3. Seçkilərin mahiyyəti
Cəmiyyət yaranandan ayrı
- ayrı fərdlər onun daxil
olduğu və yaşadığı ərazidə
idarəetmədə və qərarların
qəbulunda iştirak etməyə
çalışmışdır. Bütün dünyada
cəmiyyətin və dövlətin
siyasi həyatında iştirak
etmək hüququ əsas insan
hüquqlarından hesab
olunur.
4. Seçki sistemi nədir?
Seçki sistemi - seçkilərin
keçirilməsi, səsvermənin
nəticələrinin müəyyən
edilməsi, seçki
hüquqlarının həyata
keçirilməsi ilə bağlı
qaydaları və seçki
münasibətlərini
tənzimləyən hüquq
normalarının
məcmusudur.
5. Seçki sistemləri
Seçki sistemlərinin daha çox istifadə edilən
majoritar və proporsional formaları
fərqləndirilir. Proporsional seçki sistemində
deputat mandatları verilən səslərin paylı
bölgüsünə əsasən müəyyən edilir. Majoritar
seçki sistemində isə seçki dairələri üzrə daha
çox səsləri qazanan namizədlər seçki
mandatı alırlar. Daha çox səs alanlar
dedikdə, əsasən ümumi səslərin 50 faiz + 1
səs alanlar qalib hesab olunur. Digər hallarda
isə seçkiyə qatılan seçicilərin daha çox səsini
əldə edənlər qalib hesab oluna bilər.
8. Majoritar seçki sistemi
Majoritar (fransızca «mayorite» «əksəriyyət» deməkdir) sistem, tarixən
formalaşmış ilk seçki sistemi olmuşdur:
burada müəyyən edilmiş səs əksəriyyətini
qazanmış namizədlər seçilmiş hesab
olunurlar. Hansı əksəriyyətin (nisbi,
mütləq və ya ixtisaslı) nəzərdə
tutulmasından asılı olaraq sistem növ
müxtəlifliyinə malikdir. Majoritar sistem
sadə və anlaşıqlıdır.
9. Proporsional seçki sistemi
Proporsional seçki sistemi - səslərin
ayrı-ayrı şəxslərə deyil, partiyalara
verilməsidir. İlk dəfə olaraq 1889-cu ildə
Belçikada tətbiq olunub.
10. Qarışıq seçki sistemi
Bir sıra ölkələrdə ayrı-ayrı sistemlərin
üstünlüklərini birləşdirmək və onların
nöqsanlarından yaxa qurtarmaq və ya heç
olmasa bu nöqsanları əhəmiyyətli
dərəcədə yumşaltmaq məqsədilə majoritar
və proporsional sistemlərin bəzi
elementlərini özündə birləşdirmiş qarışıq
seçki sistemləri yaradılır.