləri boyunca qırılma
uyğunluğu olan torpaq növü.
Dənəli torpaq: Bu cür torpaqlar çınqıl, qum, SILT kimi
kobud (iri) dənəli torpaqları ya da içərisində gilin
olmadığı torpaqları ifadə eirr. Bu cür torpaqlarda
yapışqan müqavimət yoxdur və quru olduqlarında
asanca xırdalanır. Bəzi nəmli dənəli torpaqlar
isə kohezyon xüsusiyyəti göstərə bilərlər.
Dəyişdirilmiş torpaq : Qazıntı ilə və ya digər
Şəkil 5: Çartlamış torpaq
yollarla təbii şəraiti dəyişdirilmiş torpaq.
Quru torpaq: İçərisində nəm tərkibi olmayan torpaq
Sərt qaya : Qazıntı zamanı qəzaya məruz qalan
səthlərin şəklinin pozulmadan qaldığı, şaquli olaraq
qazıla bilən təbii, qatı mineral maddələri ifadə edir.
Sərbəst təzyiq müqaviməti : Torpaq nümunələrinin
kənar bir əngəl olmadan tək oxlu bir təzyiq nəticəsində
qırılması nəticəsində olan müqavimət. Laboratoriya
mühitində ya da ərazi üzərində edilən müxtəlif
təcrübələrlə müəyyən edilir
Şəkil 6:Sərbəst təzyiq test cihazı
10
OSHA tərəfindən istifadə olunan və azalan dayanıqlılığa görə sinifləndirilən
torpaq növləri :
 sərt qaya
 A tipli
 B tipli
 C tipli
Sərt qaya: Qazıntı əsasında qazıntıya məruz qalan səthlərin formasının pozulmadan
qaldığı, şaquli olaraq qazılabilən təbii, qatı mineral maddədən ibarətdir.
A tipi : Sərbəst təzyiq müqaviməti 144 kPa ( 1Pa = 1N/m2 ) və ya daha çox olduğu yapışqan
torpaqlardır. Bu cür torpaqlara gil , lilli gil , qumlu gil , gil palçığı bəzi hallarda isə lilli gil palçığı
və qumlu gil palçığı nümunə olaraq verilə bilər. Sərt təbəqələr və bərkimiş torpaqlar da A tipində
iştirak edirlər. Lakin əgər torpaqlar:
(i ) Çartlamışsa ,
( ii) Torpaq , daimi nəqliyyat , sıvay vurma ya da bənzər təsirlərdən əmələ gələn titrəmələrə
məruz qalmış isə ,
( iii) Əvvəldən forması dəyişmiş isə ,
( iv) Torpaq , təbəqələrin qazıntıda dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha az
mailliyi olduğu , laylı bir sistemin parçasıysa ,
(v) Torpaq materialı , daha az dayanıqlı bir material olaraq sinifləndirilmisini
tələb edən faktorlara məruz qalarsa ,
bu vəziyyətdə torpaq A tipli olaraq qiymətləndirilə bilməz.
B tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa ' dan yüksək və 144 kPA'dan isə daha aşağı
oldugu kohezif(yapışqan) torpaqlardır. Dənəli kohezyonsuz torpaqlar: bucaqlı çınqılı ( qırma daşa
bənzəyən ) , LİL , LİL palçığı , qumlu palçıq bəzi hallarda isə lilli gil palçığı və qumlu gil
palçığı B tipidir. C tipli torpaq sinifinin xaricində qalan daha əvvəldən forması dəyişdirilmiş
torpaqlar , A tipindəki sərbəst təzyiq müqaviməti qiymətlərinə uyğun lakin titrəmələrə məruz
qalmış və ya çartlamış və ya dayanıqlı olmayan quru qayaçıqlar da B tipli torpaq olaraq
qiymətləndirilir.
C tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa və ya daha aşağı olduğu kohezif(yapışqan)
torpaqlardır.
11
Ayrıca :
(i ) Çınqıl , qum və palçıqlı qumdan ibarət dənəli torpaqlar ,
( ii) Batıq torpaqlar ya da suyun sərbəst sızdığı torpaqlar ,
( iii) Davamlı olmayan batıq torpaqlar ,
( iv) təbəqələri qazıntıya dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha dik oldugu
Maili , laylı bir sistemdəki hissəciklər də C tipli torpaq olaraq qəbul edilir. Torpaq növlərinin
ayırd edilməsi mütəxəssis bir nəfər tərəfindən yuxarıda göstərilən xüsusiyyətlər nəzərə alınmaqla
sərt qaya , A tipli , B tipli və ya C tipli torpaq növlərindən biri olacaq şəkildə sinifləndirilməlidir.
Bu seçimin edilə bilməsi üçün mütəxəssis kəslər tərəfindən edilmiş ən
az bir vizual və yenə ən az bir manual analizin nəticələri lazımdır. Laylı sistemlər söz
mövzusu oldugunda isə ən zəif təbəqə göz önünə alınmalıdır. Ayırd edilən bir torpağın
sinifləndirilməsinə təsir edən xüsusiyyətlər , faktorlar və şərtlər hər hansı bir şəkildə
dəyişirsə , seçiş mütəxəssis tərəfindən təkrar edilməlidir.
Vizual və Manual Testlər
1) Vizual Testler
Vizual analizlər ümumi etibarilə qazıntı sahəsindən, qazıntının yanındakı torpaqdan, açıq
qazıntının kənarlarını təşkil edən torpaqdan və qazılmış torpaqdan alınan nümunənin keyfiyyət
məlumatların toplanması şəklində həyata keçirilir. Bu analizdə diqqət edilənlər bunlardır:
--- Qazılan torpaq və qazıntı kənarlarındakı torpaq araşdırılarkən torpaq parçacıqlarının
ölçüləri və bir-birlərinə görə miqdarları qiymətləndirilər. Əgər torpaq əsası etibarilə
xırdadənəli hissəciklərdən ibarətdir, hissəcik kohezifdir. Kobud dənəli qum və ya çınqıldan
meydana gəlirsə dənəli torpaqdır.
--- Torpaq qazılarkən araşdırılır. Əgər torpaq bir yığın şəklində bir yerdə qalırsa bu kohezif
olduğuna işarədir, lakin torpaq asanca parçalara ayrılırsa və bir yığın meydana gəlmirsə bu
dənəli torpaq olduğunu göstərir.
--- Açılmış qazıntının kənarları və qazıntının yanındakı torpağın səthinin sahəsi araşdırılır.
Gərilmə çartları kimi çarta bənzər açılmalar çartlı torpağ xüsusiyyətinə işarədir. Torpaq
parçaları şaquli kənardan parçalansa, torpaq çartlı torpaq ola bilər. Kiçik parçalanmalar hərəkət
edən bir sürüşmənin dəlili və olabiləcək bir təhlükəli vəziyyətin əlamətidir.
12
--- Qazıntının yanındakı sahəni və qazıntının özünü yeraltı xidmətləri və digər yeraltı
strukturlara aid bir iz olub olmadığını görmək və əvvəldən şəkli dəyişdirilmiş bir torpağı aşkar
etmək üçün araşdırılmalıdır.
--- Laylı sistemləri təyin etmək məqsədiylə qazıntının açılmış kənarını araşdırılmalı, laylı
sistemlərdə lay eyilmələrinin qazıntıya doğru olub olmadığına nəzarət edilməli və əyilmə
dərəcəsi təxmin edilməlidir.
--- Yerüstü suları, qazıntının kənarlarından sızan sularla ya da yeraltı su səviyyəsiylə əlaqədar
tapıntı tapmaq üçün qazıntının kənarındakı sahə və açılmış qazıntının kənarları
araşdırılmalıdır.
--- Qazıntının yanındakı sahə və içindəki sahə qazıntı üzünün dayanıqlılığına təsir edən
titrəmə qaynaqlarını tapmaq üçün araşdırılmalıdır.
2) Manual Testler
Torpaq nümunələrinin Manual analizi torpağın keyfiyyət xüsusiyyətlərinin kəmiyyət
xüsusiyyətlərinin müəyyən edilməsi və torpağın uyğun bir şəkildə təsnifatı məqsədiylə daha çox
məlumatın təmin edilməsi üçün istifadə edilər.
--- Plastiklik (və ya ribbon testi): Nəmli və ya yaş bir torpaq nümunəsi yumru bir top halına
gətirilər və daha sonra yuvarlanaraq mümkün ola bildiyincə incə (~ 3mm) bir iplik halına çevrilir.
Kohezif olan hissəciklər xırdalanma olmadan müvəffəqiyyətlə iplik halına gətirilə bilər. Məsələn,
50 mm uzunluğunda və 3mm qalınlığında bir ip bir əldə dağılmadan tutulabilirsə, torpaq kohezif
(yapışqan) deməkdir.
13
Şəkil 7: Ribbon testi
---Quru Muqavimət
• Əgər torpaq qurudursa və özbaşına ya da orta dərəcəli bir təzyiqdə fərdi dənəciklərə və ya
incə tozlara ayrılırsa, torpaq dənəlidir (çınqıl, qum və ya s).
• Əgər torpaq qurudursa və ayrılmalara bölünürsər və o ayrılmalarda daha kiçik hissəciklər
ayrılır lakin bu kiçik kütlələr çətinliklə qırılırsa, torpaq çınqıl, qum və ya gil ola bilər.
• Əgər quru torpaq daha kiçik hissəciklərə ayrılmayan hissələrə bölünəbilirsə və bu hissəciklər
çətinliklə qırılırsa və torpağın çartlı olduğuna dair vizual bir əlamət yoxsa, torpaq çartlı
olaraq düşünülə bilər.
---Başbarmak Basmaq
Bu test, kohezif(yapışqan) torpaqların sərbəst təzyiq müqavimətini təyin etmək üçün istifadə
olunur. 144 kPa sərbəst təzyiq müqavimətinə sahib A tipi torpaqlar baş barmaqla asanca
çökdürülə bilər lakin yalnız çox yüksək bir qüvvə tətbiq etməklə bu hal reallaşar.
14
B tipli torpaqlarda yalnız baş barmaq dırnağı içəri girə bilər.
48 kPa sərbəst təzyiq muqavimətinə sahib C tipi torpaqlar isə baş barmaq tərəfindən asanlıqla 3-4
sm çökrtürülə bilər. Yüngül bir barmaq təzyiqiylə şəkil verilə bilər. Bu test şəkli dəyişdirilmiş
torpaq növlərində tətbiq olunmalıdır.
---Diğər müqavimət testləri
Sərbəst təzyiq müqavimət qiymətlərinin təyinində cib penetrometri (pocket penetrometer) istifadəsi
və ya eyni zamanda torpaq kohezyonunun müəyyən olunması üçün əllə işlədilən kəsmə vanası
(Shearvane) testi istifadə edilə bilər.
B.Nəm miqdarı
Torpaqdakı rütubət miqdarının torpağın müqaviməti üzərində böyük bir təsiri vardır. Xəndək
qazıntılarında, açılan bu qazıntının kənarları havaya məruz qalır. Torpağın nəm miqdarı çox
sürətli bir şəkildə dəyişməyə başlayır və divarların müqaviməti təsirə məruz qalır. Bir qazıntı nə
qədər uzun müddət havaya açıq qalarsa, çökmə riski də o qədər artar.
Şəkil 8:Nəm miqdarı dayanıqlılığatəsir edər, xüsusilə də ağır bir yağış olarsa
C.Titrəyişlər
Müxtəlif mənbələrdən gələn titrəmələr xəndəyin dayanıqlılığına təsir edə bilər. Xəndəyin divarları
ümumiyyətlə nəqliyyat vasitələri və ya ağır texnikalar, sıxılma, paya çaxma və partlayış kimi inşaat
işlərindən qaynaqlanan titrəşmələrə məruz qalmaqla və bu titrəmələr də xəndəyin divarlarının
yıxılmasına gətirib çıxardır.
15
D.Ağır Yüklər
Ağır yük, xndəyin dayanıqlılığına təsir edən həddindən artıq yük ya da ağırlıqdır. xəndəyin
yanına yığılan qazılmış torpaq, qazıntı divarlarına təzyiq tətbiq edə bilər. Buna görə qazılmış
torpağ yığınlarının yerləşdirilməsi əhəmiyyətlidir. Qazılmış torpağ yığınlarının mümkün
olduğunca xəndəyin kənarından uzaq tutulması lazımdır.
Ayrıca xəndəyin yanında tutulan mobil avadanlıq və digər vəsitələr də qazıntının
dayanıqlılığına təsir edəcək miqdarda ağır yük meydana gətirirlər.
Şəkil 9:Ağır yüklər, xəndəyin divarlarına təzyiq tətbiq edir.
Şıkil 10:Dərin xəndəklərdə qazılmış torpağ yığını daha uzaqda olmalıdır.
16
Şəkil 11,12:Yığınlar qazıntıdan uzaqda olmalıdır.
E.Yaxındakı mövcud tikililər
Qazıntıların və xəndək qazıntılarının çoxunda ağır yüklərin, torpaq şəraitində dəyişikliklərin və
digər pozulmaların çökmələrə səbəb ola biləcəyi qırılma bölgəsi var. Qazıntı və ya xəndək
qazıntısına bitişik olan bir çökmə ilə qarşılaşmaq mümkündür.
Şekil 13: Təməllər plombla əhatəlidirlər və xəndəyin divarına ağır yük təzyiqi tətbiq
edirlər.
17
F. Əvvəlki qazıntılar
Yeraltı xidmətlərə aid olan və yeni xəndəyi kəsən ya da paralel olan köhnə xəndəklər
dözümlülüyə və müqavimətə təsir edirlər. Köhnə xəndəklərin ətrafındakı torpaqlar dayanıqsızdır
və bu da çökmələrə səbəb ola bilər.
Şəkil 14: Yeraltı xidmətlərə aid köhnə xəndəklər plomb torpağı ilə əhatə olunur lakin bu
