2. ANGINOQRAFIYA
Angioqrafiya termini 2 yunan sözündən yaranıb -
"angeion" - damar və "grapho" - yazmaq.
Angioqrafiya qan damarların rentgenoloji
müayinəsidir.
Bu çox informativ müayinə həkimlərə xəstənin
damarların vəziyyətini, orada olan pozulmaları
dəqiq qiymətləndirməyə imkan verir. Nəticədə isə
xəstəyə lazım olan və daha təsirli müalicə təyin
olunur ki, bu müalicənin effektliyindən xəstənin tək
sağlamlığı deyil, hətta həyatı asılı olur.
4. Angioqrafiyanın müxtəlif növləri var. Bu məqalədə ürək
damarların müayinəsi üçün istifadə olunan angioqrafiya növləri
bunlardır:
Müayinə bu kimi hallarda xəstəyə təyin oluna bilər:
- xəstədə tez-tez təngnəfəslik və ürək nahiyəsində ağrılar təkrar
olunur (bu bir çox hallarda ürək damarların daralması ilə izah
olunur);
- xəstədə hər hansı ürək xəstəliyi aşkar olunub, təyin olunmuş
müalicə effekt vermir, xəstəliyin simptomları (stenokardiya və s.)
isə daha da güclənir;
- xəstədə anadangəlmə ürək qüsurlarına şübhə yaranıb;
- xəstədə ürək çatışmazlığı simptomları (təngnəfəslik, öskürək,
tezləşmiş ürək döyünməsi və s.) inkişaf edir;
- ürək damarlarında aparılan cərrahiyyə əməliyyatlarından əvvəl
və sonra və bəzi digər hallarda.
6. ANGINOQRAFIYA NECƏ APARILIR
Müdaxilə həm yerli ağrısızlaşdırma, həm də ümumi
narkoz altında aparıla bilər. Kateter əksər hallarda sağ,
bəzən hətta sol qasıq büküşündən yaxud da müvafiq
damarda Ellen büküşündən yeridilir. Çox qorxan xəstələrə
sakitləşdirici də verilə bilər.
Arteriyaların müşahidəsi ilə, ürəyi qanla təmin edən xüsusi
arteriyalar dəri üzərində kiçik kəsikdən iynə ilə punksiya
olunur və kiçik plastik boru arteriyaya daxil edilir. Nazik
aparıcı məftil/sim/ (aparıcı kateter) bu borudan aortaya
yeridilir. Ürəyi qanla təmin edən koronar damarların,
arteriylarının təsviri KoronarAngioqrafiya adlanır.
7. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və qan və sidik
analizləri verməlidir. Bu müayinə üçün bəzi əks-göstərişlər də mövcuddur -
kəskin iltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri, müayinə zamanı
istifadə oluna maddələrə (yod tərkibli maddələr) kəskin allergik reaksiyaların
olması, tromboflebit və s.
8. Ürək damarların angioqrafiyası zamanı xəstənin bud nahiyəsinə xüsusi kateter yeridilir. Müayinə
yerli ağrısızlaşdırma ilə keçirilir ki, xəstə, demək olar, heç bir ağrı və s. narahatçılıq hiss etmir.
Daha sonra kateterlə rentgenkontrast maddə (adətən yod tərkibli maddə) verilir. Maddə insan
orqanizmi üçün ziyansızdır. Lakin bu maddə allergik xüsusiyyətlərinə malikdir və bu səbəbdən
allergik reaksiyalarına meylli olan insanlar bu haqda həkimə məlumat verməlidir.
Kontrast maddə damarlarda axdıqca kompüter böyük sürətlə rentgen şəkilləri çəkir və nəticədə
monitorda damarların dəqiq "surəti" əmələ gəlir. Bu şəkilləri analiz etdikdə həkim damarlarda olan
trombları, aterosklerozu, bigər pozulma və patologiyaları aşkar edir.
Müayinə qurtardıqdan sonra kateter damardan çıxarılır.
Əgər müayinə zamanı xəstədə ciddi pozulmalar aşkar olunarsa, damarların normal keçiriciyini
bərpa etmək üçün angiorqafiya zamanı damara stent (damarların divarlarını aralayan xüsisi kiçik
yay) yerləşdirilə bilər.
Müayinədən sonra xəstə adətən bir neçə saat ərzində klinikada həkimlərin nəzarətındə qalır.
Xəstənin damarına stent yerləşdirdikdə, xəstə 1 gün ərzində klinikada qalmalıdır.
10. MÜAYINƏDƏN ÖNCƏ VƏ SONRA
NƏYƏ DIQQƏT YETIRMƏK LAZIMDIR
Müayinədən öncə əksər hallarda heç bir xüsusi hazrlıq
tələb olunmur. Bir neçə saat qalmış heç bir şey yemək və
içmək olmaz, yalnız az miqdarda maye qəbul etmək olar.
Əksər dərmanlar adəti üzrə qəbul edilə bilər. Yalnız,
laxtalanmanı zəiflədən dərmanlar həkimlə
məsləhətləşdikdən sonra kəsilməlidir.
Diabetiklər üçün dərmanların dozalanması, eləcə də
insulinin dozası həkimlə əvvəlcədən razılaşdırılır. Tibbi
göstəriş əsasında xüsusi hazırlıq yalnız qalxanabənzər
vəzin xəstəliyi olanlarda və allergik həssas şəxslərdə
aparılır.