plomb şəkli dəyişdirilmiş torpağa görə daha az dayanıqlıdır.
G. Hava şəraiti.
Yağış, əriyən qar, torpağın həll olması, çaylardan, və kanalizasiyadan daşan sular torpaq
strukturunun dəyişməsinə səbəb olur. Strukturu dəyişmiş olan torpaqlar da çökmə əmələ gətirə
bilir.
3.1.2 Torpaq uçqununa qarşı alınan tədbirlər.
OSHA standartlarına görə hər bir işçi çökmə təhlükəsinə qarşı uyğun qoruyucu vasitələrlə
qorunmalıdır. Qoruyucu vasitələrin lazımlı olmadığı iki dənə istisna vardır:
! Xəndək tamamən sərt qaya üzərində edilirsə,
! Xəndəyin dərinliyi 1,5 metrdən az və mütəxəssis bir adam olabiləcək bir uçqun
təhlükəsinə dair işarə olmadığını bildirərsə.
OSHA tərəfindən qəbul edilən 3 fərqli qoruyucu sistem növü var:
 Maili ya da pilləli sistem
 İksa (dəstəkli) sistem
 Qalxanlı sistem
18
Maili sistem: Bu sistem, işçilərin qorunması məqsədilə qazıntı kənarlarının qazıntıdan uzağa doğru
yığıldığı sistemdir.
Şəkil 15:Maili sistem
Pilləli sistem: İşçilərin qorunması məqsədilə qazıntı kənarlarının bir və ya birdən çox səviyyə və
ya pillələrə ayrıldığı və bu pillələr arasındakı üzlərin ümumiyyətlə dik və ya dike yaxın olduğu
sistemdir. Bu sistem C tipi torpaqlarda istifadə edilməməkdədir.
İksa (dəstəkli) sistem: Qazıntı kənarlarının dəstəkləndiyi hidravlik, mexaniki metal və
ya taxta strukturlardan ibarət olan sistemdir.
Qalxanlı sistem: Çökmə tərəfindən tətbiq olunan qüvvələri tutacaq şəkildə professional
mühəndislər tərəfindən dizayn edilmiş və içində olan işçini qoruyan qazıntı qutusu kimi
strukturların istifadə sistemdir. Bu qalxanlar yerləşdirilə ya da qazıntı qutusu kimi daşına bilər.
19
Qazıntı qutusu
Pilləli və dəstəkli qazıntının yan kəsiyi
Şəkil 16 : Dəstəkli və qalxanlı qazıntı nümunələri
Qoruyucu sistemlərin layihələndirilməsində diqqətə alınmalıdır torpaq növü, qazıntı dərinliyi,
torpaqdakı su miqdarı, hava və iqlim dəyişiklikləri, əlavə yüklər, titrəmələr və qazıntı sahəsindəki
digər işlər kimi bir çox faktorlar. Xəndəyin dərinliyinin 6.1 metri keçdiyi qazıntılar professional
mühəndislər tərəfindən və ya bu mühəndislər tərəfindən hazırlanmış və ya təsdiq edilmiş cədvəl
halındakı məlumatlara əsaslanaraq tərtib olunmalıdır.
OSHA standartı qoruyucu sistem dizaynında aşağıdakı metod və yanaşmaları mənimsəməkdədir:
Metod 1: Qazıntı kənarlarına 1,5 H: 1V nisbətindən daha dik olmayacaq şəkildə maillik verilir.
Məsələn, hər 1 metr dərinlikdə qazıntıda, 1,5 metrlik qazıntıdan uzaqlaşmaq lazımdır. 20 fit
(6.1m) və daha az dərinlikdəki qazıntı mailliyi 1,5 H: 1V maksimum qəbul edilə bilər. Bu maillik
OSHA standartında göstərilən C tipi torpaqlarla əlaqədar maillikdə istifadə edilməlidir. Bu
maillik və bundan daha az nisbətdəki mailliklər hər tip torpaq üçün təhlükəsizdir.
20
Şəkil 17:C tipli torpaqlarda qazılan xəndəklər
Metod 2: Qazıntını layihələndirmək üçün professional mühəndislər tərəfindən təsdiqlənmiş
cədvəl və qrafiklərdən ibarət məlumatlar toplusu, naviqasiya. Bu məlumatlar yazılı şəkildə olmalı
və içərisində lazımlı şərhləri, seçim səbəbləri və məlumatların istifadəsində məhdudiyyətlər
olmalıdır.
Metod 3: Professional mühəndislər tərəfindən təsdiqlənmiş və ya bu mühəndislər tərəfindən
hazırlanmış və təsdiq edilmiş cədvəl halındakı məlumatlara əsaslanan qazıntı qutusu ya da qazıntı
qalxanı naviqasiyası. Taxta, alüminium və ya digər materiallar istifadə edilə bilər.
Şəkil 18 : Qərar vermə sxemi
OSHA standartlarına görə maksimum qəbul edilə bilən mailliklər və müxtəlif torpaq tipləri üçün
tətbiq olunan qazıntı maillikləri aşağıdakı kimidir:
21
Qaya vəya torpaq növü 6.1 metrdən daha az derinlikdə qazıntılarda maksimum
qəbul edilə bilən mailliklər (H:V)
Sərt qaya Şaquli (90 dərəcə)
A tipli 3/4:1(53 dərəcə)
B tipli 1:1(45 dərəcə)
C tipli 1,5:1(34 dərəcə)
Cədvəl 1:Fərqli torpaq tipləri üçün maksimum qəbul edilə bilən mailliklər
6.1 metrdən daha dərin maili və ya pilləli qazıntılar professional mühəndislər tərəfindən
dizayn edilməlidir.
12 fit (3.7m) və daha az derinlikdəki A tipli torpaqdakı qısa müddətli qazıntılarda maillik
1/2H:1V maksimum qəbul edilə bilər.
3.7 metrdən daha dərin qazıntılarda isə maillik 3/4:1(53 derece) maksimum qəbul edilə bilər.
A tipli torpaqlarda qazıntılar
Maillik
6,1 metr ve ya daha az dərinlikdəki bütün qazıntılarda maillik 3/4:1 maksimum qəbul edilir.
Mak.3.7m
Mak. 6.1m Ümumi maillik
nisbəti Qısa müddətli,
24 saat vəya
daha az.
22
Şekil 19: A tipi topraklarda eğimli kazı
Şəkil 20,21:Maili xəndək qazıntıları
Pilləli
6,1 metr vəya daha az dərinlikdəki bütün pilləli qazıntılarda maillik 3/4:1 maksimum
qəbul edilir və pilləkən ölçüləri aşağıdakı kimidir:
Sadə pilləli Çox pilləli
Şəkil 22 : A tipli torpaqlarda pilləli qazıntılar
23
Şəkil 23: Pilləli qazıntı
Dəstəksiz şaquli kənarlara sahib 2,4 metr və ya daha az dərinlikdəki bütün xəndək
qazıntılarında dib hissədəki kənarların şaquli uzunluğu maksimum 3,5 fit (1,05 m) olmalıdır.
6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissələri dəstəkli və ya
qalxanlı olan bütün xəndək qazıntılarında maillik 3/4:1 maksimum qəbul edilir və bu dəstək
və ya qalxan şaquli kənarın üstündən ən az 45 sm yuxarıya çıxmalıdır.
Dəstəksiz şaquli Dəstəksiz şaquli
kənarlı dib hissə, kənarlı dib hissə, Dəstəkli ya da qalxanlı
Mak. dərinlik 2.4m Mak. dərinlik 3.6 m şaquli kənarlı dib hissə
Şəkil 24: A tipli torpaqlarda dəstəkli/dəstəksiz vəya qalxanlı qazıntı
24
Şekil 25:Qalxanlı xəndək qazıntısı
B tipli torpaqlarda qazıntılar
Maillik
6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1:1 maksimum qəbul
edilir.
Şəkil 26: B tipli torpaqlarda maili
xəndək
25
Pilləli
6,1 metr və ya daha az dərinlikədki bütün pilləli xəndəklərdə maillik 1:1 maksimum qəbul
edilir və pilləkən ölçüləri aşağıdakı kimidir
Bu pilləkənə ancaq yapışqan
torpaqlarda icazə verilir.
Bu pilləkənə ancaq yapışqan
torpaqlarda icazə verilir.
Şekil 27 : B tipli torpaqlarda pilləli qazıntı
6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün
xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə dəstəklənəcək
və ya qalxanlanacaq və bu qazıntılarda maillik 1:1 maksimum qəbul edilməlidir.
Şəkil 28:Şaquli kənarlı dib hissəsi olan xəndək
26
C tipli torpaqlarda qazıntılar
Maillik
6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1,5:1maksimum
qəbul edilir.
Şəkil 29 : C tipli torpaqlarda maili qazıntılar
Kademeli sistem C tipi topraklarda uygulanmamaktadır.
6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün
xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə
dəstəklənməli və ya qalxanlanmalı və bu qazıntılarda maillik 1,5:1 maksimum qəbul edilir.
Şəkil 30: Şaquli kənarlı dib hissəsi olan xəndək qazıntısı
27
3.2 Digər Təhlükələr və Tədbirlər
Xəndək qazıntılarında ən büyük təhlükəni çökmələr əmələ gətirir. Çökmələrdən əlavə ciddi
yaralanmalara ve ölümlərə səbəb olabiləcək bir çöx təhlükələr mövcuddur. Bu təhlükələrdən
bəziləri bunlardır:
! İşçilərin qazıntıya düşməsi
! İşçilərin üzərine düşən yüklər
! Təhlükəli atmosfer (Duman,oksigen çatışmamazlığı,zəhərli,yanan və partlayıcı qazlar)
! Yeraltı komnukasiyalar və üstdən keçən elektrik xətləri ilə təmas
! Avtomobillər, ağır ve mobil mexanizmlər
! Dar hissə
! Qazıntıya giriş ve çıxışlar
! Su yığışması
! Materialların səhv və uyğunsuz istifadəsi
! Yığılmış və atılmış materiallardan olan məsafə
! Torpaqdakı kabellər və kəsici, ağır materiallar
Göründüyü kimi xəndək qazıntılarında bir çox təhlükələr var. Buna görə, etibarlı bir qazıntı
çalışması üçün əvvəlcə xəndək qazıntınsının hər bir mərhələsinin mütəxəssis bir adam tərəfindən
nəzarət edilməli və mütəxəssis adamın işçilərlə əməkdaşlıq halında onlara lazımlı təhlükəsizlik
təlimatlarını verməsi lazımdır.
İki metrdən daha dərin olan xəndək qazıntılarında işçilərin düşmələrinin qarşısının alınması üçün
işlənilən sahənin ətrafına kifayət qədər möhkəm baryerlərdən istifadə edilməlidir. Insanların sıx
olduğu açıq yerlərdə isə bu əməliyyat dərinlik qoyulmadan edilməlidir. Daha diqqət çəkici olması
üçün parlaq rəngdəki baryerlər, müxtəlif işarələr istifadə edilməlidir.
28
Şəkil 31: Xəndək qazıntılarının kənarlarında baryerlər yerləşdirilməlidir..
Qazıntıya yuvarlanan və ya düşmə riski olan materiallar və avadanlıqlar qazıntı kənarlarından ən
az 0,6 metr uzaqlıqda saxlanılmalı və ya lazımlı desteklerle tutulmalı və ya hər ikisi birlikdə
edilməlidir. Nəqliyyat və yük maşınları isə baryerlər, xəbərdarlıq işarələri və siqnallardan istifadə
etməklə daha çox uzaqda tutulmalıdır. Nəqliyyatın xəndəyə torpaq boşaltdığı vəziyyətlərdə,
nəqliyyatın tekerleklerinin arxasına möhkəmləndirici yerləşdirilməlidir.
Şəkil 32: Qazılmış torpaq yığını xəndəkdən lazimi məsafədə olmalıdır.
29
Şəkil 33: Maşın boşaldılarkən möhkəmləndiricidən istifadə
olunmalıdır.
Düşən cisimlərə diqqət yetirilməli və bu məqsədlə Dəbilqə və qoruyucu ayaqqabı kimi uyğun
fərdi mühafizə vasitələrindən istifadə edilməlidir. Əlcək, qulaq qoruyucu və yüksək
görüntüsü olan paltarların istifadəsinə də diqqət yetirilməlidir. Ayrıca işçilər qazıntı
maşınının yanında işləməməlidirlər və qaldırıcı mexanizmin qaldırdığı yüklər və asma yük
altında dayanmamalıdırlar.
Mütəxəssis bir adam dərinliyi 1,2 metri keçən və ya oksigen çatışmamazlığı olan və ya təhlükəli
atmosferin olduğu xəndəkdə, işçi qazıntıya girmədən əvvəl test etməlidir. Təhlükəli atmosferlər,
qazıntı yaxınında zibil sahəsinin olması və təhlükəli maddələrin qazıntıya yaxın bir yerdə
yığılması səbəbindən meydana gələ bilər. Ayrıca oksigenin % 19,5 ' dan az və % 23,5 ' dan çox
olduğu mühitlər , yanar qaz konsentrasiyasının aşağı alovlanma limitinin % 20ində çox olduğu
hallar və konsentrasiyaların limit qiymətlərini keçən təhlükəli maddələr də təhlükəli atmosfer
mühitidir. Təhlükəli bir mühitlə qarşılaşılması vəziyyətində işçinin bura girməsinə icazə
verilməməli , uyğun ventilyasiya təmin edilməli və işçi lazımlı tənəffüs qoruyucu sistemlərini
aldıqdan sonra qazıntıya girməlidir. Ayrıca bu qazıntılarda mühit nizamlı bir şəkildə test və
nəzarət edilməlidir. Bu testlər, əgər xəndəyin içində işləyən bir vasitə varsa və qaynaq , kəsmə ,
yandırma kimi əməliyyatlar edilirsə tez-tez aparılmalı , təcili vəziyyətə qarşı hər cür sağlamlıq
və təhlükəsizlik tədbirləri alınmalıdır .
30
Yeraltı koomnukasiyalar və üstdən keçən elektrik xəttləri də işçilər üçün böyük təhlükə
meydana gətirməkdədir. Qazıntı maşınlarıyla ediləcək hər cür qazıntıdan əvvəl qazıntı
edilən yerdə elektrik kabelləri, su boruları, qaz boruları, telefon xəttləri və kanalizasiya xətti
ola biləcəyi düşünülməlidir.
Qazıntıya başlamazdan əvvəl, yeraltı koomnukasiyalar ilə əlaqədar qurum və təşkilatlara müraciət
edilməli və bu koomnukasiyaların yerləriylə əlaqədar bütün məlumat və cizgilərin işə
başlanmadan əvvəl almalı, ayrıca qazıntı ediləcək yerdə həmin koomnukasiya xətlərinin
səlahiyyətli nümayyəndələrinin iştirakı vacibdir. Yeraltı koomnukasiyalara dair bir iz olub
olmadığını bilmək üçün vizual olaraq da araşdırılmalıdır. Lakin alınan bu məlumatlar, aradan
uzun illər keçməsi, qazıntı yerində çox iş edilmiş olması kimi səbəblərdən ötəri ehtimalla tam bir
qətilik vermədiyindən yeraltı koomnukasiyaların yerlərinin müəyyənləşdirilməsində uyğun yer
axtarış cihazlarından istifadə edilməli və bu cihazların istifadəsi lazımlı təhsil almış şəxslər
tərəfindən aparılmalıdır..
Yerləri müəyyənləşdirilən koomnukasiya xəttləri boyunca uyğun qeydlər, etiketlər payalar,
bayraqlar və ya boya işarələriylə göstərilməlidir. Ayrıca bu koomnukasiyaların mühafizə
zolaqında olan qazıntı yerlərində qazıntı maşınlarından istifadə edilməməli, izolyasiya
alətlərlərindən istifadə edilərək əllə qazıntı aparılmalıdır.
Şəkil 34:Qazıntıdan əvvəl yeraltı koomnukasiya xətləri aşkar edilməlidir.
Bir işçi tərəfindən zədələnən elektrik kabeli, bütün işçilərin elektrik şokuna məruz qalmasına,
yaxındakı qaz xəttlərində bir zədə olması vəziyyətində də ciddi yanğın və partlamalara
31
səbəb olur. Buna görə bu kabellər kabel axtarış cihazlarından istifadə edilməklə aşkar edilməli,
aşkarlanmış kabellər uyğun bir şəkildə xəttləri boyunca göstərilməlidir. Ayrıca basdırılmış
kabellərin yerləri haqqında bir işarə tapmaq məqsədiylə ətrafda olan yol işarələrinə, küçə
lampalarına da diqqət yetirilməlidir.
Elektrik kabelləri kimi qaz xəttləri də ciddi yanğınlara və böyük partlamalara səbəb olmaqdadır.
Buna görə bu xəttlərə diqqət yetirilməli, qaz borularına yarım metrdən daha az yaxınlıqda qazıntı
maşınlarından istifadə edilməməlidir. Qaz sızıntısı hiss edildiyi halında dərhal əlaqədar
təşkilatlara xəbər verilməli, işçilərin sürətli bir şəkildə xəndəyə qazın yığılması ehtimalına qarşı
boşaldılması təmin edilməlidir. Ayrıca alışmaya səbəb ola biləcək işləyən mexanizm, matorlu
kimi cihazlar da dərhal dayandırılmalıdır.
Su xəttlərində meydana gələn bir zədə yarılan borudan su şırnağının çıxmasına, xəndəyin suyla
dolması səbəbindən işçilərin boğulmasına, digər yeraltı koomnukasiya xətlərinin zərər görməsinə
və zəifləyən qazıntı kənarlarından çökmələrin meydana gəlməsinə səbəb olmaqdadır.
Kanalizasiyalarda isə təzyiqli bir axıntıdan çox ağırlıq qüvvəsindən əmələ gələn bir axıntı söz
mövzusu olduğu üçün bu koomnukasiyalara zərər vurulması vəziyyətində qarşılaşılacaq təhlükə
çirklilikdir.
Elektrik, qaz, su və kanalizasiyadan qaynaqlanan təhlükələrin xaricində ayrıca azot, arqon kimi
müxtəlif qazların, zəhərli və yanıcı mayelərin daşındığı borular və də zədə riski aşağı olsa da
telekommunikasiya xətlərinin meydana gətirdiyi təhlükələr də mövcuddur.
Hava elektrik xəttləri kran və digər uzun avadanlıq üçün böyük bir təhlükə meydana
gətirməkdədir. Əgər mümkünsə bu xətlərin altında işləməyi dayandırmalı və ya xəttlərdən keçən
cərəyan dayandırılmalıdır. Bunlar da mümkün deyilsə operator, avadanlıqlarla elektrik xəttləri
arasında olması lazım olan minimum məsafələrə diqqət yetirməlidir. Infrastruktur işlərində
sağlamlıq və təhlükəsizlik birliyi (Infrastructure Health & Safety Association (IHSA))
minimum məsafə elektrik xəttlərində olan gərginlik qiymətlərinə görə sinifləndirmiştir.
Bu məsafələr:
Cədvəl 2:İş mexanizmləri ilə xətlər arasında lazım olan minimum məsafələr
Elektrik xəttinin gərginliyi, volt Minimum məsafə
750 voltdan artıq,150 000’dən az 3 metr
150000 voltdan artıq, 250000’dən az 4.5 metr
250000 voltdan artıq 6 metr
32
Tədbirlərə baxmayaraq, avadanlıq elektrik xəttləri ilə təmasa keçmişsə, operator bu tədbirləri
almalıdır:
./ Kabinada qalmalı, kabinaya və torpağa eyni anda toxunmamalıdır. Torpaqla təmas
halındakı hər hansı bir şeyə toxunmaq ölümcül ola bilər.
./ Köməkçi avadanlığı istifadə edən işçilər də o avdanlıqda qalmalı, onlar da torpaq və
avadanlığa eyni anda təmasdan qaçmalıdırlar.
./ Digər kəsləri avadanlıqdan uzaq tutmalı onları avadanlığın hər hansı bir parçasına
toxunmamaları mövzusunda xəbərdar etməli.
./ Elektrik xəttində cərəyanın dayandırılması üçün əlaqədar təşkilata zəng edilməsi təmin
edilməlidir.
./ Mümkünsə, maşında qalmaqla maşını hərəkət etdirərək təması kəsməyə cəhd etmək.
./ Əgər təması kəsmək mümkün deyilsə, elektrik xəttində cərəyan kəsilənə qədər (maşın
üstündə qalaraq) maşını hərəkət etdirməməli.
./ Əgər yanğın kimi təcili bir vəziyyət maşını tərk etməyə məcbur etsə, ayaqları bitişik bir
şəkildə tullanmaq lazımdır. Əgər eyni anda, bədənin bir qisimi torpaqla digər qismi də
maşınla təmas halında olsa, cərəyan bədənə keçəcək.
./ Heç vaxt yerdə addım atmamalı və kiçik addımlarla ayaqlarını sürüyərək uzaqlaşmalı.
Böyük addımlar atmamalı. Torpaqdakı gərginlik fərqindən ötəri, bir ayaq digərinə
nisbətən daha yüksək bir gərginlik sahəsində ola bilər və bu fərq insanı öldürə bilər.
Ayrıca bir qəza olarsa, cərəyanvuran və cərəyanvuranla təmas halında olan hər hansı bir şeyə
heç vaxt toxunmamalı. Mümkünsə təmas kəsilməli, quru bir taxta, rezin yada quru bir
polipropilen ip vasitəsiylə yaralı və ya xətt çəkilməlidir. Dərhal təcili yardıma zəng etməli,
cərəyan təması kesilmişsə ilk yardım tətbiq olunmalıdır.
33
Şəkil 35:Hava elektrik xətləri qazma mexanizmlərinə təhlükə törədir.
Xəndək qazıntılarının giriş və çıxışları, xüsusilə təcili bir vəziyyət olduğunda işçilərin etibarlı
bir şəkildə qaçmalarını təmin etməlidir. OSHA standartlarına görə 1.2 metr və ya daha dərin
xəndəklərdə təhlükəsizlik giriş və çıxışlar təmin edilməli, nərdivanlar, pillələr və ya digər
avadanlıqlar saxlanılmalı, bunların işçilərə ən çox 7.6 metrlik bir yaxınlıqda olması təmin
edilməlidir. Ayrıca qazıntıda olan nərdivanlar qazıntının 90 sm üzərinə çıxmalıdır.
Təhlükəsizlik giriş və çıxışlarda istifadə edilən bu avadanlıq möhkəm bir şəkildə montaj
edilməli və işçi üçün yeni bir təhlükə əmələ gətirməməlidir.
34
Şəkil 36:Nərdivanlar qazıntının üzərinə çıxmalıdır.
Ekskavatorlar, ağır və mobil avadanlıqların operatorları yerdəki insanların yaralanmasına və
ölümünə səbəb olur. Bu maşınlarla iş əsnasında uyğun əl işarələrindən istifadə edilməli, bu
maşınlara minilib düşülərkən 3 nöqtə təması qaydasına diqqət yetirilməlidir. Ayrıca bu
avadanlıqların səsli xəbərdarlıq sistemləri olmalı və yaxınına səlahiyyətli olanlardan başqa heç
kim yaxınlaşmamalıdır. Səlahiyyətli olanlar isə operator tərəfindən görülebiləcək, maşına uyğun
bir uzaqlıqda olmalıdırlar.
Şəkil 37: Texnikalara minilib düşülərkən 3 nöqtə təmas qaydasına diqqət
verilməlidir.
Xəndəyə su yığılması və xəndəkdəki durğun su qazıntı kənarlarını zəiflədir və təhlükəli bir
vəziyyət meydana gətirdiyindən işçilərin qaçmasını çətinləşdirir. OSHA standartları
xəndəklərdə su yığılması ya da toplanması görüldüyü hallarda əgər kafi mühafizə yoxsa ,
işçilərin bu xəndəklərdə işini qadağan edir.
35
Ayrıca OSHA standartları xəndəyə su girişinin qarşısının alınması üçün müxtəlif baryerlərin və
su yollarının açılmasını tələb edir. Əgər işçilər qazıntıda işləyəcəklərsə , əlavə yüklər üçün
xüsusi dəstək və qalxan sistemləri layihələndirilməli , mütəxəssis nəzarətində su boşaltma
avadanlıqlarından istifadə edilməli , səth sularının istiqamətlərini xəndəyə su girişinə maneə
törədəcək şəkildə başqa istiqamətlərə çevrilməli , hər güclü yağışdan sonra, işçilər xəndəyə
təkrar girmədən əvvəl xəndəyə mütəxəssis tərəfindən nəzarət edilməlidir.
36
4. Nəticə
Qazıntı işlərinin ölüm və yaralanmalarla müşahidə olunan tikinti quruculuq sektorunun ən
təhlükəli qollarından biri olduğu araşdırmalarda və statistikalarda görmək olar. Qazıntılar
müxtəlif bir çox təhlükələrdən ibarətdir, işçilərin təhlükəsizliyi baxımından lazımi həssaslıq
göstərilməməsi vəziyyətində faciəli nəticələr törədir.
Bu işdə spesifik olaraq xəndək qazıntılarında, bu qazıntılarında meydana gələ biləcək
təhlükələrdən və alınması lazım olan tədbirlərdən bəhs edilmişdir. Xəndək qazıntılarında ən
böyük və ən fundamental təhlükə uçqundur . Torpağın ağırlığını göz önünə alsaq uçqun altında
qalan işçi / işçilərin həyatda qalma şansı çox aşağı olur təəssüf ki, işlədikləri yer bəzən bir
məzar ola bilir. Bu səbəbdən bu təhlükə qarşısında əvvəldən tədbir alınmaması vəziyyətində ,
veriləcək itkilərin kiçik olmayacağı son dərəcə aşkardır. Bu səbəblə uçqunlara səbəb ola biləcək
faktorlar mütəxəssis kəslər tərəfindən incəliklə araşdırılmalı və bəhs edilən qoruyucu sistemlər
işə başlamazdan əvvəl lazımi standartlar çərçivəsində mütəxəssis və ya professional
mühəndislər tərəfindən uyğun şəkildə tərtib olunmalıdır.
Uçqundan əlavə təhlükələr , uçqun təhlükəsi qədər tez qarşılaşılmamaqdadır lakin bu təhlükələr
də uçqun kimi ağır nəticələri var , ölüm və ciddi xəsarətlərə səbəb olur. Ayrıca bu təhlükələrdən
bəzilərinin meydana gəlməsi uçqun təhlükəsini artıraraq qazıntı sahəsində birdən çox təhlükənin
eyni anda baş verməsinə səbəb olur.
Nəticə olaraq daxilində bu qədər təhlükəni və riski saxlayan bu işlər , mütəxəssis nəzarətində
risk qiymətləndirilməsi edilərək planlı bir şəkildə icra edilməli , iş əsnasında fərdi hərəkətlərdən
qaçmalı, lazımlı təşkilat və orqanlarla əməkdaşlıq edilərək məlumat alış-verişi təmin
edilməlidir. Ayrıca işçilərlə də davamlı ünsiyyət halında olmalı və nəzarət siyahıları vasitəsiylə
bu işçilər yoxlanmalı , təhlükəsizlik tədbirləri təmin edilməlidir.
37
Tərtib etdi: "BG Construction" Project coordinator
Fehruzov Mubariz

Más contenido relacionado

La actualidad más candente

R.t. 03 formaçao atex
R.t. 03   formaçao atexR.t. 03   formaçao atex
R.t. 03 formaçao atex
carlossono
 

La actualidad más candente (20)

Apresentacao-NR-34-Maquinas-Rotativas-Portateis.pdf
Apresentacao-NR-34-Maquinas-Rotativas-Portateis.pdfApresentacao-NR-34-Maquinas-Rotativas-Portateis.pdf
Apresentacao-NR-34-Maquinas-Rotativas-Portateis.pdf
 
The Practical Guide to Hazardous Area Classification eBook
The Practical Guide to Hazardous Area Classification eBookThe Practical Guide to Hazardous Area Classification eBook
The Practical Guide to Hazardous Area Classification eBook
 
2005 CVX Hot Bolting Procedures.ppt
2005 CVX Hot Bolting Procedures.ppt2005 CVX Hot Bolting Procedures.ppt
2005 CVX Hot Bolting Procedures.ppt
 
Fire Fighting.ppt
Fire Fighting.pptFire Fighting.ppt
Fire Fighting.ppt
 
oxicorte.ppt
oxicorte.pptoxicorte.ppt
oxicorte.ppt
 
Visual Inspection of Welding Process
Visual Inspection of Welding ProcessVisual Inspection of Welding Process
Visual Inspection of Welding Process
 
Apostila de identificação de área classificada
Apostila de identificação de área classificadaApostila de identificação de área classificada
Apostila de identificação de área classificada
 
cswip-3-1-new-book
 cswip-3-1-new-book cswip-3-1-new-book
cswip-3-1-new-book
 
R.t. 03 formaçao atex
R.t. 03   formaçao atexR.t. 03   formaçao atex
R.t. 03 formaçao atex
 
Kimyasal risk etmenleri
Kimyasal risk etmenleriKimyasal risk etmenleri
Kimyasal risk etmenleri
 
Handling of Gas Cylinders by AGA
Handling of Gas Cylinders by AGAHandling of Gas Cylinders by AGA
Handling of Gas Cylinders by AGA
 
Apresentação do esmeril
Apresentação  do esmerilApresentação  do esmeril
Apresentação do esmeril
 
Pressure piping thickness and flange rating calculation 2
Pressure piping thickness and flange rating calculation 2Pressure piping thickness and flange rating calculation 2
Pressure piping thickness and flange rating calculation 2
 
Çalışanlara Yönelik Kaynak İşlerinde İSG Eğitimi
Çalışanlara Yönelik Kaynak İşlerinde İSG EğitimiÇalışanlara Yönelik Kaynak İşlerinde İSG Eğitimi
Çalışanlara Yönelik Kaynak İşlerinde İSG Eğitimi
 
Yanğinla mübarizə
Yanğinla mübarizə Yanğinla mübarizə
Yanğinla mübarizə
 
Apostila nr 33 - espaço confinado
Apostila   nr 33 - espaço confinadoApostila   nr 33 - espaço confinado
Apostila nr 33 - espaço confinado
 
Combustible Dust: More than just Industrial Housekeeping
Combustible Dust: More than just Industrial HousekeepingCombustible Dust: More than just Industrial Housekeeping
Combustible Dust: More than just Industrial Housekeeping
 
NBR 14628
NBR 14628 NBR 14628
NBR 14628
 
Fire Fighting Works – Fire Blanket
Fire Fighting Works – Fire Blanket Fire Fighting Works – Fire Blanket
Fire Fighting Works – Fire Blanket
 
Introduction to Stress Analysis and Piping Vibration Analysis
Introduction to Stress Analysis and Piping Vibration AnalysisIntroduction to Stress Analysis and Piping Vibration Analysis
Introduction to Stress Analysis and Piping Vibration Analysis
 

Xəndəkdə i̇şlərin təhlükəsizliyi

  • 1. 1 XƏNDƏK QAZINTILARINDA (TRENCHING) SAĞLAMLIQ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK Bakı-2014
  • 2. 2 1. Xülasə ....................................................................................................... 3 2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar................................................4 3. Təhlükələr....................................................................................................5 3.1 Torpaq uçqunu...........................................................................................6 3.1.1 Torpaq uçqununun səbəbləri.....................................................................8 3.1.2 Torpaq uçqununa qarşı tədbirlər..............................................................17 3.2 Digər təhlükələr və tədbirlər.....................................................................27 4. Nəticə...........................................................................................................36
  • 3. 3 XƏNDƏK QAZINTILARINDA SAĞLAMLIQ VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK 1.Xülasə Tikinti sektoru iş qəzalarının ən çox yaşandığı , ölüm və yaralanma hadisələrinin ən çox görüldüyü sektorların başında gəlməkdədir. Bir çox əlavə sahəsinin olması , edilən işlərin əksəriyyətlə ağır və müvəqqəti işlər olması , iş saatlarının nizamsız olması , işçilərin ümumiyyətlə təhsilsiz və ixtisassız olması və iş sahəsinin geniş və dağınıq olması bu nəticənin ortaya çıxma səbəblərindən yalnız bəziləridir. Gərək maddi istərsə də mənəvi itkilərin minimuma endirilməsi üçün bu işlərlə əlaqədar təhlükə və risklərin müəyyən edilməsi və buna bağlı olaraq lazımlı tədbirlərin ən qısa müddətdə alınması şərtdir. Bu iş, quruluş işlərindən biri olan qazıntıların spesifik bir növü olub ingilizcə 'Trenching' olaraq adlandırılan 'Xəndək qazıntıları' mövzusudur. Bu cür qazıntılar infrastrukturun tikintisi və təmirində əhəmiyyətli rol oynayır. Yeri tam olaraq bilinməyən su boru kəmərlərinin və analoji qurğuların tapılması, təmiri və dəyişdirilməsində, asanlıqla zərər görə bilən magistral qaz boruları, telefon xəttləri, elektrik kabelləri və kanalizasiyaların aşkar olunmasında və təmirində istifadə edilir. Dərinliyin eni daha çox olduğu bu cür qazıntılarda bir çox təhlükə söz mövzusudur lakin lazımlı təhlükəsizlik tədbirləri alındıqda bu təhlükələr və bu təhlükələrin ortaya çıxardığı risklər minimuma endiriləcək.
  • 4. 4 2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar Qazıntı: torpağın olduğu yerdən qaldırılması ilə ibarət olan insan istehsalı oyuq, çuxur və ya dəlik. Xəndək qazıntısı: eni 4.5 metri keçməyən və dərinliyi enindən daha çox olduğu uzununa müqayisədə dar olan qazıntı. Kotlavan Xəndək Şekil 1: Xəndək və kotlavan nümunələri
  • 5. 5 Qazıntı yığını: qazılan sahədən çıxarılan çınqıl, daş və torpaq kimi materiallar. Torpaq uçqunu: Torpağın qazılan sahəsinin kənarında çöküb boşalması nəticəsində birdən qazılan yerə doğru ayrılıb sürüşməsi və ya düşməsi. Dar sahə: Giriş və çıxış üçün məhdud sayda açıqlığın olduğu, havalandırmanın əlverişsiz və qeyri-kafi olduğu və davamlı bir iş üçün yararlı olmayan sahə. Torpaq nümunəsi : Lazımlı qoruyucu sistemin hazırlanmasında istifadə etmək üçün nümunə olaraq alınmış torpaq parçası. 3. Təhlükələr Xəndək qazıntıları, bir çoxu ani ölümlə nəticələnən qəzalara, ağır zədəyə səbəb olmaqla yanaşı içində bir çox təhlükələr saxlamaqdadır. Ölümlə nəticələnən qəzalarda ölüm, çökən torpağın ağırlığı səbəbiylə oksigen yoxluğundan meydana gələn boğulmadan ibarətdir; bir kub metr torpağın ağırlığı təxmini olaraq bir-bir yarım ton ətrafındadır ki, bu da təxminən bir avtomobil ağırlığı qədərdir. Bu səbəblə bu əsasdır ki; qazıntı və yeraltı işlərində təhlükə və risklər qiymətləndirilməli və lazımlı təhlükəsizlik təmin edilməlidir. Volkswagen 1 m3 torpaq Şekil 2: 1m3 torpaq və Volkswagen
  • 6. 6 Amerika İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsi (Occupational Safety & Health Administration, (OSHA)) statistikalarına görə, ölümlə nəticələnən qəzaların 70%-i meydana gələn 'Torpaq uçqunları' dan qaynaqlanmaqdadır. Meydana gələn qəzalar araşdırıldığında, Torpaq uçqunları % 38'lik bir nisbətlə yenə ən yüksək payı meydana gətirməkdədir. Bu səbəbdən torpaq uçqunları, ən çox qorxulan və ən böyük ölüm riskini meydana gətirən təhlükələrin başındadır. Torpaq uçqunlarından əlavə müxtəlif strukturlardan qazıntıya düşmə, düşən yüklər, oksigensiz qalma, zəhərli qazların tənəffüs edilməsi, elektrik cərəyanına qapılma, partlayış, dar sahə, su yığılması və ağır / mobil avadanlıqlardan qaynaqlanan müxtəlif təhlükələr də mövcuddur. Qoruyucu sistemlərin istifadə edilməməsi, bunların kifayət qədər yoxlanmaması və qazıntıya eniş-çıxış yollarının etibarlı olmaması, yeraltı xidmətlər ilə təmas və yaxındakı strukturlar kimi faktorlar da bu təhlükələri çoxaltmaqdadır. Bu təhlükələrin ümumi mənada ortadan qaldırılması üçün, uyğun qəlib sistemlərinin istifadə edilməsi, lazımlı atmosfer nəzarətinin edilməsi, təhsilli və təcrübəli şəxslərin məlumatına müraciət, işçilərin kafi dərəcədə öyrədilməsi və qazıntı ediləcək sahədə texniki məlumatların əlaqədar şəxs və təşkilatlardan alınması lazımdır. 3.1 Torpaq uçqunu Xəndək qazıntılarında uçqunlar ən böyük riski meydana gətirir və işçi ölümlərinə səbəb olan qəzaların çoxu uçqunlardan qaynaqlanmaqdadır. Uçqunlar bir anda çox qısa bir müddətdə əlamət göstərmədən meydana gəlməsi, işçilərin hazırlıqsız tutulmasına və də qazıntını tərk edə biləcək kafi zamanı tapmamalarına səbəb olmaqda bu da uçqun qəzalarının çox zaman ölümlə nəticələnməsinə gətirib çıxarmaqdadır. OSHA statistikası da bu məlumatı təsdiqləyir və ümumi quruluş işləriylə müqayisədə, qazıntılardakı ölüm nisbətinin% 112 nisbətində daha yüksək olduğunu göstərməkdədir. Torpaq altında qalan bir işçi üç dəqiqədən daha az bir müddətdə həyatda qalsa belə daxili orqanlarında ciddi qırılma və əzilmə meydana gəlməkdədir. Ölümlə nəticələnən bu uçqunların çoxu təhlükəsizlik tədbirləri alınmadan görülən su, qaz, elektrik və kanalizasiya ilə əlaqədar kiçik və qısa müddətli işlərdə müşahidə olunur.
  • 7. 7 Şekil 3: Xəndək qazıntılarında uçqunlar Uçqundan əvvəl Qısa bir müddət sonra Şekil 4: Uçqundan əvvəl və sonra
  • 8. 8 3.1.1 Torpaq uçqunlarının səbəbləri Xəndək qazıntılarında meydana gelen uçqunların ən büyük səbəbi qazılan xəndəklərin dayanıqsız və balansız olmasıdır. Halbuki, xəndək qazıntılarında uçqunların qarşısının alınması üçün birinci növbədə dayanıqlıq təmin olunmalıdır. Buna görə bu cür qazıntıların dayanıqlığına təsir edən faktorlar araşdırılmalıdır. Bu faktorların bəziləri bunladır:  Torpaq növü  Nəm miqdarı  Titrəyişlər  Ağır yüklər  Yaxındakı mövcud tikililər  Əvvəlki qazıntılar  Hava şəraiti A. Torpaq növü Torpağın növü, dar kəsikli qazıntı divarlarının müqavimət və dözümlülüyünün müəyyən edilməsi və bununla bağlı olaraq uçqunlara qarşı lazımlı təhlükəsizlik tədbirlərinin alınması baxımından bilinməsi lazım olan ən əhəmiyyətli faktordur. OSHA, torpaq növlərini torpaqların müxtəlif xüsusiyyət və performans analizlərini və də ekoloji ifşa şərtlərini göz qarşısında saxlayaraq azalan bir dayanıqlılığa görə sinifləndirmiştir. Bu təsnifə keçmədən əvvəl American Society for Testing Materials (ASTM), standartlarından D653-85 və D2488'də olan bəzi təriflərin bilinməsi lazımdır. bu təriflər aşağıdakılardır: Kohezif (yapışqan) torpaq: Bu cür torpaqlar gilli torpaqlar (incə dənəli torpaq) və ya içərisində gil nisbəti yüksək olan və də yapışqan xüsusiyyətli torpaqlara aid edilir. Kohezif torpaqlarda xırdalanma söz mövzusu deyil və qazıntılar şaquli bir şəkildə edilə bilər. Nəmli olanda plastik xüsusiyyət gözə çarpır. Quru ikən isə qırılmaları çətindir. Plastik: Torpağın deformasiya edilməsinə, həcm dəyişikliyinə icazə verən xüsusiyyəti.
  • 9. 9 Bərkimiş torpaq : Əl ölçüsündə torpağın barmaqlardan tətbiq olunan təzyiqlə toz halına ya da fərdi torpaq parçalarına ayrılan torpaqdır. Çartlamış torpaq: Torpağın görünən səthdə açıq çartların müşahidə olunduğu, aşağı müqavimətə sahib müəyyən qırılma müstəviləri boyunca qırılma uyğunluğu olan torpaq növü. Dənəli torpaq: Bu cür torpaqlar çınqıl, qum, SILT kimi kobud (iri) dənəli torpaqları ya da içərisində gilin olmadığı torpaqları ifadə eirr. Bu cür torpaqlarda yapışqan müqavimət yoxdur və quru olduqlarında asanca xırdalanır. Bəzi nəmli dənəli torpaqlar isə kohezyon xüsusiyyəti göstərə bilərlər. Dəyişdirilmiş torpaq : Qazıntı ilə və ya digər Şəkil 5: Çartlamış torpaq yollarla təbii şəraiti dəyişdirilmiş torpaq. Quru torpaq: İçərisində nəm tərkibi olmayan torpaq Sərt qaya : Qazıntı zamanı qəzaya məruz qalan səthlərin şəklinin pozulmadan qaldığı, şaquli olaraq qazıla bilən təbii, qatı mineral maddələri ifadə edir. Sərbəst təzyiq müqaviməti : Torpaq nümunələrinin kənar bir əngəl olmadan tək oxlu bir təzyiq nəticəsində qırılması nəticəsində olan müqavimət. Laboratoriya mühitində ya da ərazi üzərində edilən müxtəlif təcrübələrlə müəyyən edilir Şəkil 6:Sərbəst təzyiq test cihazı
  • 10. 10 OSHA tərəfindən istifadə olunan və azalan dayanıqlılığa görə sinifləndirilən torpaq növləri :  sərt qaya  A tipli  B tipli  C tipli Sərt qaya: Qazıntı əsasında qazıntıya məruz qalan səthlərin formasının pozulmadan qaldığı, şaquli olaraq qazılabilən təbii, qatı mineral maddədən ibarətdir. A tipi : Sərbəst təzyiq müqaviməti 144 kPa ( 1Pa = 1N/m2 ) və ya daha çox olduğu yapışqan torpaqlardır. Bu cür torpaqlara gil , lilli gil , qumlu gil , gil palçığı bəzi hallarda isə lilli gil palçığı və qumlu gil palçığı nümunə olaraq verilə bilər. Sərt təbəqələr və bərkimiş torpaqlar da A tipində iştirak edirlər. Lakin əgər torpaqlar: (i ) Çartlamışsa , ( ii) Torpaq , daimi nəqliyyat , sıvay vurma ya da bənzər təsirlərdən əmələ gələn titrəmələrə məruz qalmış isə , ( iii) Əvvəldən forması dəyişmiş isə , ( iv) Torpaq , təbəqələrin qazıntıda dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha az mailliyi olduğu , laylı bir sistemin parçasıysa , (v) Torpaq materialı , daha az dayanıqlı bir material olaraq sinifləndirilmisini tələb edən faktorlara məruz qalarsa , bu vəziyyətdə torpaq A tipli olaraq qiymətləndirilə bilməz. B tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa ' dan yüksək və 144 kPA'dan isə daha aşağı oldugu kohezif(yapışqan) torpaqlardır. Dənəli kohezyonsuz torpaqlar: bucaqlı çınqılı ( qırma daşa bənzəyən ) , LİL , LİL palçığı , qumlu palçıq bəzi hallarda isə lilli gil palçığı və qumlu gil palçığı B tipidir. C tipli torpaq sinifinin xaricində qalan daha əvvəldən forması dəyişdirilmiş torpaqlar , A tipindəki sərbəst təzyiq müqaviməti qiymətlərinə uyğun lakin titrəmələrə məruz qalmış və ya çartlamış və ya dayanıqlı olmayan quru qayaçıqlar da B tipli torpaq olaraq qiymətləndirilir. C tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa və ya daha aşağı olduğu kohezif(yapışqan) torpaqlardır.
  • 11. 11 Ayrıca : (i ) Çınqıl , qum və palçıqlı qumdan ibarət dənəli torpaqlar , ( ii) Batıq torpaqlar ya da suyun sərbəst sızdığı torpaqlar , ( iii) Davamlı olmayan batıq torpaqlar , ( iv) təbəqələri qazıntıya dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha dik oldugu Maili , laylı bir sistemdəki hissəciklər də C tipli torpaq olaraq qəbul edilir. Torpaq növlərinin ayırd edilməsi mütəxəssis bir nəfər tərəfindən yuxarıda göstərilən xüsusiyyətlər nəzərə alınmaqla sərt qaya , A tipli , B tipli və ya C tipli torpaq növlərindən biri olacaq şəkildə sinifləndirilməlidir. Bu seçimin edilə bilməsi üçün mütəxəssis kəslər tərəfindən edilmiş ən az bir vizual və yenə ən az bir manual analizin nəticələri lazımdır. Laylı sistemlər söz mövzusu oldugunda isə ən zəif təbəqə göz önünə alınmalıdır. Ayırd edilən bir torpağın sinifləndirilməsinə təsir edən xüsusiyyətlər , faktorlar və şərtlər hər hansı bir şəkildə dəyişirsə , seçiş mütəxəssis tərəfindən təkrar edilməlidir. Vizual və Manual Testlər 1) Vizual Testler Vizual analizlər ümumi etibarilə qazıntı sahəsindən, qazıntının yanındakı torpaqdan, açıq qazıntının kənarlarını təşkil edən torpaqdan və qazılmış torpaqdan alınan nümunənin keyfiyyət məlumatların toplanması şəklində həyata keçirilir. Bu analizdə diqqət edilənlər bunlardır: --- Qazılan torpaq və qazıntı kənarlarındakı torpaq araşdırılarkən torpaq parçacıqlarının ölçüləri və bir-birlərinə görə miqdarları qiymətləndirilər. Əgər torpaq əsası etibarilə xırdadənəli hissəciklərdən ibarətdir, hissəcik kohezifdir. Kobud dənəli qum və ya çınqıldan meydana gəlirsə dənəli torpaqdır. --- Torpaq qazılarkən araşdırılır. Əgər torpaq bir yığın şəklində bir yerdə qalırsa bu kohezif olduğuna işarədir, lakin torpaq asanca parçalara ayrılırsa və bir yığın meydana gəlmirsə bu dənəli torpaq olduğunu göstərir. --- Açılmış qazıntının kənarları və qazıntının yanındakı torpağın səthinin sahəsi araşdırılır. Gərilmə çartları kimi çarta bənzər açılmalar çartlı torpağ xüsusiyyətinə işarədir. Torpaq parçaları şaquli kənardan parçalansa, torpaq çartlı torpaq ola bilər. Kiçik parçalanmalar hərəkət edən bir sürüşmənin dəlili və olabiləcək bir təhlükəli vəziyyətin əlamətidir.
  • 12. 12 --- Qazıntının yanındakı sahəni və qazıntının özünü yeraltı xidmətləri və digər yeraltı strukturlara aid bir iz olub olmadığını görmək və əvvəldən şəkli dəyişdirilmiş bir torpağı aşkar etmək üçün araşdırılmalıdır. --- Laylı sistemləri təyin etmək məqsədiylə qazıntının açılmış kənarını araşdırılmalı, laylı sistemlərdə lay eyilmələrinin qazıntıya doğru olub olmadığına nəzarət edilməli və əyilmə dərəcəsi təxmin edilməlidir. --- Yerüstü suları, qazıntının kənarlarından sızan sularla ya da yeraltı su səviyyəsiylə əlaqədar tapıntı tapmaq üçün qazıntının kənarındakı sahə və açılmış qazıntının kənarları araşdırılmalıdır. --- Qazıntının yanındakı sahə və içindəki sahə qazıntı üzünün dayanıqlılığına təsir edən titrəmə qaynaqlarını tapmaq üçün araşdırılmalıdır. 2) Manual Testler Torpaq nümunələrinin Manual analizi torpağın keyfiyyət xüsusiyyətlərinin kəmiyyət xüsusiyyətlərinin müəyyən edilməsi və torpağın uyğun bir şəkildə təsnifatı məqsədiylə daha çox məlumatın təmin edilməsi üçün istifadə edilər. --- Plastiklik (və ya ribbon testi): Nəmli və ya yaş bir torpaq nümunəsi yumru bir top halına gətirilər və daha sonra yuvarlanaraq mümkün ola bildiyincə incə (~ 3mm) bir iplik halına çevrilir. Kohezif olan hissəciklər xırdalanma olmadan müvəffəqiyyətlə iplik halına gətirilə bilər. Məsələn, 50 mm uzunluğunda və 3mm qalınlığında bir ip bir əldə dağılmadan tutulabilirsə, torpaq kohezif (yapışqan) deməkdir.
  • 13. 13 Şəkil 7: Ribbon testi ---Quru Muqavimət • Əgər torpaq qurudursa və özbaşına ya da orta dərəcəli bir təzyiqdə fərdi dənəciklərə və ya incə tozlara ayrılırsa, torpaq dənəlidir (çınqıl, qum və ya s). • Əgər torpaq qurudursa və ayrılmalara bölünürsər və o ayrılmalarda daha kiçik hissəciklər ayrılır lakin bu kiçik kütlələr çətinliklə qırılırsa, torpaq çınqıl, qum və ya gil ola bilər. • Əgər quru torpaq daha kiçik hissəciklərə ayrılmayan hissələrə bölünəbilirsə və bu hissəciklər çətinliklə qırılırsa və torpağın çartlı olduğuna dair vizual bir əlamət yoxsa, torpaq çartlı olaraq düşünülə bilər. ---Başbarmak Basmaq Bu test, kohezif(yapışqan) torpaqların sərbəst təzyiq müqavimətini təyin etmək üçün istifadə olunur. 144 kPa sərbəst təzyiq müqavimətinə sahib A tipi torpaqlar baş barmaqla asanca çökdürülə bilər lakin yalnız çox yüksək bir qüvvə tətbiq etməklə bu hal reallaşar.
  • 14. 14 B tipli torpaqlarda yalnız baş barmaq dırnağı içəri girə bilər. 48 kPa sərbəst təzyiq muqavimətinə sahib C tipi torpaqlar isə baş barmaq tərəfindən asanlıqla 3-4 sm çökrtürülə bilər. Yüngül bir barmaq təzyiqiylə şəkil verilə bilər. Bu test şəkli dəyişdirilmiş torpaq növlərində tətbiq olunmalıdır. ---Diğər müqavimət testləri Sərbəst təzyiq müqavimət qiymətlərinin təyinində cib penetrometri (pocket penetrometer) istifadəsi və ya eyni zamanda torpaq kohezyonunun müəyyən olunması üçün əllə işlədilən kəsmə vanası (Shearvane) testi istifadə edilə bilər. B.Nəm miqdarı Torpaqdakı rütubət miqdarının torpağın müqaviməti üzərində böyük bir təsiri vardır. Xəndək qazıntılarında, açılan bu qazıntının kənarları havaya məruz qalır. Torpağın nəm miqdarı çox sürətli bir şəkildə dəyişməyə başlayır və divarların müqaviməti təsirə məruz qalır. Bir qazıntı nə qədər uzun müddət havaya açıq qalarsa, çökmə riski də o qədər artar. Şəkil 8:Nəm miqdarı dayanıqlılığatəsir edər, xüsusilə də ağır bir yağış olarsa C.Titrəyişlər Müxtəlif mənbələrdən gələn titrəmələr xəndəyin dayanıqlılığına təsir edə bilər. Xəndəyin divarları ümumiyyətlə nəqliyyat vasitələri və ya ağır texnikalar, sıxılma, paya çaxma və partlayış kimi inşaat işlərindən qaynaqlanan titrəşmələrə məruz qalmaqla və bu titrəmələr də xəndəyin divarlarının yıxılmasına gətirib çıxardır.
  • 15. 15 D.Ağır Yüklər Ağır yük, xndəyin dayanıqlılığına təsir edən həddindən artıq yük ya da ağırlıqdır. xəndəyin yanına yığılan qazılmış torpaq, qazıntı divarlarına təzyiq tətbiq edə bilər. Buna görə qazılmış torpağ yığınlarının yerləşdirilməsi əhəmiyyətlidir. Qazılmış torpağ yığınlarının mümkün olduğunca xəndəyin kənarından uzaq tutulması lazımdır. Ayrıca xəndəyin yanında tutulan mobil avadanlıq və digər vəsitələr də qazıntının dayanıqlılığına təsir edəcək miqdarda ağır yük meydana gətirirlər. Şəkil 9:Ağır yüklər, xəndəyin divarlarına təzyiq tətbiq edir. Şıkil 10:Dərin xəndəklərdə qazılmış torpağ yığını daha uzaqda olmalıdır.
  • 16. 16 Şəkil 11,12:Yığınlar qazıntıdan uzaqda olmalıdır. E.Yaxındakı mövcud tikililər Qazıntıların və xəndək qazıntılarının çoxunda ağır yüklərin, torpaq şəraitində dəyişikliklərin və digər pozulmaların çökmələrə səbəb ola biləcəyi qırılma bölgəsi var. Qazıntı və ya xəndək qazıntısına bitişik olan bir çökmə ilə qarşılaşmaq mümkündür. Şekil 13: Təməllər plombla əhatəlidirlər və xəndəyin divarına ağır yük təzyiqi tətbiq edirlər.
  • 17. 17 F. Əvvəlki qazıntılar Yeraltı xidmətlərə aid olan və yeni xəndəyi kəsən ya da paralel olan köhnə xəndəklər dözümlülüyə və müqavimətə təsir edirlər. Köhnə xəndəklərin ətrafındakı torpaqlar dayanıqsızdır və bu da çökmələrə səbəb ola bilər. Şəkil 14: Yeraltı xidmətlərə aid köhnə xəndəklər plomb torpağı ilə əhatə olunur lakin bu plomb şəkli dəyişdirilmiş torpağa görə daha az dayanıqlıdır. G. Hava şəraiti. Yağış, əriyən qar, torpağın həll olması, çaylardan, və kanalizasiyadan daşan sular torpaq strukturunun dəyişməsinə səbəb olur. Strukturu dəyişmiş olan torpaqlar da çökmə əmələ gətirə bilir. 3.1.2 Torpaq uçqununa qarşı alınan tədbirlər. OSHA standartlarına görə hər bir işçi çökmə təhlükəsinə qarşı uyğun qoruyucu vasitələrlə qorunmalıdır. Qoruyucu vasitələrin lazımlı olmadığı iki dənə istisna vardır: ! Xəndək tamamən sərt qaya üzərində edilirsə, ! Xəndəyin dərinliyi 1,5 metrdən az və mütəxəssis bir adam olabiləcək bir uçqun təhlükəsinə dair işarə olmadığını bildirərsə. OSHA tərəfindən qəbul edilən 3 fərqli qoruyucu sistem növü var:  Maili ya da pilləli sistem  İksa (dəstəkli) sistem  Qalxanlı sistem
  • 18. 18 Maili sistem: Bu sistem, işçilərin qorunması məqsədilə qazıntı kənarlarının qazıntıdan uzağa doğru yığıldığı sistemdir. Şəkil 15:Maili sistem Pilləli sistem: İşçilərin qorunması məqsədilə qazıntı kənarlarının bir və ya birdən çox səviyyə və ya pillələrə ayrıldığı və bu pillələr arasındakı üzlərin ümumiyyətlə dik və ya dike yaxın olduğu sistemdir. Bu sistem C tipi torpaqlarda istifadə edilməməkdədir. İksa (dəstəkli) sistem: Qazıntı kənarlarının dəstəkləndiyi hidravlik, mexaniki metal və ya taxta strukturlardan ibarət olan sistemdir. Qalxanlı sistem: Çökmə tərəfindən tətbiq olunan qüvvələri tutacaq şəkildə professional mühəndislər tərəfindən dizayn edilmiş və içində olan işçini qoruyan qazıntı qutusu kimi strukturların istifadə sistemdir. Bu qalxanlar yerləşdirilə ya da qazıntı qutusu kimi daşına bilər.
  • 19. 19 Qazıntı qutusu Pilləli və dəstəkli qazıntının yan kəsiyi Şəkil 16 : Dəstəkli və qalxanlı qazıntı nümunələri Qoruyucu sistemlərin layihələndirilməsində diqqətə alınmalıdır torpaq növü, qazıntı dərinliyi, torpaqdakı su miqdarı, hava və iqlim dəyişiklikləri, əlavə yüklər, titrəmələr və qazıntı sahəsindəki digər işlər kimi bir çox faktorlar. Xəndəyin dərinliyinin 6.1 metri keçdiyi qazıntılar professional mühəndislər tərəfindən və ya bu mühəndislər tərəfindən hazırlanmış və ya təsdiq edilmiş cədvəl halındakı məlumatlara əsaslanaraq tərtib olunmalıdır. OSHA standartı qoruyucu sistem dizaynında aşağıdakı metod və yanaşmaları mənimsəməkdədir: Metod 1: Qazıntı kənarlarına 1,5 H: 1V nisbətindən daha dik olmayacaq şəkildə maillik verilir. Məsələn, hər 1 metr dərinlikdə qazıntıda, 1,5 metrlik qazıntıdan uzaqlaşmaq lazımdır. 20 fit (6.1m) və daha az dərinlikdəki qazıntı mailliyi 1,5 H: 1V maksimum qəbul edilə bilər. Bu maillik OSHA standartında göstərilən C tipi torpaqlarla əlaqədar maillikdə istifadə edilməlidir. Bu maillik və bundan daha az nisbətdəki mailliklər hər tip torpaq üçün təhlükəsizdir.
  • 20. 20 Şəkil 17:C tipli torpaqlarda qazılan xəndəklər Metod 2: Qazıntını layihələndirmək üçün professional mühəndislər tərəfindən təsdiqlənmiş cədvəl və qrafiklərdən ibarət məlumatlar toplusu, naviqasiya. Bu məlumatlar yazılı şəkildə olmalı və içərisində lazımlı şərhləri, seçim səbəbləri və məlumatların istifadəsində məhdudiyyətlər olmalıdır. Metod 3: Professional mühəndislər tərəfindən təsdiqlənmiş və ya bu mühəndislər tərəfindən hazırlanmış və təsdiq edilmiş cədvəl halındakı məlumatlara əsaslanan qazıntı qutusu ya da qazıntı qalxanı naviqasiyası. Taxta, alüminium və ya digər materiallar istifadə edilə bilər. Şəkil 18 : Qərar vermə sxemi OSHA standartlarına görə maksimum qəbul edilə bilən mailliklər və müxtəlif torpaq tipləri üçün tətbiq olunan qazıntı maillikləri aşağıdakı kimidir:
  • 21. 21 Qaya vəya torpaq növü 6.1 metrdən daha az derinlikdə qazıntılarda maksimum qəbul edilə bilən mailliklər (H:V) Sərt qaya Şaquli (90 dərəcə) A tipli 3/4:1(53 dərəcə) B tipli 1:1(45 dərəcə) C tipli 1,5:1(34 dərəcə) Cədvəl 1:Fərqli torpaq tipləri üçün maksimum qəbul edilə bilən mailliklər 6.1 metrdən daha dərin maili və ya pilləli qazıntılar professional mühəndislər tərəfindən dizayn edilməlidir. 12 fit (3.7m) və daha az derinlikdəki A tipli torpaqdakı qısa müddətli qazıntılarda maillik 1/2H:1V maksimum qəbul edilə bilər. 3.7 metrdən daha dərin qazıntılarda isə maillik 3/4:1(53 derece) maksimum qəbul edilə bilər. A tipli torpaqlarda qazıntılar Maillik 6,1 metr ve ya daha az dərinlikdəki bütün qazıntılarda maillik 3/4:1 maksimum qəbul edilir. Mak.3.7m Mak. 6.1m Ümumi maillik nisbəti Qısa müddətli, 24 saat vəya daha az.
  • 22. 22 Şekil 19: A tipi topraklarda eğimli kazı Şəkil 20,21:Maili xəndək qazıntıları Pilləli 6,1 metr vəya daha az dərinlikdəki bütün pilləli qazıntılarda maillik 3/4:1 maksimum qəbul edilir və pilləkən ölçüləri aşağıdakı kimidir: Sadə pilləli Çox pilləli Şəkil 22 : A tipli torpaqlarda pilləli qazıntılar
  • 23. 23 Şəkil 23: Pilləli qazıntı Dəstəksiz şaquli kənarlara sahib 2,4 metr və ya daha az dərinlikdəki bütün xəndək qazıntılarında dib hissədəki kənarların şaquli uzunluğu maksimum 3,5 fit (1,05 m) olmalıdır. 6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissələri dəstəkli və ya qalxanlı olan bütün xəndək qazıntılarında maillik 3/4:1 maksimum qəbul edilir və bu dəstək və ya qalxan şaquli kənarın üstündən ən az 45 sm yuxarıya çıxmalıdır. Dəstəksiz şaquli Dəstəksiz şaquli kənarlı dib hissə, kənarlı dib hissə, Dəstəkli ya da qalxanlı Mak. dərinlik 2.4m Mak. dərinlik 3.6 m şaquli kənarlı dib hissə Şəkil 24: A tipli torpaqlarda dəstəkli/dəstəksiz vəya qalxanlı qazıntı
  • 24. 24 Şekil 25:Qalxanlı xəndək qazıntısı B tipli torpaqlarda qazıntılar Maillik 6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1:1 maksimum qəbul edilir. Şəkil 26: B tipli torpaqlarda maili xəndək
  • 25. 25 Pilləli 6,1 metr və ya daha az dərinlikədki bütün pilləli xəndəklərdə maillik 1:1 maksimum qəbul edilir və pilləkən ölçüləri aşağıdakı kimidir Bu pilləkənə ancaq yapışqan torpaqlarda icazə verilir. Bu pilləkənə ancaq yapışqan torpaqlarda icazə verilir. Şekil 27 : B tipli torpaqlarda pilləli qazıntı 6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə dəstəklənəcək və ya qalxanlanacaq və bu qazıntılarda maillik 1:1 maksimum qəbul edilməlidir. Şəkil 28:Şaquli kənarlı dib hissəsi olan xəndək
  • 26. 26 C tipli torpaqlarda qazıntılar Maillik 6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1,5:1maksimum qəbul edilir. Şəkil 29 : C tipli torpaqlarda maili qazıntılar Kademeli sistem C tipi topraklarda uygulanmamaktadır. 6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə dəstəklənməli və ya qalxanlanmalı və bu qazıntılarda maillik 1,5:1 maksimum qəbul edilir. Şəkil 30: Şaquli kənarlı dib hissəsi olan xəndək qazıntısı
  • 27. 27 3.2 Digər Təhlükələr və Tədbirlər Xəndək qazıntılarında ən büyük təhlükəni çökmələr əmələ gətirir. Çökmələrdən əlavə ciddi yaralanmalara ve ölümlərə səbəb olabiləcək bir çöx təhlükələr mövcuddur. Bu təhlükələrdən bəziləri bunlardır: ! İşçilərin qazıntıya düşməsi ! İşçilərin üzərine düşən yüklər ! Təhlükəli atmosfer (Duman,oksigen çatışmamazlığı,zəhərli,yanan və partlayıcı qazlar) ! Yeraltı komnukasiyalar və üstdən keçən elektrik xətləri ilə təmas ! Avtomobillər, ağır ve mobil mexanizmlər ! Dar hissə ! Qazıntıya giriş ve çıxışlar ! Su yığışması ! Materialların səhv və uyğunsuz istifadəsi ! Yığılmış və atılmış materiallardan olan məsafə ! Torpaqdakı kabellər və kəsici, ağır materiallar Göründüyü kimi xəndək qazıntılarında bir çox təhlükələr var. Buna görə, etibarlı bir qazıntı çalışması üçün əvvəlcə xəndək qazıntınsının hər bir mərhələsinin mütəxəssis bir adam tərəfindən nəzarət edilməli və mütəxəssis adamın işçilərlə əməkdaşlıq halında onlara lazımlı təhlükəsizlik təlimatlarını verməsi lazımdır. İki metrdən daha dərin olan xəndək qazıntılarında işçilərin düşmələrinin qarşısının alınması üçün işlənilən sahənin ətrafına kifayət qədər möhkəm baryerlərdən istifadə edilməlidir. Insanların sıx olduğu açıq yerlərdə isə bu əməliyyat dərinlik qoyulmadan edilməlidir. Daha diqqət çəkici olması üçün parlaq rəngdəki baryerlər, müxtəlif işarələr istifadə edilməlidir.
  • 28. 28 Şəkil 31: Xəndək qazıntılarının kənarlarında baryerlər yerləşdirilməlidir.. Qazıntıya yuvarlanan və ya düşmə riski olan materiallar və avadanlıqlar qazıntı kənarlarından ən az 0,6 metr uzaqlıqda saxlanılmalı və ya lazımlı desteklerle tutulmalı və ya hər ikisi birlikdə edilməlidir. Nəqliyyat və yük maşınları isə baryerlər, xəbərdarlıq işarələri və siqnallardan istifadə etməklə daha çox uzaqda tutulmalıdır. Nəqliyyatın xəndəyə torpaq boşaltdığı vəziyyətlərdə, nəqliyyatın tekerleklerinin arxasına möhkəmləndirici yerləşdirilməlidir. Şəkil 32: Qazılmış torpaq yığını xəndəkdən lazimi məsafədə olmalıdır.
  • 29. 29 Şəkil 33: Maşın boşaldılarkən möhkəmləndiricidən istifadə olunmalıdır. Düşən cisimlərə diqqət yetirilməli və bu məqsədlə Dəbilqə və qoruyucu ayaqqabı kimi uyğun fərdi mühafizə vasitələrindən istifadə edilməlidir. Əlcək, qulaq qoruyucu və yüksək görüntüsü olan paltarların istifadəsinə də diqqət yetirilməlidir. Ayrıca işçilər qazıntı maşınının yanında işləməməlidirlər və qaldırıcı mexanizmin qaldırdığı yüklər və asma yük altında dayanmamalıdırlar. Mütəxəssis bir adam dərinliyi 1,2 metri keçən və ya oksigen çatışmamazlığı olan və ya təhlükəli atmosferin olduğu xəndəkdə, işçi qazıntıya girmədən əvvəl test etməlidir. Təhlükəli atmosferlər, qazıntı yaxınında zibil sahəsinin olması və təhlükəli maddələrin qazıntıya yaxın bir yerdə yığılması səbəbindən meydana gələ bilər. Ayrıca oksigenin % 19,5 ' dan az və % 23,5 ' dan çox olduğu mühitlər , yanar qaz konsentrasiyasının aşağı alovlanma limitinin % 20ində çox olduğu hallar və konsentrasiyaların limit qiymətlərini keçən təhlükəli maddələr də təhlükəli atmosfer mühitidir. Təhlükəli bir mühitlə qarşılaşılması vəziyyətində işçinin bura girməsinə icazə verilməməli , uyğun ventilyasiya təmin edilməli və işçi lazımlı tənəffüs qoruyucu sistemlərini aldıqdan sonra qazıntıya girməlidir. Ayrıca bu qazıntılarda mühit nizamlı bir şəkildə test və nəzarət edilməlidir. Bu testlər, əgər xəndəyin içində işləyən bir vasitə varsa və qaynaq , kəsmə , yandırma kimi əməliyyatlar edilirsə tez-tez aparılmalı , təcili vəziyyətə qarşı hər cür sağlamlıq və təhlükəsizlik tədbirləri alınmalıdır .
  • 30. 30 Yeraltı koomnukasiyalar və üstdən keçən elektrik xəttləri də işçilər üçün böyük təhlükə meydana gətirməkdədir. Qazıntı maşınlarıyla ediləcək hər cür qazıntıdan əvvəl qazıntı edilən yerdə elektrik kabelləri, su boruları, qaz boruları, telefon xəttləri və kanalizasiya xətti ola biləcəyi düşünülməlidir. Qazıntıya başlamazdan əvvəl, yeraltı koomnukasiyalar ilə əlaqədar qurum və təşkilatlara müraciət edilməli və bu koomnukasiyaların yerləriylə əlaqədar bütün məlumat və cizgilərin işə başlanmadan əvvəl almalı, ayrıca qazıntı ediləcək yerdə həmin koomnukasiya xətlərinin səlahiyyətli nümayyəndələrinin iştirakı vacibdir. Yeraltı koomnukasiyalara dair bir iz olub olmadığını bilmək üçün vizual olaraq da araşdırılmalıdır. Lakin alınan bu məlumatlar, aradan uzun illər keçməsi, qazıntı yerində çox iş edilmiş olması kimi səbəblərdən ötəri ehtimalla tam bir qətilik vermədiyindən yeraltı koomnukasiyaların yerlərinin müəyyənləşdirilməsində uyğun yer axtarış cihazlarından istifadə edilməli və bu cihazların istifadəsi lazımlı təhsil almış şəxslər tərəfindən aparılmalıdır.. Yerləri müəyyənləşdirilən koomnukasiya xəttləri boyunca uyğun qeydlər, etiketlər payalar, bayraqlar və ya boya işarələriylə göstərilməlidir. Ayrıca bu koomnukasiyaların mühafizə zolaqında olan qazıntı yerlərində qazıntı maşınlarından istifadə edilməməli, izolyasiya alətlərlərindən istifadə edilərək əllə qazıntı aparılmalıdır. Şəkil 34:Qazıntıdan əvvəl yeraltı koomnukasiya xətləri aşkar edilməlidir. Bir işçi tərəfindən zədələnən elektrik kabeli, bütün işçilərin elektrik şokuna məruz qalmasına, yaxındakı qaz xəttlərində bir zədə olması vəziyyətində də ciddi yanğın və partlamalara
  • 31. 31 səbəb olur. Buna görə bu kabellər kabel axtarış cihazlarından istifadə edilməklə aşkar edilməli, aşkarlanmış kabellər uyğun bir şəkildə xəttləri boyunca göstərilməlidir. Ayrıca basdırılmış kabellərin yerləri haqqında bir işarə tapmaq məqsədiylə ətrafda olan yol işarələrinə, küçə lampalarına da diqqət yetirilməlidir. Elektrik kabelləri kimi qaz xəttləri də ciddi yanğınlara və böyük partlamalara səbəb olmaqdadır. Buna görə bu xəttlərə diqqət yetirilməli, qaz borularına yarım metrdən daha az yaxınlıqda qazıntı maşınlarından istifadə edilməməlidir. Qaz sızıntısı hiss edildiyi halında dərhal əlaqədar təşkilatlara xəbər verilməli, işçilərin sürətli bir şəkildə xəndəyə qazın yığılması ehtimalına qarşı boşaldılması təmin edilməlidir. Ayrıca alışmaya səbəb ola biləcək işləyən mexanizm, matorlu kimi cihazlar da dərhal dayandırılmalıdır. Su xəttlərində meydana gələn bir zədə yarılan borudan su şırnağının çıxmasına, xəndəyin suyla dolması səbəbindən işçilərin boğulmasına, digər yeraltı koomnukasiya xətlərinin zərər görməsinə və zəifləyən qazıntı kənarlarından çökmələrin meydana gəlməsinə səbəb olmaqdadır. Kanalizasiyalarda isə təzyiqli bir axıntıdan çox ağırlıq qüvvəsindən əmələ gələn bir axıntı söz mövzusu olduğu üçün bu koomnukasiyalara zərər vurulması vəziyyətində qarşılaşılacaq təhlükə çirklilikdir. Elektrik, qaz, su və kanalizasiyadan qaynaqlanan təhlükələrin xaricində ayrıca azot, arqon kimi müxtəlif qazların, zəhərli və yanıcı mayelərin daşındığı borular və də zədə riski aşağı olsa da telekommunikasiya xətlərinin meydana gətirdiyi təhlükələr də mövcuddur. Hava elektrik xəttləri kran və digər uzun avadanlıq üçün böyük bir təhlükə meydana gətirməkdədir. Əgər mümkünsə bu xətlərin altında işləməyi dayandırmalı və ya xəttlərdən keçən cərəyan dayandırılmalıdır. Bunlar da mümkün deyilsə operator, avadanlıqlarla elektrik xəttləri arasında olması lazım olan minimum məsafələrə diqqət yetirməlidir. Infrastruktur işlərində sağlamlıq və təhlükəsizlik birliyi (Infrastructure Health & Safety Association (IHSA)) minimum məsafə elektrik xəttlərində olan gərginlik qiymətlərinə görə sinifləndirmiştir. Bu məsafələr: Cədvəl 2:İş mexanizmləri ilə xətlər arasında lazım olan minimum məsafələr Elektrik xəttinin gərginliyi, volt Minimum məsafə 750 voltdan artıq,150 000’dən az 3 metr 150000 voltdan artıq, 250000’dən az 4.5 metr 250000 voltdan artıq 6 metr
  • 32. 32 Tədbirlərə baxmayaraq, avadanlıq elektrik xəttləri ilə təmasa keçmişsə, operator bu tədbirləri almalıdır: ./ Kabinada qalmalı, kabinaya və torpağa eyni anda toxunmamalıdır. Torpaqla təmas halındakı hər hansı bir şeyə toxunmaq ölümcül ola bilər. ./ Köməkçi avadanlığı istifadə edən işçilər də o avdanlıqda qalmalı, onlar da torpaq və avadanlığa eyni anda təmasdan qaçmalıdırlar. ./ Digər kəsləri avadanlıqdan uzaq tutmalı onları avadanlığın hər hansı bir parçasına toxunmamaları mövzusunda xəbərdar etməli. ./ Elektrik xəttində cərəyanın dayandırılması üçün əlaqədar təşkilata zəng edilməsi təmin edilməlidir. ./ Mümkünsə, maşında qalmaqla maşını hərəkət etdirərək təması kəsməyə cəhd etmək. ./ Əgər təması kəsmək mümkün deyilsə, elektrik xəttində cərəyan kəsilənə qədər (maşın üstündə qalaraq) maşını hərəkət etdirməməli. ./ Əgər yanğın kimi təcili bir vəziyyət maşını tərk etməyə məcbur etsə, ayaqları bitişik bir şəkildə tullanmaq lazımdır. Əgər eyni anda, bədənin bir qisimi torpaqla digər qismi də maşınla təmas halında olsa, cərəyan bədənə keçəcək. ./ Heç vaxt yerdə addım atmamalı və kiçik addımlarla ayaqlarını sürüyərək uzaqlaşmalı. Böyük addımlar atmamalı. Torpaqdakı gərginlik fərqindən ötəri, bir ayaq digərinə nisbətən daha yüksək bir gərginlik sahəsində ola bilər və bu fərq insanı öldürə bilər. Ayrıca bir qəza olarsa, cərəyanvuran və cərəyanvuranla təmas halında olan hər hansı bir şeyə heç vaxt toxunmamalı. Mümkünsə təmas kəsilməli, quru bir taxta, rezin yada quru bir polipropilen ip vasitəsiylə yaralı və ya xətt çəkilməlidir. Dərhal təcili yardıma zəng etməli, cərəyan təması kesilmişsə ilk yardım tətbiq olunmalıdır.
  • 33. 33 Şəkil 35:Hava elektrik xətləri qazma mexanizmlərinə təhlükə törədir. Xəndək qazıntılarının giriş və çıxışları, xüsusilə təcili bir vəziyyət olduğunda işçilərin etibarlı bir şəkildə qaçmalarını təmin etməlidir. OSHA standartlarına görə 1.2 metr və ya daha dərin xəndəklərdə təhlükəsizlik giriş və çıxışlar təmin edilməli, nərdivanlar, pillələr və ya digər avadanlıqlar saxlanılmalı, bunların işçilərə ən çox 7.6 metrlik bir yaxınlıqda olması təmin edilməlidir. Ayrıca qazıntıda olan nərdivanlar qazıntının 90 sm üzərinə çıxmalıdır. Təhlükəsizlik giriş və çıxışlarda istifadə edilən bu avadanlıq möhkəm bir şəkildə montaj edilməli və işçi üçün yeni bir təhlükə əmələ gətirməməlidir.
  • 34. 34 Şəkil 36:Nərdivanlar qazıntının üzərinə çıxmalıdır. Ekskavatorlar, ağır və mobil avadanlıqların operatorları yerdəki insanların yaralanmasına və ölümünə səbəb olur. Bu maşınlarla iş əsnasında uyğun əl işarələrindən istifadə edilməli, bu maşınlara minilib düşülərkən 3 nöqtə təması qaydasına diqqət yetirilməlidir. Ayrıca bu avadanlıqların səsli xəbərdarlıq sistemləri olmalı və yaxınına səlahiyyətli olanlardan başqa heç kim yaxınlaşmamalıdır. Səlahiyyətli olanlar isə operator tərəfindən görülebiləcək, maşına uyğun bir uzaqlıqda olmalıdırlar. Şəkil 37: Texnikalara minilib düşülərkən 3 nöqtə təmas qaydasına diqqət verilməlidir. Xəndəyə su yığılması və xəndəkdəki durğun su qazıntı kənarlarını zəiflədir və təhlükəli bir vəziyyət meydana gətirdiyindən işçilərin qaçmasını çətinləşdirir. OSHA standartları xəndəklərdə su yığılması ya da toplanması görüldüyü hallarda əgər kafi mühafizə yoxsa , işçilərin bu xəndəklərdə işini qadağan edir.
  • 35. 35 Ayrıca OSHA standartları xəndəyə su girişinin qarşısının alınması üçün müxtəlif baryerlərin və su yollarının açılmasını tələb edir. Əgər işçilər qazıntıda işləyəcəklərsə , əlavə yüklər üçün xüsusi dəstək və qalxan sistemləri layihələndirilməli , mütəxəssis nəzarətində su boşaltma avadanlıqlarından istifadə edilməli , səth sularının istiqamətlərini xəndəyə su girişinə maneə törədəcək şəkildə başqa istiqamətlərə çevrilməli , hər güclü yağışdan sonra, işçilər xəndəyə təkrar girmədən əvvəl xəndəyə mütəxəssis tərəfindən nəzarət edilməlidir.
  • 36. 36 4. Nəticə Qazıntı işlərinin ölüm və yaralanmalarla müşahidə olunan tikinti quruculuq sektorunun ən təhlükəli qollarından biri olduğu araşdırmalarda və statistikalarda görmək olar. Qazıntılar müxtəlif bir çox təhlükələrdən ibarətdir, işçilərin təhlükəsizliyi baxımından lazımi həssaslıq göstərilməməsi vəziyyətində faciəli nəticələr törədir. Bu işdə spesifik olaraq xəndək qazıntılarında, bu qazıntılarında meydana gələ biləcək təhlükələrdən və alınması lazım olan tədbirlərdən bəhs edilmişdir. Xəndək qazıntılarında ən böyük və ən fundamental təhlükə uçqundur . Torpağın ağırlığını göz önünə alsaq uçqun altında qalan işçi / işçilərin həyatda qalma şansı çox aşağı olur təəssüf ki, işlədikləri yer bəzən bir məzar ola bilir. Bu səbəbdən bu təhlükə qarşısında əvvəldən tədbir alınmaması vəziyyətində , veriləcək itkilərin kiçik olmayacağı son dərəcə aşkardır. Bu səbəblə uçqunlara səbəb ola biləcək faktorlar mütəxəssis kəslər tərəfindən incəliklə araşdırılmalı və bəhs edilən qoruyucu sistemlər işə başlamazdan əvvəl lazımi standartlar çərçivəsində mütəxəssis və ya professional mühəndislər tərəfindən uyğun şəkildə tərtib olunmalıdır. Uçqundan əlavə təhlükələr , uçqun təhlükəsi qədər tez qarşılaşılmamaqdadır lakin bu təhlükələr də uçqun kimi ağır nəticələri var , ölüm və ciddi xəsarətlərə səbəb olur. Ayrıca bu təhlükələrdən bəzilərinin meydana gəlməsi uçqun təhlükəsini artıraraq qazıntı sahəsində birdən çox təhlükənin eyni anda baş verməsinə səbəb olur. Nəticə olaraq daxilində bu qədər təhlükəni və riski saxlayan bu işlər , mütəxəssis nəzarətində risk qiymətləndirilməsi edilərək planlı bir şəkildə icra edilməli , iş əsnasında fərdi hərəkətlərdən qaçmalı, lazımlı təşkilat və orqanlarla əməkdaşlıq edilərək məlumat alış-verişi təmin edilməlidir. Ayrıca işçilərlə də davamlı ünsiyyət halında olmalı və nəzarət siyahıları vasitəsiylə bu işçilər yoxlanmalı , təhlükəsizlik tədbirləri təmin edilməlidir.
  • 37. 37 Tərtib etdi: "BG Construction" Project coordinator Fehruzov Mubariz